CANLI

Uzaq Yaşıl Ada Kitabından Alıntı Sözler — Vaqif Səmədoğlu

Uzaq Yaşıl Ada - Vaqif Səmədoğlu kitap alıntıları ve sözleri

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu'nun 264 sayfalık eseridir. İlk kez 2004'te yayımlanmıştır. Bu derlemede Uzaq Yaşıl Ada'dan en çok paylaşılan satırlar sizi bekliyor.

Yazar:Vaqif Səmədoğlu
İlk Yayın:2004
Yayınevi:Şərq-Qərb Nəşriyyatı
Sayfa Sayısı:264
Dil:Azerbaycanca
ISBN:9789952418091
Okuma Süresi:7 sa. 29 dk.
Türler:Edebiyat, Şiir

Uzaq Yaşıl Ada'dan En Beğenilen Alıntılar

Kitaptan en etkileyici sözleri sizin için derledik; ama yine de en etkili söz, sizin beğendiğinizdir.

Cavabsız ölmüş sualların qəbristanlığıdır başqa insan...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Doğumla ölüm arasında səbir var...

📖 Sayfa 86 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Ayrılıq bir denizmiş
Sen - uzak yaşıl ada..

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Atılmış evin boz divarında
Bağlanmamış pəncərə...

📖 Sayfa 250 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

İnsanı insan gününə,
Allah yox, insan salır...

📖 Sayfa 93 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Ay Allah,
heç olmasa
başımı sığalla!

📖 Sayfa 42 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Hamımız
ömür sürürük
durub ölümün hüzurunda...

📖 Sayfa 181 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Allahdan
aldığımız ömrü
gör bir necə
payladıq insanlara!

📖 Sayfa 50 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Qırmızı ulduzlarla dolu
yaşıl bir səma...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Yaşayıram
əllərimi səbrimin cibinə soxub

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

“Ayrılıq bir dəniz imiş,sən uzaq yaşıl ada..”

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Darıxanda pis darıxıram.
İnsan darıxmağı deyil bu,
insan ömrü deyilən şeyə
heç bir dəxli yoxdur bu darıxmağın...

📖 Sayfa 154 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Yalan deyirlər,
yalan sözdür,
asanlıqla,
gülə-gülə
doğmayıb,yaratmayıb
öz musiqisini Mosart
Belə asan,
gülə-gülə ölə bilməz insan.
Yalan deyirlər,yalan...

📖 Sayfa 81 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bir kəsin
yadına düşmək
istəyirəm yaman,
bir kəsin yuxusuna girmək.
Sağlığıma içilmək
istəyirəm yaman.
İstəyirəm
arzularımın
əlindən tutan,
xatirəmi
yerdən qaldıran olsun.
Bir kəsin gülüşünə,
birinin ahına
dönmək,
bir pəncərədə yanıb,
bir pəncərədə
sönmək istəyirəm yaman...

📖 Sayfa 72 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Hələ gülmə, gülməyinə çox qalıb,
"Hə" deməyə hələ neçə "yox" qalıb,
Kaman yerdə, göydə hələ ox qalıb,
Bu dünyanın tünlüyündən bezikmə,
Tünlük bizi hər tərəfdən sıxıbdır,
O dünyada ruh ruh üstə çıxıbdır....

İnsan oğlu gördüyünə söz deyib,
Kor olsa da, gözlərinə göz deyib,
Tanrı ömür verib sonra döz deyib,
Təklik özü tək qala bilmir daha,
Evimizi tünlük yaman yıxıbdır,
O dünyada ruh ruh üstə çıxıbdır...

📖 Sayfa 175 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Danışanda səsi çıxmır,
susanda qəribə şeirlər deyir...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Öldün,getdin,
bağışla,ağlaya bilməyəcəyəm sənə.
Bilirsənmi
neçə ağac kəsilib
gözlərimin önündə,
qayalardan atılan
neçə şəlalə intiharı
görmüşəm?
Özüm də bilmirəm,
neçə ulduz basdırmışam
göylərdə,
neçə insan ümidinin meyidini
buza qoymuşam qəlbimdə?
Yer üzünə gələndən bəri
gündüzlər aydan,
gecələr günəşdən
yetim qalmışam hər gün.
Bağışla,
çoxdur ölənlərim,
sənə ağlaya bilməyəcəyəm...

