
Mehmet Emin Resulzade'nin okur kitlesi geniş bir yazardır. 15 eserinden derlenen 100 söz, kaynaklarıyla birlikte bu sayfada.
En Beğenilen Mehmet Emin Resulzade Sözleri
O qədər yalnızam ki, hətta xəstə olmağa özümdə səlahiyyət belə görmürəm
📖 Sayfa 46 · Məktublar, Mehmet Emin Resulzade
Onun üçün başlıcası ideya deyil, sadəcə hakimiyyətdir. O, idealist sosialistlərdən çox, dəliqanlı terroristlərə istinad etmək istər. Bolşevik inqilabını cığırından çıxaran bu kimi demaqoqlardır.
📖 Sayfa 35 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Görəcəksiniz, o, fəhlə sinfinin başına bəla olacaqdır. Nə cahpərəst, nə intriqan, nə qorxunc adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı olmayan birisi həqiqi revolyusioner ola bilməzmiş, heç təsadüfi deyil ki, ətrafını bu cür qafqazlılarla doldurmuşdur.
İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradısıcı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır.
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Keçmişini bilməyən, bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi...
📖 Sayfa 5 · Bir Türk Milliyətçisinin Stalinlə İxtilal Xatirələri, Mehmet Emin Resulzade
:)
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Azərbaycanlılar öz məmləkətlərinə «şe'r və musiqi yurdu» deməyi sevirlər.
"Dər kui nik pəsəndi-təğyir de gəzara."
📖 Sayfa 47 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Yarı aç, yarı çıplak her şeyi unutmuş kitaplara dalmıştım...
Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Unutmayaq ki, yolumuz hürriyyət və istiqlal yolu, qayəmiz yüksək və müqəddəsdir! Şəhidlər karvanı ilə sərilmiş bir yolla gedirik. Düşməni sevindirmək haqqımız yoxdur. Fitnədən qorunmaq vəzifəmizdir.
📖 Sayfa 179 · Məktublar, Mehmet Emin Resulzade
Millətçilik - bir insan birliyinin öz varlığını müdafiədan başqa bir şey deyildir. Fərdi müdafiə təbii və qanuni olduğu kimi, milli kollektivin də özünü müdafiəsi təbii bir hadisədir.
📖 Sayfa 70 · Qafqaz Xatirələri, Mehmet Emin Resulzade
Azərbaycan gələcək Turan sırasının önəmli bir halqasıdır.
📖 Sayfa 42 · Asrımızın Siyavuşu, Mehmet Emin Resulzade
Firdovsi çox haqlıdır. Qüvvət olmayan yerdə gözəllik olmaz, gözəllik olmayan yerdə qüvvət ola bilməz. Zövq ərbabı bu iki qarşı-qarşıya zidd qütbü birbirindən ayırmaz. Firdovsinin şairanə bir zövqlə ifadə etdiyini, «sağlam bədəndə sağlam ruh» — deyən tərbiyə öyrətmənləri elmi şəkildə iddia etmirlərmi?
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Tarix təkrarlardan ibarətdir deyirlər: fəqət bu təkrar, belə təsəvvür olunmasın ki, irili-xırdalı təfsilatı ilə yenidən yoxlanır. Heç bir hadisə zaman və məkan təsirindən qurtula bilməz.
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Bəli, vətəndaşlar! 28 Mayı yaşadarkən ümumi may günlərini yaşatdığımızı unutmayaq. Bilək ki, sadə təbiətin deyil, tarixin də dünyagörmüş bir mövsümü olan May bizim üçün bir külldür!
📖 Sayfa 174 · Qafqaz Xatirələri, Mehmet Emin Resulzade
Yaşasın 28 May! Yaşasın May günləri!
