
Din alanında yazılmış önemli eserlerden biri olan Eşqə Səfər, Sinan Yağmur'un kaleminden çıkmıştır. Kitap 259 sayfadır. Bu bölümde Eşqə Səfər'den süzülen, okurların en çok paylaştığı cümleler yer alıyor.
Eşqə Səfər'den En Beğenilen Alıntılar
Sizin Həzrəti Peyğəmbərin ümməti olduğunuzu söyləməyiniz heç bir şeyi həll etməz, Onun "Bu mənim ümmətimdəndir" deməsi hər şeyi həll edər. Sən təki "Ümmətim, ümmətim..." de, mən qiyamətə qədər ahu-zar edim
📖 Sayfa 169 · Eşqə Səfər, Sinan Yağmur
Heç kim digərinin anladığı qədər olmamalıdır. Başqalarının şərhindən qurtulmadıqca özünüz olmağınız xəyaldır
📖 Sayfa 42 · Eşqə Səfər, Sinan Yağmur
Eşq səyahətində yaxınlıq və uzaqlıq olmaz. Eşq yolunda olan "Birdən tapa bilməsəm?" - deyib dərdə düşməz. Sən yola düşməzdən əvvəl bir öz ürəyinə bax, gör yol sənə qismət olub düşürmü?
📖 Sayfa 91 · Eşqə Səfər, Sinan Yağmur
Həyatda puldan dəyərli çox şey var. Bəzən birinə etdiyin yaxşılıq heç bir pulla, qızılla, gümüşlə ölçülə bilməz. Sizə edilən təşəkkür etdiyiniz iş müqabilində qazanacağınız məbləğdən qat-qat üstündür...
📖 Sayfa 81 · Eşqə Səfər, Sinan Yağmur
Dünyanı ifrat sevmək qaranlıqdır, o qaranlıqdan təqva ilə qurtulmaq olar. Günah işləmək zülmət qaranlıqdır, tövbə etmək o qaranlığı dağıdan nurdur. Qəbir qaranlıqdır, etdiyin yaxşılıqlar o qaranlıq yoldakı işığındır. Sirat körpüsü qaranlıqdır, müntəzəm olaraq verilən sədəqə o körpüyə aydınlıq verəndir
📖 Sayfa 165 · Eşqə Səfər, Sinan Yağmur
İnsanlara baxdım ki, hər kəs özünə bir sevgili tapıb. Kimisi qadın, kimisi kişi. Bəzisi nəfs, bəzisi həvəs. Kimi mal, kimisi də şöhrət. Hər kəs o sevgili ilə ölüm anına qədər bir yerdə ola bilib, bəzisi də qəbrin başına qədər gəlib, torpağa verdikdən sonra onunla vidalaşıb. Hər kəs sevgilisini qaranlıq bir yerdə qoyub geri qayıdır. Düşündüm. Özümə elə bir sevgili tapım ki, həyatımda və vəfatımda mənimlə birlikdə olsun. Saleh əməldən başqasını tapa bilməzdim. Uca Allahın rizasını özümə sevgili seçdim
📖 Sayfa 217 · Eşqə Səfər, Sinan Yağmur
Əvvəlcə yaxşıca dəstəmaz al! Zahirini su, batinini tövbə ilə təmizlə. Üzünü Kəbəyə tərəf tut. Kəbəni qaşının ortasında, Əzraili arxanda, cənnəti sağında, cəhənnəmi solunda, sirat körpüsünü ayağının altında zənn elə. Bütün qəlbini Allaha yönəlt. Allahı düşün. Əzəmətlə təkbir al, huşuyla Quran oxu, yalvarışla rüku elə, təvazökarlıqla səcdəyə get, göz yaşıyla otur, ədəblə tahiyyat duasını oxu və Rəhmana salam ver
📖 Sayfa 90 · Eşqə Səfər, Sinan Yağmur
Mənim bu qədər dünya neməti arasında özüm üçün seçdiyim və sevdiyim tək şey yalnızlıqdır. Yalnızlıq izdihamının daxilən alışıb əriyən şamıyam
📖 Sayfa 171 · Eşqə Səfər, Sinan Yağmur
Bəlalar və afətlər imanı ortaya çıxarar. Yaxşı gündə deyil, pis gündə sevənlə sevməyən bəlli olur
📖 Sayfa 29 · Eşqə Səfər, Sinan Yağmur
Namaza durarkən dünya ilə vidalaşırmış kimi namaz qıl! Sonradan üzr istəyəcəyin sözlər danışma
📖 Sayfa 165 · Eşqə Səfər, Sinan Yağmur
İndi düşünürəm ki, sevgi işıqdır. İnsanın yaşayarkən yolunu aydınladan, dünyanı başqa bir gözlə görməyə sövq edən təmiz bir hissdir. Qəlbində sevgi olanın könlündə kinə yer ola bilməz
📖 Sayfa 102 · Eşqə Səfər, Sinan Yağmur
Sevgisizlik qaranlıq deməkdir, cəhalət deməkdir, zülm deməkdir.