📖 Sayfa 191 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Kömək umuram o köməksiz zamandan...
Ancaq bir-bir getdi o köhnə dostlar...
Kimi qapıdan,kimi özündən,
kimi yadımdan çıxıb...

📖 Sayfa 148 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəl, gəl, qurbanın olum,
Bircə xoş anın olum,
Özün uca saray qal,
Sənin viranın olum...

📖 Sayfa 185 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Niyə yubanırsan?
Başa düş məni,
Nə böhtandan qorxum var,
nə ləkələrdən.
Bilirsənmi,
Orden kimi gəzdirərdim sinəmdə
Böhtanları,
Ləkələri.
Ulduzlarla dolu
Göy üzünü
Paqon kimi daşıyardım çiynimdə.

📖 Sayfa 239 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Necə yetəsən,
Nə təhər qovuşasan Ona?
hansı yolla,
nə üsulla
sığınasan onun qoynuna?

📖 Sayfa 213 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəlişinə lap az qalıb,
Cəmi ikicə saat,
Gəlmə, qurban olum, gəlmə
Bu gün də məni aldat..

Unut verdiyin vədəni,
Ya da xəstələn yenə,
Ancaq gəlmə, qurban olum,
Sevinmək düşmür mənə..

Hər gün nəyisə gözləmək,
Ömür, gün dirəyimdir,
Mənim sevinc, məhəbbət yox,
Ayrılıq çörəyimdir..

📖 Sayfa 79 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gözlərim aydın olmaq istəyir,
xoş xəbərin
yalanı da gəlib çıxmır...
Ürəyim açılmaq istəyir,
dil gəl ki, qarşısında
açılıb çıxmağa bir şey, kimsə yox...
çoxdan bəri
bir Allah bəndəsi
muştuluq ala bilməyib məndən...
Qaranlıqda qara qarğa kimi
görünməz olmuşam.
Vallah,
dediklərim giley, ahu-zar deyil.
Ancaq bu üzlə də ölmək istəmir adam.
Üz gülə-gülə,
bu dünyadan bir-iki şad xəbərlə
getmək istəyirsən o dünyaya...

📖 Sayfa 163 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Ölməkdən ötrü mənə
bir neçə qələm,
bir qalaq kağız,
siqaret,tütün,
bir az da musiqi gərəkdir.
Ölməkdən ötrü mənə,
bütün dünya
və bir otaq lazımdır.
Qış,
bahar,
yay,
payız,
bir də,
bir insan ömrü lazımdır mənə
ölməkdən ötrü...

📖 Sayfa 145 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Sən Allah,birdən-birə,xəbərsiz
görünmə gözümə.
Nə keçmişim,
nə gələcəyim hazırdır
səni görməyə indi.
Payıza da
düz dörd ay var hələ.
İndi gizlənməyə,
nə arxasında
boz yağış yağan
bir pəncərəm,
nə də sözlərində itə biləcəyim
bir şeirim var.
Ada kimi dörd yandan açıq
dörd yandan kimsəsiz,
dörd yandan arxasızam indi...

📖 Sayfa 116 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bir sözə bənddir
yenə insan,
yazılmamış şeir kimi.

📖 Sayfa 144 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Çiçək dərmək istəyirəm,
Dəniz görmək istəyirəm,
Mən də bir az bu dünyada,
Ömür sürmək istəyirəm.

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəmiyə baxa-baxa
dənizi də yadımdan çıxartdım.
Gəmiyə baxa-baxa
unutdum gördüklərimi,
tanıdıqlarımı.
Yadıma görmədiyim limanlar düşdü.
Qəribə dillər
dəydi qulaqlarıma,
Bir tanış insan üzü gördüm
gəmiyə baxanda.
Gəmiyə baxa-baxa qaldım...