Cabbarlıda kişi qəhrəmanlar kimi qadın qəhrəmanları da yetkin tiplərdir. Onun əsərlərində Azərbaycan cəmiyyətindəki bütün məsələlər kimi qadın məsələsi də real bir şəkildə qoyulmuş və həll edilmişdir. Qız qalasındakı Durna mətanətli və namuslu Azərbaycan qızının şüurlaşdırılmış tipidir. Cabbarlının əsərlərindəki qadın surətləri passiv etirazdan başlayaraq aktiv protestə və sosial mübarizəyə qədər yüksəlir.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Ana dili ilə bərabər, əsirlər ruscanı da bilirlər, lakin çox zəif. Məsələn, ruscanı kifayət dərəcədə bilməyən rus dili müəlliminə rast gəldim.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Özümüzdə xoş görmədiyimiz bir şeyi nə deyə Türkiyədə xoş görüb, idealizə etməliyik?
📖 Sayfa 12 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı bir haqq kimi vətən də ancaq mübarizədə qazanılır. Böyük bir sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun alacağı hissə məhz budur.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Çarlığın Azərbaycan türklüyünə endirdiyi böyük zərbələrdən biri onu əsgəri xidmətə cəlb etməməsi idi.Bu surətlə fitrətən cəngavər olan bura türklərini əsgəri xidmətdən yadırğatmaq və beləliklə onları Rusiya imperializmindən asılı vəziyyətə salmaq istəyirdilər. Sonralar 1918-ci il hadisələri zamanı bunun çox böyük zərəri göründü. Azərbaycan xalqı istiqlalını müdafiə üçün hərbi qüvvələrini dərhal yaratmaqda böyük çətinliklər çəkdi.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Allah bizi "xilaskarlardan" saxlasın,
Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
düşmənlərlə özümüz bacararıq.

«Molla Nəsrəddin»in əski müdiri Cəlil Məmmədquluzadə «Kamança» adlı bir pyes yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam almaq istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə ölümdən qurtarır. Nədənsə pyesi o zaman səhnəyə qoymurdular.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
M.Ə.Rəsulzadə öz yazılarında «müsəlman», «türk», «tatar» kimi müxtəlif ifadələr altında tanınmış bu xalqı «azərbaycanlı» kimi qeyd edirdi. Halbuki, bunu 1935-ci ildən tarixi ədəbiyyatda İ.Stalinin adına çıxırlar.
📖 Sayfa 11 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Bakı mətbuatından öyrəndiyimizə görə Tağı Şahbazi, Böyükağa Talıblı, Əli Rza və Əhməd Cavad kimi yazıçılar sovet ədəbiyyatında millətçiliyi təbliğ etdiklərinə görə Yazıçılar İttifaqından xaric edilmişlər.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “ Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə başlayır .
Bir Türk Milliyətçisinin Stalinlə İxtilal Xatirələri, Mehmet Emin Resulzade
... o, savaşdan çox barışığa tərəfdar idi.
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Azərbaycan cümhuriyyətinin paytaxtını təşkil edən Bakı o zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir şəhər idi.
📖 Sayfa 9 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Əlbəttə, millət, bugünkü məfhumu ilə bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir. Avstriya siyasət yazarlarından Sprinker "Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyət zümrəsinə mənsub bilməsi ilə təyin edilir", – deyir. Demək "Mən ərəfe nəfsəhu kəd ərəfe Rəbbahu" (öz gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqini varır). Bunu belə desək, "Mən ərəfe nəfsəhu kəd ərəfe millətehu" (öz gözəllik və əzəmətinin fərqində olan insan öz millətinin də gözəllik və əzəmətinin fərqinə varır) – mənası ortaya çıxır.
📖 Sayfa 50 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə durur. Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr.