Sevginin mənbəyi, həmçinin Allah sevgisinin mənbəyi qəlblərə enən nurdur. Bəli, sevginin başqa bir mənbəyi də var, o da Allahdır.
Qaranlıq?
Qaranlığın mənbəyi yoxdur. O, işıq olmayanda meydana gəlir. Və o ancaq sevginin gətirdiyi işıqla məhv edilə bilər
Mənbəsiz işıq ola bilməz, mənbəsiz sevgi ola bilməz.
Allah!
Nəyi doğru bilməyiniz vicdanınızın sizə nə diqtə etdiyindən asılıdır
📖 Sayfa 81 · Eşqə Səfər, Sinan Yağmur
Qurani-Kərimə gözünlə baxsan, yazıları görərsən,
📖 Sayfa 221 · Eşqə Səfər, Sinan Yağmur
Ağlınla baxsan, elmi görərsən,
Qəlbinlə baxsan, eşqi görərsən,
Ruhunla baxsan, Rəbbini görərsən
Bir-birinizlə gözəllik və xoşluqla rəftar edin. Bir-birinizin xətalarını bağışlayın. İnsanları Allahın örtüsünün altına çağırın. Siz insanların xətalarını örtün ki, Allah da sizin xətalarınızı örtsün
📖 Sayfa 234 · Eşqə Səfər, Sinan Yağmur
İki seçim var: Ya Kəbəyə ürəyini qoymaq, ya da Kəbəni ürəyinə qoymaq. Sən ikincini et, ürəyin yeriyən Kəbə olsun. O qədər Həccə gedənlər vardır ki, Kəbə ondan qaçar; o qədər gedə bilməyənlər vardır ki, Kəbə ona sarı qaçar
📖 Sayfa 207 · Eşqə Səfər, Sinan Yağmur

Allah bizləri sevdiyi halda, bizə nə olub ki, insanları sevmirik?
📖 Sayfa 235 · Eşqə Səfər, Sinan Yağmur
Bəli... Nəyi sevirsinizsə sevin, o sevginin mənbəyində Allah sevgisi olmalı idi. Anama qarşı olan o böyük sevginin mənbəyi Allahın mənə bəxş etdiyi bir lütfdür...
📖 Sayfa 104 · Eşqə Səfər, Sinan Yağmur
-Bəs sirr nədir?
📖 Sayfa 191 · Eşqə Səfər, Sinan Yağmur
-Bilən susar, soruşan soruşduğuna peşman olar. Dua etdiyin bir şey deyildir, o, olduğun şeydir. Dua həyat hədiyyəsi üçün bir minnətdarlıqdır
Yalnızlıq və hüzn möminin qənimətidir!
