
Din alanına Kolektif'in kazandırdığı Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi önemli bir eserdir. Bu sayfada Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi'den seçilmiş alıntılar sayfa numaralarıyla yer alıyor.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi'den En Beğenilen Alıntılar
22. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!
24. ən-Nur surəsi, 56-cı ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin.
24. ən-Nur surəsi, 36-cı ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər.
Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da odur.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Əgər (Allah) Öz ruzisini kəssə,sizə kim ruzi verə bilər?
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Allah sizə Kitabı(Quranı)müfəssəl sürətdə nazil etdiyi halda,mən (haqq ilə batili ayırd etmək üçün)Ondan başqasınımı özümə hakim istəməliyəm?!
📖 Sayfa 98 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki,bu sünbüllərin hər birində yüz ədəd dən vardır.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
103. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır(rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.
📖 Sayfa 202 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
"Kim, bir insanı, bir can karşılığı veya yeryüzünde bir bozgunculuk çıkarmak karşılığı olmaksızın öldürürse, o sanki bütün insanları öldürmüştür. Her kim de birini (hayatını kurtararak) yaşatırsa, sanki bütün insanları yaşatmıştır. Andolsun ki, onlara resûllerimiz apaçık deliller (mucize ve âyetler) getirdiler. Ama onlardan birçoğu bundan sonra da (hâlâ) yeryüzünde aşırı gitmektedir.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Mealli Kur'an
Biz(zaman,məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni( ayənin hökmünü) ləğv edir və ya unutdururuqsa ondan daha yaxşısını,yaxud ona bənzərini gətiririk.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
140. Əgər siz (Uhud müharibəsində) yara aldınızsa ,o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri bəlli etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin Allah zülmkarları sevməz.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
22.Biz Quranı yada salmaq üçün asanlaşdırdıq.Amma heç bir yada salan varmı?
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!
📖 Sayfa 40 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
116. (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin? (İsa cavabında) deyəcək: "Sən paksan (müqəddəssən)! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybleri bilən ancaq Sənsən!
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi(tövbə etmək üçün möhlət verilməsəydi),əlbəttə,(böyük) zərər çəkənlərdən olardınız.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif

Ən yaxşı tədarük isə təqvadır.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
142. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah onları aldadır. Onlar namaza durduqlan zaman (yerlərindən) tənbəlliklə (könülsüz qalxar, özlərini (yalandan) insanlara göstərər və Allahı olduqca az yad edərlər.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Sonra da(tövbə etdiyinizə görə)sizi əfv etdik ki,bəlkə,şükür edəsiniz.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal )əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
📖 Sayfa 39 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
📖 Sayfa 38 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
20. (Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
O yenilməz qüvvət sahibidir,(çox) bağışlayandır.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
3. Ali İmran surəsi, 145-ci ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.
170. Ey insanlar! Peyğəmbər Rəbbinizden sizə haqqı (Qur'anı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki,) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
104. Onlara:"Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!"-deyildiyi zaman:"Atalarımızın getdiyi yol bizə yetər",-deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” –buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”--Bəqərə surəsi (İnək surəsi) 260
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
O Rəbb ki,məni yaratmış və məni doğru yola yönəltmişdir;
📖 Sayfa 266 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
O Rəbb ki, məni yedirir və içirir;
O Rəbb ki,xəstələndiyim zaman mənə şəfa verir;
O Rəbb ki, məni öldürəcək,sonra dirildəcəkdir;
O Rəbb ki,Haqq-hesab günü xətalarımı bağışlayağını Ondan umuram.
95.Şübhəsiz ki toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri diridən ölü çıxardan (ölü yumurtadan diri toyuq,diri toyuqdan ölü yumurta yaradan) Allahdır.Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilərsiniz?
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Əgər borclu olan adam ağlr şərait içindədirsə,onun vəziyyəti düzələnə qədər ona möhlət verin.Bilin ki bu borcu bağışlamaq sizin üçün daha xeyirlidir.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Bəqəqrə surəsi.280 ayə
45. Biz (Tövratda İsrail oğullarna) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş ve yaralanınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab ve şəriət) ile hökm etməyənlər, əlbəttə, zalimdirlər!
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
.jpeg)
Ali İmran surəsi, 136-cı ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!
3. Ali İmran surəsi, 134-cü ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.
Ali İmran surəsi, 135-ci ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
24. Bilin ki, Allah insanla onun qəlbi arasına girər
📖 Sayfa 178 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
(insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
Əl-Ənfal(8) Cüz: 9
3. Ali İmran surəsi, 129-cu ayə
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir.
116. Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqdan) uzaq bir zəlalətə düşmüşdür.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
169. Allah yolunda öldürülənləri əsla ölü zənn etmə! Xeyr ,onlar öz Rəbbi yanında diridirlər. Onlara (cənnət nemətlərindən)ruzi əta olunur.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
108. Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onlan bilir). Allah onların nə etdiyini (Öz əzəli elmi ilə) ehtiva edəndir (biləndir).
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz,
📖 Sayfa 12 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatə edəndir, Biləndir
148. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olsun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
📖 Sayfa 22 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
168. Ey insanlar! Yer üzündə olan halal, təmiz şeylərdən yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-aşkar düşməndir.
📖 Sayfa 24 · Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif
Sıkça Sorulan Sorular
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi kimin eseridir?
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, Kolektif tarafından yazılmıştır. Türkçeye Ziya Bünyadov, Vasim Məmmədəliyev çevirmiştir.
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi kaç sayfadır?
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi, 596 sayfadır (Bakı, Şərq-Qərb Nəşriyyatı baskısı).
Qurani Kərimin Azərbaycan Dilinə Mənaca Tərcüməsi'nin en ünlü sözü nedir?
“22. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! 23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”