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 mayı qədər çağdaş Azərbaycan tarixinin ünlü bir günü yoxdur. Çağdaş Azərbaycan tarixinin ibtidasını on doqquzuncu əsrin başlanğıcından saya bilərik. Bu tarixdən bəri Azərbaycan cəmiyyəti düşdüyü çətin şəraitə baxmayaraq orta çağların əsaslarını zehniyyətlərindən sıyıraraq çağdaş mədəniyyətə doğru getmişdir. Həmin tarixdə, bir neçə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Salon-vaqonda yemək yeyərkən qatarımız qələbəlik bir stansiyada dayandı, bir az burada gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli:
📖 Sayfa 47 · Qafqaz Xatirələri, Mehmet Emin Resulzade
-Yoldaş Stalin, nəyə görə? - deyə, soruşdu.
-Bayırdakılar masamızı görməsinlər, - dedi.
-Görsünlər də, nə olar ki?..
-Qulaq asın, necə yəni "nə olar?", səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?!
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!..
BÖYUK AMAC YARDIMCINIZ , PARLAQ İDEAL IŞIĞINIZ OLSUN ...
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
bəşəriyyətin yaşadığı bütün dünya tarixində İosif Vissarionoviç Cuqaşvili - Stalindən daha mütləq bir hökmdar yoxdur. Mühüm dərəcədə onun şəxsi fəaliyyətilə yaradılmış Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud olmamışdır.
📖 Sayfa 7 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Dönən dövran hər zaman iki mühüm axının ahəngi ilə tənzim edilir, ixtilafı ilə pozulur. Bir qüvvə, bütün səbirsizliklə ağrı — acıları mərkəzə doğru çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər.
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
“Əl-Xeyr fi mavəqə”
📖 Sayfa 98 · Məktublar, Mehmet Emin Resulzade
Tərcüməsi: Hadisə baş vermədən xeyir olmaz.
Bakının işləyən əhalisi isə 152 vaqon şəkər, çay, kofe, kakaodan ibarət hədiyyəni Lenin yoldaşa göndərirdi. Hərçənd ki ölkənin özünün bu məhsullara ciddi ehtiyacı var idi.
📖 Sayfa 62 · Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda, Mehmet Emin Resulzade
«Türkləşmək, İslamlaşmaq və Müasirləşmək» kimi üç ayaqlı bir şüar ortaya atılmışdı. İstanbul yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər.
📖 Sayfa 31 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Yeni nəsil öz dilində, deyə bilərik ki,tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri bitirmişlər. Əsirlər arasında orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali təhsillilərə də rast gəlinir. Müəllimlərlə həkimlər daha çoxdular. Mənim — Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə yüz ali təhsil görmüş gəncləriniz vardırmı? — sualıma müsahiblərim əsəbi halda:
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade
— Siz nə deyirsiniz, yüzlərdən deyil, minlərdən danışın... Biz öz-özümüzü idarə edəcək bir vəziyyətdəyik! — deyə cavab verdilər.
Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qliyer onun «Şahsənəm» adlı mənzum pyesini nota çevirərək opera yazmışdır.
Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı, Mehmet Emin Resulzade

Keçmişini bilməyən bu gününü dərk edə bilməz!
Bir Türk Milliyətçisinin Stalinlə İxtilal Xatirələri, Mehmet Emin Resulzade
Türkçülük, siyasi bir hareket değildir. O ilmi-felsefi- estetik bir ekoldür. Diğer bir ifadeyle o, kültürel birlik uğruna bir mücadele yöntemidir.
📖 Sayfa 42 · Pan-Turanizm ve Kafkasya Meselesi, Mehmet Emin Resulzade
1915-ci ildə I dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.
📖 Sayfa 6 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər.
📖 Sayfa 55 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
📖 Sayfa 8 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Tofiq Fikrət
Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda, Mehmet Emin Resulzade
— Bir kərə yüksələn bayraq bir daha enməz!
Asrımızın Siyavuşu, Mehmet Emin Resulzade
XIX əsrin əvvəlində Azərbaycan ədəbiyyatında yeni realizm məktəbi yarandı. Bu məktəbin banisi Mirzə Fətəli Axundzadə idi. Müsəlman şərqinin ilk dramaturqu olan bu yenilikçi şəxs islahatlar dövrünün qaranlıq dövrünə işıq saçan bir günəş idi.