📖 Sayfa 168 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Nə bir söz, nə inilti,
nə göz yaşı, nə söyüş,
nə də hirsdən, əlacsızlıqdan
dodaq gəmirən dişlər.
Heç bir şey.
Bircə süst düşmüş gözlərin
laqeyd baxışı,
bir də qupquru qurumuş bədənin
zəncirlənməmiş hərəkətsizliyi...
Sağda-solda yalçın qayalar,
irəlidə və arxada tozlu torpaq yol.
Qaçqın düşmüş vicdandansa,
nə bir xəbər, nə soraq...

📖 Sayfa 92 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Sənə yuxu görünən
bu dünyada
gerçəkdən körpələr ölür.
Şeytanlar gülür
yerlə sürünən
çiçəkli çəmənlərə,
deyib gülənlərə,
gedib gələnlərə.
Sənin yuxunda
acından ölənlər var, bala!
Oyan, oyan,
deyəcəkdim az qala.
Bağışla.
Yat!
Kaş səni də oyatmaya,
sənin də qəm qanına batmaya
bu dünyanın əlləri,
bu dünyanın türk elləri.
Yat!
Oyatmasın səni
uzaqda kişnəyən o at,
böyrümdəki saat,
nə də
qızanda dəliyə dönən
bu fağır, bu yalqız xalq,
bu zavallı camaat..

📖 Sayfa 196 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Məhəbbətə yubanmaq olmaz bu yaşda,
stansiya rəisi...

📖 Sayfa 147 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəl,gəl,sənə bir sözüm var,
keçən ilin xatirəsi.
Niyə cəmi səkkiz,bəlkə on
günün qalıb yadımda?
Niyə səni
əvvəlindən axırına kimi təzədən,
özü də tamam başqa cür,
başqa yerlərdə,
ayrı adamlarla yaşamaq istəyirəm?
Neçin içində o yerlər,
o adamlar oldu ancaq?
Bircə gün olmazdımı
Parisdə yaşayım səni
keçən il?
İçində
ikicə saat
okean ola bilməzdimmi?

📖 Sayfa 136 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Məni unut, unut,
yaddaşın da
bir yük olub ömrümə.
Təkliyində qalan səsim,doğrum, yalanım
özümə gərəkdir hələ.
Səndən çox özümə gərəkdir
sənsiz qalmağım...

📖 Sayfa 72 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bilmirəm nə olub səninlə?
Necə danışım səninlə?
Gündüz
ya gecə danışım səninlə?
Nə deyim, deyim harda?
Qızmar qumda ya qarda?
Hansı dildə danışım səninlə?
Zaman ötüb,
hansı ildə danışım səninlə?...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Niyə açıldınız,
yuxu görən gözlərim?
Neçin yenə bu divar saatına,
rəngi solmuş bu divara
başladınız baxmağa?

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Ay Allah,
al bu qələm,
bu da alnım!
Fikirləş,
tələsmə,
yaxşı bir şey yaz...

📖 Sayfa 56 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəl kilsəyə gedək,
səninlə kilsədən çıxmaq istəyirəm.
İstəyirəm
görsünlər,belə görsünlər bizi,
bizi bir yerdə.
Kilsə zəngləri çalınsın,
Bakının küçələrində də,
getməsin burnumuzdan
kilsədə yanan şamların iyi.
Gəl gedək,
sonra çıxaq kilsədən,
şəhərə çıxaq birbaş.
Və baxaq yanımızdan ötən
adamların sifətinə.
Görək evə qədər
gözümüzə dəyəcəkmi
İsa peyğəmbərə oxşayan
bircə kişi,ya qadın...

📖 Sayfa 100 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Yenə qaldım
şeirlə musiqi arasında
tək-tənha.

