CANLI

Səməd Vurğun'un Kaleminden Tiyatro Üzerine Hatırlanan Cümleler — Vaqif

Vaqif - Səməd Vurğun kitap alıntıları ve sözleri

Səməd Vurğun'un 1937'de yayımlanan Vaqif adlı eseri, Tiyatro türünün önemli örneklerindendir. Türkçe baskısı Şərq-Qərb tarafından yayımlanmıştır. Tiyatro severlerin Vaqif'ten seçtiği en unutulmaz cümleler burada.

Yazar:Səməd Vurğun
İlk Yayın:1937
Yayınevi:Şərq-Qərb
Sayfa Sayısı:128
Dil:Azerbaycanca
Okuma Süresi:3 sa. 38 dk.
Türler:Tiyatro, Senaryo-Oyun

Vaqif'ten En Beğenilen Alıntılar

Şeyx doğru deyir! Kor qalsın onlar,
Xalq ayılan zaman haqqını anlar...

Vaqif, Səməd Vurğun

Vicdan dedikləri bir həqiqətdir,
Beşiyi, məzarı əbədiyyətdir...

Vaqif, Səməd Vurğun

Bu ana qəlbidir, gəl onu sən yar,
Gör nə döyüntülər, nə ağrılar var!

Vaqif, Səməd Vurğun

Min ildir baş əydik yalnız Qurana.
Baxdı gözlərimiz kor kimi ona,
Bizə yasaq oldu başqa kitablar,
Kitabsız bir ömrün nə mənası var?

Vaqif, Səməd Vurğun

Daşdan yaranmamış, ətdəndir ürək!..

Vaqif, Səməd Vurğun

Qoy nisyə dalınca şeyxlər yüyürsün,
O nisyə cənnəti qoy onlar görsün.
Boş sözdür, "dünyanı heçdən yaradan"
Bütün cənnətləri quracaq insan.

Vaqif, Səməd Vurğun

Deyəsən, şöhrəti çox sevir qadın,
Ah, mənsəb!... Ah şöhrət!... Yaranmasaydın!...

Vaqif, Səməd Vurğun

Kitabsız bir ömrün nə mənası var?

Vaqif, Səməd Vurğun

V a q i f:
Ömür vəfasızdır,bizi tərk edir.
Hər ağ gün,qara gün ömürdən gedir.

📖 Sayfa 14 · Vaqif, Səməd Vurğun

Sevda bir dənizdir - göylərdən dərin,
Asta bax, qaralar birdən gözlərin
Burnun uşaq kimi dəyər daşlara.

Vaqif, Səməd Vurğun

V ə z i r. Ayağı çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?..
V a q i f. Dayan! Bu bağçanın hər bir budağı
Üstündə min çiçək, min gül bitirmiş,
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş!
Q a c a r (kinayə ilə.) Nizamiyə bax... Füzuliyə bax...
V a q i f. Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var.
Q a c a r. Görünür, Günəşə iştahan vardır.
V a q i f. Günəşdən gizlənən yarasalardır...

Vaqif, Səməd Vurğun

Nələr gördün, aman, Vaqif!
Nə qansızmış zaman, Vaqif!
Mən demədimmi çox yanma,
Uşaq kimi çox inanma
Bu dünyanın səfasına,
Sarayların vəfasına...

📖 Sayfa 49 · Vaqif, Səməd Vurğun

Qanadlı bir quşdur fürsət əzəldən,
Qaçar, buraxmayın siz onu əldən!

Vaqif, Səməd Vurğun

Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var.
Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.

Vaqif, Səməd Vurğun

Dünya naz götürüb yaşada bilməz
Onunla gizlənpaç oynayanları.

Vaqif, Səməd Vurğun

Vəzir

Şahim, olmasa da vəliəhdiniz,
İran torpağına hakimsiniz siz.
Şikayət etməyin taleyinizdən,
Oğlunuz, qızınız deyilmi vətən?

Qacar (kinayəli)

Vətən! Çoxmu sevir məni o vətən?
Mənə həcv yazır hər yoldan ötən...
Çox da tərifləmə mənə vətəni,
Bu qılınc olmasa, yeyərlər məni!

📖 Sayfa 70 · Vaqif, Səməd Vurğun

Vəzir:
"Sizin sözünüzün kəsəri azdır."
Vaqif:
"Oxuyan bülbüldür, dinləyən qazdır."

Vaqif, Səməd Vurğun

Eldə can qoymadı ağır vergilər;
Siz bu qanunlarla qalsanız əgər,
Doğma balanız da yad olacaqdır,
Külünüz göylərə sovrulacaqdır.