Azərbaycan Mübarizə Yolunda, Mehmet Emin Resulzade
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!
📖 Sayfa 57 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Bu doğrudurmu ki, dr. Nərimanovu (o vaxt Azərbaycan Sosialist Sovet Respublikası Komissarları Şurasının sədri) götürüb, yerinə Sizi (yəni məni) gətirəcəklər...
📖 Sayfa 47 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
- Yox canım, bunu haradan çıxartdınız?..
- Kreml dairələrində belə danışırlar. - Siz ağlınızı itirdinizmi? Bu şayiələrə necə olur qulaq asırsınız?.. Dr. Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs mövzusu ola bilər?
Artıq düşünməli, düşünməli ki: nə yapıyoruz? Nərəyə gediyoruz?!.
📖 Sayfa 165 · Əsərləri: IV cild: 1917-1918, Mehmet Emin Resulzade
Herhangi bir şekil ve ruhta olursa olsun, emperyalizm her zaman bir illetle malul olmuştur, ki o illet de tarihi körlüktür
📖 Sayfa 84 · Pan-Turanizm ve Kafkasya Meselesi, Mehmet Emin Resulzade
Pan-Turanizm, genel hatlarıyla 19. Yüzyılın sonları ve 20. yüzyılın başlarında, bir anlamda Pan- Slavizme ve Batılı kolonyalizme karşı olarak ortaya çıkan ve tüm Türk halklarının ortak bir devlet etrafında siyasi birliği kazanmasını amaç edinen cereyanın ismi idi .
Pan-Turanizm ve Kafkasya Meselesi, Mehmet Emin Resulzade
Millətdən alınan haqq başqasına təslim edilə bilməz!
📖 Sayfa 51 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
"Nəhs taleylə mərdlik etmə".
Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Bugün bizim ülkümüz Oğuzların sadece kültürel birliği ile sınırlıdır. Türkçülüğün yakın ülküsü, bu topraklarda yani Oğuzistan’da sadece tek bir kültürün hakimiyetini tesis etmektir.
📖 Sayfa 40 · Pan-Turanizm ve Kafkasya Meselesi, Mehmet Emin Resulzade
Rusiya dağılıb viran olacaq,
📖 Sayfa 61 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Türkiyə böyüyüb Turan olacaq.
Necə yaşayır, nə düşünür, nə edirsiniz? -
📖 Sayfa 38 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
- Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, -
- Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda bir perspektiviniz vardır,
- Moskvada qaldıqca bir perspektivim yoxdur....
Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhraman qadın güllələnmədən öncə sinəsini geniş açaraq :
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda, Mehmet Emin Resulzade
"Yaşasın Azərbaycan!" - deyə bağırmışdı.

Keçmişini bilməyən bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi. Lakin elə həmin nəslin özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən, sonsuzdur.
📖 Sayfa 4 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Yeni nəslin türkçüləri milliyyəti təkcə irqi məqamlarla müəyyənləşdirməyib, ona bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif mədəni və tarixi amillərin məhsulu kimi baxırlar.
📖 Sayfa 37 · Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar, Mehmet Emin Resulzade
Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu, İstambul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə Azərbaycanın «Yavru bayrağı»nı Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib qutladı, sevindi. O üç rənkli köksü hilallı gənc-bayrağa arzular diləyərək dedi ki,
📖 Sayfa 43 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
«Tanrı sənə qara gün göstərməsin»*
İntiqam haqdır və tarixin ən mühüm əməllərindən biridir.
📖 Sayfa 48 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır.
📖 Sayfa 46 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Hepimiz biliyoruz ki Sovyet Hükumeti kendini dışa karşı barışsever gibi göstermekte, fakat aslında dünya barışını bozan tek unsurdur.
