CANLI

Birinci Addım: Psikoloji Üzerine Qaraqan'ın Paylaşılası Sözler

Birinci Addım - Qaraqan kitap alıntıları ve sözleri

Birinci Addım, Qaraqan'ın 2013 tarihli Psikoloji alanında öne çıkan eseridir. Bu derleme, Birinci Addım adlı eserin en akılda kalan cümlelerinden oluşuyor.

Yazar:Qaraqan
İlk Yayın:2013
Yayınevi:Qanun Nəşriyyatı
Sayfa Sayısı:256
Dil:Azerbaycanca
ISBN:9789952266238
Okuma Süresi:7 sa. 15 dk.
Türler:Psikoloji, Roman

Birinci Addım'dan En Beğenilen Alıntılar

"Bizim hamımızın minlərlə mənfi xüsusiyyəti var, amma əgər bu xüsusiyyətlər hamıda da varsa niyə hamı bunu mənfi sayır ki? Çünki cəmiyyət qəddardı və insanı alçaltmaqdan zövq alır".

📖 Sayfa 137 · Birinci Addım, Qaraqan

Sizin paltarınız, çantanız, üzərinizdəki "Hermes" yazısı, İphone-nuz- bunların heç biri siz özünüz deyilsiniz. Və bu şeylər sizi heç vaxt xoşbəxt etməyəcək. Bunların köməyilə ən yaxşı halda ətrafdakıları inandıra biləcəksiniz ki, xoşbəxtsiniz. Amma öz şəxsi xoşbəxtliyinizdən söhbət belə gedə bilməz.

📖 Sayfa 38 · Birinci Addım, Qaraqan

Sizə nə lazımdı? Elə məhz siz, həyatdan nə istəyirsiniz?
"Xoşbəxt olmaq" deyib cavabdan qaçmayın. Bunu daha konkret fikirləşin.

📖 Sayfa 30 · Birinci Addım, Qaraqan

Həyatın boğazından caynaqlarınla yapışmalısan.

📖 Sayfa 65 · Birinci Addım, Qaraqan

İnadkarlıq - inanmasan belə, qeyri-mümkün olsa belə, dayanmadan eyni səhvləri buraxa-buraxa eyni nöqtəyə zərbə vurmalısan. Ola bilsin ki, illərlə sənin səylərin heç bir nəticə vermədi. Amma sən dayanmadan bunu davam etməlisən.

📖 Sayfa 66 · Birinci Addım, Qaraqan

Heç vaxt insan olduğunuzdan utanmayın, çünki mələklərin əhatəsində deyilsiniz.

📖 Sayfa 137 · Birinci Addım, Qaraqan

İstedadlı olmaqla iş bitmir. Həyatın boğazından caynaqlarınla yapışmalısan.

📖 Sayfa 65 · Birinci Addım, Qaraqan

Hec vaxt cemiyyete hecne subut etmeye caliwmayin

Birinci Addım, Qaraqan

Mən bunu yəqin ki, uğurumun yeganə səbəbi kimi hiss edirəm. "İnadkarlıq". Özünü pəncərəyə vuran milçək inadkarlığı var idi məndə. Bilə-bilə ki çıxa bilməyəcək, ölənə kimi uçmağa, özünü şüşəyə vurmağa hazır idi.

📖 Sayfa 63 · Birinci Addım, Qaraqan

"Biz xoşbəxt olmaqdan daha çox xoşbəxt görünmək üçün çalışırıq."

📖 Sayfa 30 · Birinci Addım, Qaraqan

Qadınların namusu qorxu və qadağadan deyil, qarşılıqlı hörmət və xislətdən gəlməlidir..

Birinci Addım, Qaraqan

Hədəfi dəqiq olmayan insanın hərəkətləri də sərxoş odunçunun ağacı yonmasına bənzəyir.

📖 Sayfa 240 · Birinci Addım, Qaraqan

Heç vaxt! Heç vaxt cəmiyyətə heç nə sübut etməyə çalışmayın!

📖 Sayfa 137 · Birinci Addım, Qaraqan

1qurbaqa kar olduqu ucun, ”bacarmazsan” sozunu ewitmir ve bacarir. Cemiyyetin tenqidini ewitmir ve inkisaf edir.

Birinci Addım, Qaraqan

"Kitab lap mənasız olsa belə,sizdə oxuma sürətini artırır.Ona görə oxuyun...bacardıqca çox oxuyun"

Birinci Addım, Qaraqan

Hec vaxt insan olduqunuzdan utanmayin,cunki meleklerin ehatesinde deyilsiniz

Birinci Addım, Qaraqan

İnsan heç vaxt pislə yaxşı taleyi ayıra bilmir, bunu birdəfəlik qəbul edin və daha heç nəyə görə pis olmayın. İlk andan sizə böyük bəla kimi görünən hadisə daha sonra böyük xeyirlər gətirə bilər.

📖 Sayfa 169 · Birinci Addım, Qaraqan

•”Be careful what you wish for cause you just might get it.”