📖 Sayfa 34 · Vaqif, Səməd Vurğun

Ömür vəfasızdır, bizi tərk edir,
Hər ağ gün, qara gün ömürdən gedir...

Vaqif, Səməd Vurğun

Vaqif:
Bu dünya qalmamış ulu şahlara,
Zülm də,zalım da var ola bilməz!

📖 Sayfa 73 · Vaqif, Səməd Vurğun

Dünyanın sirrini görürəm ordan...
Bir parça sümükdür sevdasız insan.

📖 Sayfa 10 · Vaqif, Səməd Vurğun

Mənim sarayımdır yüksək əməllər!..

Vaqif, Səməd Vurğun

Qoyma ki, yerlərdə sürünsün bəşər,
Dünyada qalmasın nə pislik, nə şər.
Yaxşılıq insana bir sənət olsun,
Dünya başdan - başa bir cənnət olsun...

📖 Sayfa 2 · Vaqif, Səməd Vurğun

Dayan bu bağçanın hər bir budağı
Üstündə min çiçək,min dil bitirmiş.
Sizin güldüyünüz çoban torpağı
Nizamilər,Füzulilər yetirmiş!

Vaqif, Səməd Vurğun

Aldada bilməmiş dünyanın varı
Bir məslək eşqilə yaşayanları!

Vaqif, Səməd Vurğun

Bir parça sümükdür sevdasız insan.

Vaqif, Səməd Vurğun

Vaqif:
Vicdan dedikləri bir həqiqətdir-
Beşiyi,məzarı əbədiyyətdir...

📖 Sayfa 100 · Vaqif, Səməd Vurğun

Bu fani dünyanın kefi, ləzzəti
Axırda yaradır könül möhnəti.

Vaqif, Səməd Vurğun

Bir də, qorxmayıram mən heç ölümdən,
Dünyanın qəlbində qalacağam mən!

Vaqif, Səməd Vurğun

Kor kimi qalmasın insan,
Qalxsın cəhalətin qaranlığından!

Vaqif, Səməd Vurğun

Bir bax, əllərinə yaraşarmı qan?
Oğlum, yaşatmağa yaranmış insan.

Vaqif, Səməd Vurğun

Vaqif:
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm,özgə babət görmədim.

📖 Sayfa 108 · Vaqif, Səməd Vurğun

Ancaq olmasaydı kasıb kəndlilər
Bunca qudurtmazdı sizi simü zər...

Vaqif, Səməd Vurğun

(mənalı)
İnsan uçuracaq daş zindanları,
Zəncirsiz, zindansız günlər gələcək,
Bizə təsəllidir böyük gələcək.

📖 Sayfa 30 · Vaqif, Səməd Vurğun

Vaqif:
Soyuq məzara da zinətdir insan.

📖 Sayfa 100 · Vaqif, Səməd Vurğun

Vaqif:
Can dustaq olanda gülərmi ürək?

📖 Sayfa 26 · Vaqif, Səməd Vurğun

İnsan! O müqəddəs bir kainatdır,
O saf qəlbi pozan yalnız həyatdır...

Vaqif, Səməd Vurğun

Böyük təbiətlər yaranır az-az
Hər yerdə, hər zaman inci tapılmaz..

Vaqif, Səməd Vurğun

Vaqif:
Günəşi örtsə də,qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var.

📖 Sayfa 102 · Vaqif, Səməd Vurğun

Bəli, uzaqdadır,həsrəti çoxdur...
Ancaq sədaqətin mənzili yoxdur.

Vaqif, Səməd Vurğun

Şeyx:
"Buna qulaq asmaq çətin peşədir"
Vaqif:
"Niye, qulağınız çoxdan şəşədir-
Böhtan eşidəndə qızarıb yanar,
Doğru söz gələndə pambıq tixanar."

Vaqif, Səməd Vurğun

Eldar:
Bizi dəvət edir qışdan bahara,
Azadlıq uğrunda vuruşmalara!

📖 Sayfa 88 · Vaqif, Səməd Vurğun

Təlxək:
Uşaq kimi çox inanma
Bu dünyanın səfasına.

📖 Sayfa 49 · Vaqif, Səməd Vurğun

Söz əsər eləməz qəlbi pozğuna...

Vaqif, Səməd Vurğun

Vaqif:
Bir şeyda bülbüləm,daş qəfəsdəyəm...

📖 Sayfa 123 · Vaqif, Səməd Vurğun

Vaqif:
Günəş qürub edir...sönür kainat.
Əzəldən belədir vəfasız həyat...

📖 Sayfa 128 · Vaqif, Səməd Vurğun

O da bir pərdədir gözlərimizə.
Canım, nə cəhənnəm, nə cənnət vardır
Bunlar da bir cürə uydurmalardır.