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bir insanı tutub
saxlaya bilməmişəm əlimdə,
hamısı düşüb bəxtimin burulğanına,
xatirələrə batıb...

📖 Sayfa 110 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Özüm də bilmirəm,
neçə ulduz basdırmışam
göylərdə,
neçə insan ümidinin meyidini
buza qoymuşam qəlbimdə?
Yer üzünə gələndən bəri
gündüzlər aydan,
gecələr günəşdən
yetim qalmışam hər gün.
Bağışla,
çoxdur ölənlərim,
sənə ağlaya bilməyəcəyəm...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Nə daş qaldırdım,
nə at çapdım.
Nə bir yadı
azad insan edə bildim,
nə özümü.
Dünyaya baxmağa gəldim...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bıkdım,bezdim,
təngə gəldim həqiqətdən,doğrudan.
Yalan həsrətindəyəm...
Elə bil erkək məclisində
gözəl qadın yadıma düşüb...
Gəl,gözəlim,
Gəl,sevgilim Yalan...

📖 Sayfa 177 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Ölümümə bir az qalmış
Darayacağam saçlarımı,
Təmiz, ağ köynək geyəcəm,
Ölümümə bir az qalmış.

Ölümümə bir az qalmış
Göy üzü mavi olacaq,
Buludlar köpük-köpük.

Məktub yazacağam sənə.
Sevirdim, sevirəm, sevəcəyəm
Deyəcəm,
Ölümümə bir az qalmış,
Ölümümə bir az qalmış...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bu dünya başdan-başa,
İstərsən min il yaşa,
Doğru deyəndə yalqız,
Yalan deyəndə təkdir,
Gah düzlük, gah kələkdir.
Ümid bəzən Allaha,
Bəzən bircə gülədir,
Dünya neçin belədir?

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Səhər gəlsə o qorxduğum,
təngə gəlmiş arzuların bəxti gətirəcək,
gec gəlsə,
yorğun yuxular can qurtaracaq məndən.

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Öləndə neçə yaşın var idi sənin?
Neçə qış neçə bahar görmüşdün?

Neçə ulduz söndü
Mavi gözlərinin
Qapanmış gecəsində?

📖 Sayfa 14 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Mənim saçlarım qara,
Mənim saçlarım qalın...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəl, qoluma gir,
gedib bir baş çəkək
heyvanxanaya.

📖 Sayfa 64 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım:
telefon çağırdı məni,
götürdüm dəstəyi.
səs gəldi:
- Özünü ələ al,
öldü...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Ürəyimin qapısı
Səhərdən açıq qalıb,

...

Dərd məni üstələyər
Sən dadıma çatmasan,
Aydınlığa çıxmaram
Sən qolumdan tutmasan...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bəlkə bu qədər də,
bu yaşda bu qədər də
tələsmək lazım deyil daha?
Bəlkə dəyişmək lazımdı
hisslərin gəlim-gedim cədvəlini...
Bəlkə daha götür qoy etmək
vaxtı çatıb,
göydən gələn səslərə
qulaq vermək vaxtı?
Baxtı gətirsə,ya özü istəsə
vaxtında ölə bilər hər insan,
Allaha oxşatmasa özünü yaman,
özü də bəd ayaqda ancaq...
Kimin xeyrinədir?
yekunu vurulmuş ömür?
Axı kainat yorulmadan,usanmadan
deyir,deyir hər an,
necə ayrılmaq olar ondan.
Fəqət sükut içində deyir,
deyir susa-susa...

📖 Sayfa 146 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Bir axşam taksidən düşüb payıza,
Bilmədik haraya, hayana gedək,
Dərin sularını qatıb dayaza,
Dəniz də bağlandı yay kinosutək.

Yağışın əlindən qaçıb bir küncə,
Dayandıq üzümüz qibləyə sarı
Yenə tapılmadı, payız gəlincə
Bağlı ümidlərin itmiş açarı...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Yer üzünə qan hoparkən,
ürəyin dərddən qoparkən,
göy üzünə,
buludlara bax!