📖 Sayfa 194 · Birinci Addım, Qaraqan

Axmaq uşaq, nə qədər ki, mənasız suallara cavab axtaracaqsan, sənin cavabların da bir o qədər mənasız olacaq.

📖 Sayfa 255 · Birinci Addım, Qaraqan

Azad addımlarımız bizi o qədər qorxudur ki, heç nə eləməmək qərarına gəlirik. Əsas səbəb isə yenə də qorxu hissidir. İnsan nədən qorxur? İnsan həmişə "qeyri-müəyyənlikdən" qorxur.

📖 Sayfa 148 · Birinci Addım, Qaraqan

Azərbaycanda doğulduqları üçün özlərinə nifrət edirlər.
Elə hiss edirlər ki, elə bil Allah hamını gözəl ölkələrə yerləşdirib və artıq-urtuqların arxasına təpik vurub və onlar gəlib düşüblər Azərbaycana. Ölkəni tənqid edə bilərsiniz, bu gözəl şeydir, tənqid inkişafa gətirir. Amma on tənqiddən bir, bir dəfə də tərifləməyi bacarmalısınız.
Heyif ki, bizim millət istənilən tərifi yaltaqlıq qəbul edir. Amma yaxşı cəhətlərə də nəzər yetirməlisiniz.

📖 Sayfa 157 · Birinci Addım, Qaraqan

Istedadlı olmaqla iş bitmir.Həyatın boğazından caynaqlarınla yapışmalısan.

Birinci Addım, Qaraqan

Amerikanların belə gözəİ bir cümləsi var.

Be careful what you wish for cause you just might
get it.

📖 Sayfa 190 · Birinci Addım, Qaraqan

Kasıb insanlarda varlıların yanında olanda iki instinkt işə düşür. Birinci instinkt daha çox adamda olur. Bu yaltaqlıqdı

📖 Sayfa 97 · Birinci Addım, Qaraqan

Kim sizə deyirsə ki, nəsə çətindir, o sadəcə,sizə mane olmaq,qarşınızı almaq istəyir.

📖 Sayfa 198 · Birinci Addım, Qaraqan

Bakıya qayıtdım..Palçıqlı yollar, avtobusa tələsən qara adamlar..Bir anlıq nefti olan ölkəyə paxıllıq elədim.Sən demə, neft olan ölkələr necə rahat yaşayırmış.Heyif bizim ölkəyə bu sərvət hələ Allah tərəfindən verilməyib..

📖 Sayfa 101 · Birinci Addım, Qaraqan

Bəlkə də məsələ nə pəncərədə, nə gözəl mənzərədə, nə də şüşədədir, sadəcə, ona necə baxmağımızdadır?

📖 Sayfa 251 · Birinci Addım, Qaraqan

•”Yoxlamadığınız şeyi heç vaxt arzulamayın.”

📖 Sayfa 253 · Birinci Addım, Qaraqan

"Biz ədalətsiz bir dünyada doğulmuşuq və uğur qazanmaq üçün mübarizə aparırıq ki, xoşbəxt olaq".
Uğur+Mübarizə=Xoşbəxtlik

📖 Sayfa 30 · Birinci Addım, Qaraqan

İnsanlar paylaşmağı sevmir. Paylaşmaqdan utanır. Yalnız bir gün Novruz bayramında papaq atmaqla paylaşan millət olmuşuq.

📖 Sayfa 205 · Birinci Addım, Qaraqan

Eynşteyn demişdi ki, "Mən insanların bir axmaqlığına heyranam, hər dəfə eyni şeyi etməklə fərqli nəticələr gözləyirlər".

📖 Sayfa 207 · Birinci Addım, Qaraqan

"Biz ədalətsiz bir dünyada doğulmuşuq və uğur qazanmaq üçün mübarizə aparırıq ki, xoşbəxt olaq".

📖 Sayfa 30 · Birinci Addım, Qaraqan

bütün məsələ isə ondadır ki, ölkə pisdir, millət axmaqdır və xalq avamdır.

Birinci Addım, Qaraqan

Təbii ki, bəzi şeylər var ki, onları pulla almaq olmaz. Amma deyin görüm nəyi pulsuz almaq olar?

Oqden Neş

📖 Sayfa 60 · Birinci Addım, Qaraqan

Bizi tanımadığımız bir dünyaya heç nə demədən tullayıblar və bilmədiyimiz dəyərlər arasında tanımadığımız yollar arasında hələ də seçmədiyimiz hədəflərimizə doğru getməliyik.

Birinci Addım, Qaraqan

Qalib gələnlər təsadüflərə inanmır.

📖 Sayfa 26 · Birinci Addım, Qaraqan

Mən gənclərə birlikdən, birləşməkdən replər yazırdım ki, bir olsunlar, amma onlar hamısı çönüb repçi oldular. Hərəsi əlinə bir mikrofon aldı. Bu millət SƏNİNLƏ olmaq istəmir, SƏN olmaq istəyir.