Vaqif, Səməd Vurğun

Min mələk uçsa da, gülümsəyərək,
Gərək yumşalmasın cəbhədə ürək!

Vaqif, Səməd Vurğun

Şair! Heç aldanma dünya varına,
İnanma dünyanın etibarına.

Vaqif, Səməd Vurğun

Canan üz döndərdi... Dövran bivəfa,
Pozuldu gördüyüm hər zövqü səfa.
Saraldı ömrümün çiçəkli yazı,
Qırıldı qəlbimin sədəfli sazı.

Vaqif, Səməd Vurğun

~ ...Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, keç günahımdan!
Qoyma ki, yerlərdə sürünsün bəşər,
Dünyada qalmasın nə pislik, nə şər.
Yaxşılıq insana bir sənət olsun,
Dünya başdan-başa bir cənnət olsun...

Vaqif, Səməd Vurğun

- Yaxşı da! Ayağı çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?..
- Dayan! Bu bağçanın hər bir budağı
Üstündə min çiçək, min gül bitirmiş.
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş!
- Nizamiyə bax... Füzuliyə bax...
- Günəşi örtsə də qara buludlar
Yenə günəş adlı bir qüdrəti var.
- Görünür, günəşə iştahan vardır!
- Günəşdən gizlənən yarasalardır...

Vaqif, Səməd Vurğun

Əli bəy:
Ata!
Sənin Günəş boyda bir vicdanın var-
Çiynində el dərdi daşıyacaqdır,
Bu dünya durduqca yaşayacaqdır.

📖 Sayfa 129 · Vaqif, Səməd Vurğun

Qoca:
Bu dağlar qoynunda aslan yatmışdır,
Burda koroğlular at oynatmışdır...

📖 Sayfa 90 · Vaqif, Səməd Vurğun

Vaqif:
Dayan!Bu bağçanın hər bir budağı
Üstündə min çiçək, min dil bitirmiş,
Sizin güldüyünüz çoban torpağı
Nizamilər,Füzulilər yetirmiş!

📖 Sayfa 102 · Vaqif, Səməd Vurğun

Of, yazıq analar, of, igid Vətən!
Nələr çəkməmişsən bu dünyada sən...
Qılınclar, nizələr, dəmir qalxanlar,
Sinəndə at çapan şahlar, xaqanlar
Səni parçaladı, diddi ətini,
Qəlbini, hissini, məhəbbətini...

Vaqif, Səməd Vurğun

Vaqif:
Çobanlar yaylağı yadıma düşdü.
O təmiz duyğular,o saf ürəklər,
Başına döndüyüm güllər,çiçəklər,
Tərlanlar oylağı yadıma düşdü.

📖 Sayfa 65 · Vaqif, Səməd Vurğun

Vaqif:
Bir bax,əllərinə yaraşarmı qan?
Oğlum,yaşatmağa yaranmış insan.

📖 Sayfa 65 · Vaqif, Səməd Vurğun

Könül viran qalan bir xanimandır..
Deyib-danışmayır xeyli zamandır..
Mənə nə göylərdən bir təsəlli var,
Nə yerlər ruhumu zövq ilə oxşar..

Vaqif, Səməd Vurğun

Sən insan oğlunun taleyinə bax!
Ona göz dağıdır yerdə yaşamaq,
Lakin ayrılmayır dünyadan ürək,
Ətirlər qoxuyan hər gül, hər çiçək,
Göylərə baş vuran bu qəlbi dağlar,
Dağlar döşündəki şır-şır bulaqlar,
Hər yaşıl mənzərə, hər sarı sünbül,
Güllərin başına dolanan bülbül,
Bizim bu yerlərin gözəl elatı,
Çoban tütəyindən axan bayatı
Həyata çağırır hər zaman bizi,
Yaradır, yaşadır hər nəğməmizi...

Oğlum, düşündükcə, duyduqca dərin - Qollarda səslənən bu zəncirlərin
Günəşli, gündüzlü bir sabahı var,
Ölsün gələcəyə inanmayanlar!

Vaqif, Səməd Vurğun

Sıkça Sorulan Sorular

Vaqif kimin eseridir?

Vaqif, Səməd Vurğun tarafından yazılmıştır ve ilk kez 1937'de yayımlanmıştır.

Vaqif kaç sayfadır?

Vaqif, 128 sayfadır (Şərq-Qərb baskısı).

Vaqif'in en ünlü sözü nedir?

“Şeyx doğru deyir! Kor qalsın onlar, Xalq ayılan zaman haqqını anlar...”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Vaqif — Səməd Vurğun. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4