Azerbaycan Problemi, Mehmet Emin Resulzade
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır.
📖 Sayfa 6 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.
....terrorun, hələ kütləvi terrorun tarixdəki rolu mühümdür.
📖 Sayfa 28 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir,
Neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa
Bir Türk Milliyətçisinin Stalinlə İxtilal Xatirələri, Mehmet Emin Resulzade
yandırılmazdı.
"Soylar dışında mutluluk yoktur. Soylar ise dilden bağımsız düşünülemez. Dil ise, bir cemiyetin tüm tabaka ve gruplarının birbirini anlama aracı olarak hizmet etmezse, sosyal fonksiyonunu yerine getiremez."
Pan-Turanizm ve Kafkasya Meselesi, Mehmet Emin Resulzade
Cemalettin Afgani
Stalin bizə xitabla:
📖 Sayfa 70 · Qafqaz Xatirələri, Mehmet Emin Resulzade
– Azərbaycanda azömürlü hökumət qurdunuz, lakin çox dərin bir iz qoydunuz. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə silahlanmışdır,– dedi.
"Azeri Türkleri'nin hal-i hazırda oturdukları yerler mine'l-kadim Türk halkı ile meskendi. Gerek Bakû,Gence, Şamahı, İrevan ile Tebriz, Merağa, Erdebil ve saire gibi vilayetler ve gerek Muğan, Aran, Karabağ ve Karadağ gibi memleketler daima Türk İlinin oturağı ve Türk hanlarının ovlağı olmuştur. Bu yerler kendilerinde, bir çok Türk sülalelerinin irili ufaklı hükümetler kurduklarını ve yıllarla saltanat sürdüklerini görmüşlerdir."
📖 Sayfa 12 · Azerbaycan Cumhuriyeti, Mehmet Emin Resulzade
Əcaib insandır bu Rəsulzadə. İdealizm ona mane olur. Aciz-aciz oturub durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir.
📖 Sayfa 47 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Ya bu yana, ya o yana
📖 Sayfa 120 · Məktublar, Mehmet Emin Resulzade
Stalin çarlar dövründəki məşhur ingilis-rus rəqabətilə indiki ingilis-rus munasibətlərinin bir-birindən radikal şekildə ayrıldıqlarını anladaraq:-O zaman 2 yırtıcı qarşı-qarşıya durmuşdular;indi isə(bir müstəmləkəçiyə qarşı bir xilaskar durur,deyəcəyini sezərək fürsət vermədən):
Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
-İndi isə iki xilaskar durur,-dedim.
Kalinin (o zamankı Sovet İttifaqı prezidenti) peyda oldu. Stalin dərhal ona:
📖 Sayfa 46 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
- Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana bitişdirmək istəmirsiniz?! - deyə xitab etdi. O isə heç dayanmadan əli ilə sərt bir jest edərək: - Yox, yox, istəmirəm, - dedi.
Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
Azərbaycan Mübarizə Yolunda, Mehmet Emin Resulzade
səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar.
📖 Sayfa 30 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz özümüz bacararıq...
📖 Sayfa 28 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade

Qəbahət bizcə hər zaman qəbahətdir. Yalandan bir manevr etməklə onun məsuliyyətini başqasının üzərinə atmaq cəhdi ancaq “pozulmuş vicdanlara” rahatlıq gətirə bilər.
📖 Sayfa 135 · Məktublar, Mehmet Emin Resulzade
dilimin bəlasınamı düşdüm?
📖 Sayfa 42 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını aldatmaq istəmərəm.
📖 Sayfa 47 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub, batində başqa bir məqsəd güdmək əlimizdən gəlməz.
Heyətin üç üzvündən biri bakılı, biri gəncəli, biri
Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
təbrizli idi. Demək, “bütün Azərbaycan” bizimlə görüşməyə gəlmişdi. Gənc
yurddaşlarımı əhəmiyyət və diqqətlə dinlədim.