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Sifətin nə vaxtdır yadımdan çıxıb,
Tanıya bilmirəm küçədə səni.
Sənin sorağınla keçmişə baxıb,
Qaytara bilmirəm ölüb gedəni.

Dilə gəlsə belə hansı məzardan,
Soruşa bilərəm necə olmusan?
Allah bilir, səsin gələcək hardan,
Allah bilir, harda yuva salmısan.

Adam qadir deyil geri dönməyə,
Keçmişlə gələcək görüşmür heç vaxt,
Keçənə, gələnə hey deyə-deyə,
Bir günün içində qurdalanır baxt.

Yaddaş qıfıl vurub ötən günlərə,
Qapı döyə-döyə olmaz yaşamaq,
Gecədən bir parça kəsib səhərə
Vura bilməz indi şeytan da yamaq..

📖 Sayfa 99 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gecənin dağınıq qaranlığından,
Keçib düz dənizə üz tutur külək,
Yelkənlər küləklə dolmaq istəmir,
Bu külək dənizin nəyinə gərək?

Ayrılıq düzündə insan baxtının,
İzləri qurumaz suyla dolubdur,
Ümid bel bağlamır yenə sabaha,
Gələcək elə bil çoxdan olubdur..

Bir yuxu dayanıb qapım ağzında,
Tozlu astanaya düşüb kölgəsi,
Qapını açmağa çağırır məni,
Yozulmaz yuxunun kimsəsiz səsi..

Bu bağlı dünyanın torpaqlarında,
Bilmirəm, nə üçün salınıb yollar,
Yaxşı ki, qapını döyən yuxunun
Səsini batıran dəniz səsi var..

📖 Sayfa 114 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Nə deyə bilərsən mənə?
Onsuz da
biləndə hər şeyi bilirəm,
bilməyəndə öz adım da
qəribə, uzaq bir səs kimi
səslənir qulağımda...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Uşaqların
kağızdan bükdüyü
qayıqlar tək dolansa arzularım,
qaçaram yer üzünün suyundan, nəmindən.
İstəsəm qaçaram
özgə gözlərinin qəmindən,
qonşumuzun qara itindən,
arxadan səslənən milis fitindən,
Qaçaram
filarmoniya konsertlərinin ipəklərindən,
su qatılmış pivələrin köpüklərindən,
yumulan gözlərdən,
açılan dizlərdən,
içimi isidən
yumşaq nağıllardan,
evimizi basmış
köhnə jurnallardan.
Qaçaram sapı qırılan təsbehlərdən,
dolu və boş qədəhlərdən,
məscidlərin əzanından,
kilsələrin zəngindən,
Nizami muzeyinin rəngindən.
Hər şeydən qaçaram mən.
Amma sənin gözlərindən...

📖 Sayfa 38 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Sənə yuxu görünən
bu dünyada
gerçəkdən körpələr ölür...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Yenə də uğuldadı beynim.
Yenə də...
Kimə, nəyə gərəyəm, Allah?
Çoxmu qapı qalıb
bu ömrün koridorlarında?
Kor əlində
fotoşəkil kimiyəm...

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Gəl, salam deyək,
Salam deyək Ayrılığa!
Salam verək Məsafəyə!
Qəmimizlə salamlaşaq..

📖 Sayfa 17 · Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu

Sıkça Sorulan Sorular

Uzaq Yaşıl Ada kimin eseridir?

Uzaq Yaşıl Ada, Vaqif Səmədoğlu tarafından yazılmıştır ve ilk kez 2004'te yayımlanmıştır.

Uzaq Yaşıl Ada kaç sayfadır?

Uzaq Yaşıl Ada, 264 sayfadır (Şərq-Qərb Nəşriyyatı baskısı).

Uzaq Yaşıl Ada'nın en ünlü sözü nedir?

“Cavabsız ölmüş sualların qəbristanlığıdır başqa insan...”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Uzaq Yaşıl Ada — Vaqif Səmədoğlu. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4