📖 Sayfa 41 · Eşqə Səfər, Sinan Yağmur
Yüksəkliyi axtardım, təvazökarlıqda tapdım. Hörmət axtardım, xalqa nəsihətdə tapdım. Şöhrət axtardım, təqvada tapdım. Şərəf axtardım, qənaətdə tapdım. Rahatlıq axtardım, zöhddə tapdım. Zənginlik axtardım, təvəkküldə tapdım. Allah sevdiyi qulunu dünya mənfəəti üçün istifadə etməyə çalışana yol verməz
📖 Sayfa 211 · Eşqə Səfər, Sinan Yağmur
Hər gözəllik Allahın gözəlliyinə bir dəlildir. Allah mütləq gözəllikdir. Belə olan halda bu gözəlliyin insanlardakı təcəllisinə həqarətlə baxmaq günahdır. Allahı sevdiyini deyən, lakin insanların qüsur və eyiblərini üzə vurub onlara xor baxan Allahın gözəlliyini çirkinləşdirir. Belə insanların bu dünyaya bir qum dənəsi qədər xeyri olmaz
📖 Sayfa 67 · Eşqə Səfər, Sinan Yağmur
Dil ilə tövbə etmək yalançıların işidir. Arif insan odur ki, Haqdan istəyər. Haqq arzusunu verincə onu tövbə ilə doldurub dərhal Haqqa geri qaytarar... Gəl! Allahın bizim haqqımızdakı hökmünə ağlayaq. Nəsibimizə ya sevinc düşər, ya da hüzn
📖 Sayfa 47 · Eşqə Səfər, Sinan Yağmur
Sən zikrinin işığında, dərinliyinin quyusunu eşqin müqəddəs rəngi ilə doldurduğun halda, keçmişdə də, indi də dar düşüncələrini nəfsinə qurban edənlər quraq ərazilərdə iman dağlarını bir-bir yandırırlar!
📖 Sayfa 11 · Eşqə Səfər, Sinan Yağmur
Yorulmadan rahatlığın dadını əsla bilməzsən. Eynilə xeyri anlaya bilmək üçün şəri yaşamaq kimi. Sağlamlığın nə olduğunu bilmək üçün xəstəliyi yaşamaq kimi. Varlılığın nə olduğunu bilmək üçün yoxluğu yaşamaq kimi
📖 Sayfa 135 · Eşqə Səfər, Sinan Yağmur
Eşqi olmayanın imanı olmaz.
📖 Sayfa 39 · Eşqə Səfər, Sinan Yağmur
İmanı olmayanın dini olmaz.
Dini olmayanın əməli olmaz.
Namaz dinin dirəyidir.
Bəs imanın dirəyi? Eşq!
Birinə siqd ürəklə elədiyiniz bir yaxşılığın sizə verdiyi könül rahatlığından daha gözəl əvəzi yoxdur. Yer üzündə bu könül rahatlığını sizə satın ala biləcək pul yoxdur...
📖 Sayfa 25 · Eşqə Səfər, Sinan Yağmur
Dili ilə alim, qəlbi ilə cahil olan insana həm heyrət edirəm, həm də acıyıram. Ağzını su ilə təmizləyər, amma qəlbini mənəviyyatla arındırmaz. Vay onun halına!
📖 Sayfa 166 · Eşqə Səfər, Sinan Yağmur
Eşq və gözəllik əzəldən bir-biri ilə sözləşib. Məchul qalmaq isə insan ruhunun ən dərin ağrı-acısıdır. Bir ruh nə qədər gözəl, nə qədər zəngindirsə, o ölçüdə də "bir tanış" axtarmalıdır
📖 Sayfa 21 · Eşqə Səfər, Sinan Yağmur
Əgər içində Allah eşqi yoxdursa, bir ömür bir gecə qədər bərəkətsiz, əgər içində Allah eşqi varsa, bir gecə bir ömür qədər bərəkətlidir; Qədr gecəsinin min aydan xeyirli olmasının mənası da budur
📖 Sayfa 159 · Eşqə Səfər, Sinan Yağmur
Sıkça Sorulan Sorular
Eşqə Səfər kimin eseridir?
Eşqə Səfər, Sinan Yağmur tarafından yazılmıştır.
Eşqə Səfər kaç sayfadır?
Eşqə Səfər, 259 sayfadır (İqra Nəşriyyatı baskısı).
Eşqə Səfər'in en ünlü sözü nedir?
“Sizin Həzrəti Peyğəmbərin ümməti olduğunuzu söyləməyiniz heç bir şeyi həll etməz, Onun "Bu mənim ümmətimdəndir" deməsi hər şeyi həll edər. Sən təki "Ümmətim, ümmətim..." de, mən qiyamətə qədər ahu-zar edim”