📖 Sayfa 206 · Birinci Addım, Qaraqan

İnsan nə vaxt qorxmur?
İtirəsi heç nəyi olmayanda.

Birinci Addım, Qaraqan

•”Bilirsən, həmişə elə bilirdim ki, ilk söz səhv olsa söhbətim alınmayacaq, utanırdım.”

📖 Sayfa 232 · Birinci Addım, Qaraqan

Kim deyirsə ki, o pul haqda düşünmür, mən o adama inanmıram.

📖 Sayfa 9 · Birinci Addım, Qaraqan

"Hə,bütün kəpənəklər eybəcər soxulcan olub nə vaxtsa"

📖 Sayfa 101 · Birinci Addım, Qaraqan

Ətrafınızda elə insanlar var ki, artıq brend xəstəliyinə tutulublar.Hətta bunun elmi adı var.
ONİOMANİYA..
Yunan dilindən tərcümədə "satış-dəliliyi" kimi çevrilir..
Tibbi açıqlaması: Nə üçün lazım olduğu və nə məqsədlə istifadə olunacağı bilinmədən nə isə almaq istəyi..Sadə dildə adı: Şopoqolizm və ya şopinqolizm.

📖 Sayfa 45 · Birinci Addım, Qaraqan

“Şəkillər ailənin xatirələri, ən yaxın adamların yaddaşa həkk olunması üçündür. Amma indiki dövrdə şəkillər “xatirə” kimi gözəl sözdən, “göstəriş” kimi iyrənc bir fəaliyyətə çevrilib”

Birinci Addım, Qaraqan

•”Mən gənclərə birlikdən, birləşməkdən replər yazırdım ki, bir olsunlar, amma onlar hamısı çönüb repçi oldular.”

📖 Sayfa 212 · Birinci Addım, Qaraqan

•”Biz əvvəlcədən hədəfimizi bilməliyik ki, ona doğru gedə bilək.”

📖 Sayfa 245 · Birinci Addım, Qaraqan

Bütün müxalifətçilər deyir ki, ölkədə təhsil sistemi bərbaddır və hamısının uşaqları bizim universitetlərdə oxuyurlar. Bütün iqtidar da deyir ki, bizim universitetlər çox gözəldi və hamısının balası xaricdə oxuyur.

Birinci Addım, Qaraqan

Azərbaycanın da özünəməxsus bir kompleksi var. Əslində fikir verirsinizsə hər bir xalq ən çox nədən yapışırsa orada bir zibili var, bir zəifliyi var. Azərbaycanın qızıl kimi qiymətləndirdiyi cəmi bir şey var – 𝗤𝗲𝘆𝗿ə𝘁, 𝗡𝗮𝗺𝘂𝘀, 𝗞𝗶ş𝗶𝗹𝗶𝗸. Kişinin papağı, bığları, kişinin hörməti, qadına bayıra çıxmaq olmaz, qadının təmizliyi. Bir kişini işdən qov, pulunu al, maşınını qır, aldat, atış gəl, salam vermə vecinə də olmayacaq, amma üzünə var-yoxunu söy, səni döymək üçün canından da keçməyə hazırdı.

📖 Sayfa 107 · Birinci Addım, Qaraqan

Doğrudan da onun sözlərindən sonra hiss elədim ki, bizim millətin özündədir passivlik. Heç kəs, heç nə eləmək istəmir. Ya da hamı cəmi bir şey eləmək istəyir. Evlənmək, ev almaq, maşın almaq. Bu qədər.

📖 Sayfa 78 · Birinci Addım, Qaraqan

...hər kəsi dəyişmək lazım deyil.Bu səhv addımdır.Eşidirsiniz o insanlara toxunmayın,onları incitməyin və dəyişməyə çalışmayın.Onlar cəmiyyətə belə lazımdırlar.

📖 Sayfa 235 · Birinci Addım, Qaraqan

“…hər gün siz keçmiş özünüzü basdırır və hər gün yeni doğulan hüceyrələrinizə mesaj verirsiniz”.

Birinci Addım, Qaraqan

İnsanlar heç vaxt onlar üçün saatlarla ağlayan insanları sevməzlər.

Birinci Addım, Qaraqan

Sıkça Sorulan Sorular

Birinci Addım kimin eseridir?

Birinci Addım, Qaraqan tarafından yazılmıştır ve ilk kez 2013'te yayımlanmıştır.

Birinci Addım kaç sayfadır?

Birinci Addım, 256 sayfadır (Qanun Nəşriyyatı baskısı).

Birinci Addım'ın en ünlü sözü nedir?

“"Bizim hamımızın minlərlə mənfi xüsusiyyəti var, amma əgər bu xüsusiyyətlər hamıda da varsa niyə hamı bunu mənfi sayır ki? Çünki cəmiyyət qəddardı və insanı alçaltmaqdan zövq alır".”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Birinci Addım — Qaraqan. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4