Getdikcə farslaşan Azərbaycan türkü bu dəfə ruslaşdırmaq siyasətinə məruz qalıyordu.
Azərbaycan Cümhuriyyəti, Mehmet Emin Resulzade
İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də azərbaycanlıdır.
📖 Sayfa 37 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Böyük şəhərlərin ruslaşdırılması isə daha tükürpədicidir. Bugün Bakı əhalisinin 30%- i rusdur.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda, Mehmet Emin Resulzade
Kiçik bir bröşürdə Azərbaycan xalqının bütün insanlıq tarixində mövcud olmuş ən vəhşi və qorxulu tiranlığa qarşı şanlı mübarizəsini təqdim etmək, təəssüf ki mümkün deyil.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda, Mehmet Emin Resulzade
Səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə, inqilab olar, bilmirsən?
📖 Sayfa 65 · Bir Türk Milliyətçisinin Stalinlə İxtilal Xatirələri, Mehmet Emin Resulzade
Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluşlarına əngəl olan dünyada bir qüvvə varsa, o da İngiltərə imperializm qüvvəsidir.
📖 Sayfa 27 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Azərbaycanı Azərbaycana bitişdirməlimi?
📖 Sayfa 45 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
- Şərqdən gələn müsafirləri Sovet hökuməti adından qarşılamaq bir şərəfdir.
📖 Sayfa 42 · Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Bax şu Qarazadə Əli heydərə,
📖 Sayfa 139 · Azərbaycan Cümhuriyyəti, Mehmet Emin Resulzade
Töhfeyi-Şirvanə, mələk-mənzərə.
Bəhri Xəzər, xütteyi-Azərbaycan,
Görməmiş ömründə belə hökmran!
"Əvət əfəndilər! Pək də naümid olmayalım. Tarixin, amali-milliyəmiz nöqteyi-nəzərindən, müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdiyini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təsbitinə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım..."
📖 Sayfa 75 · Azərbaycan Cümhuriyyəti, Mehmet Emin Resulzade
Avropa millətçiliyi siyasi baxımdan təcavüzkar, sosial baxımdan mühafizəkar idealogiyadır. Şərqdə isə millətçilik siyasi baxımdan müdafiəçi, sosial baxımdan mütərəqqi bir fenomendir.
📖 Sayfa 42 · Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar, Mehmet Emin Resulzade
“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”
Məktublar, Mehmet Emin Resulzade
“Hiddət ədalət əlaməti hesab edilə bilməz”
Məktublar, Mehmet Emin Resulzade
Ədalətdən gözləyirik ki, şəxsimizdən aldığını könülümüzə qaytarmaqla əvəzini versin.
Məktublar, Mehmet Emin Resulzade
Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu,Istanbul böyük təntənələr etdi.Bu mitinqlərdə Azərbaycanın "Yavru bayrağı"nı Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib,qutladı.O üç rəngli köksü hilallı gənc-bayrağa arzular diləyərək dedi ki, "TANRI SƏNƏ QARA GÜN GÖSTƏRMƏSİN".
📖 Sayfa 43 · Asrımızın Siyavuşu, Mehmet Emin Resulzade

"Moskova'da geçirdiğim iki yıl boyunca Türk halklarının kurtuluşunun sadece kendi içinde, kendilerini bir millet olarak tanımakta olduğuna inandım"
Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları, Mehmet Emin Resulzade
Dünyanın bugüne dek yaşadığı en kötü zulme karşı bu büyük mücadelenin sancağında şu cümle yazılıdır:
Azerbaycan Problemi, Mehmet Emin Resulzade
Milli haysiyet, hürriyet ve bağımsızlık için!
Əsrimizin Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar.
📖 Sayfa 93 · Əsrimizin Siyavuşu, Mehmet Emin Resulzade
Əhali arasında çox məşhur olan "Molla Nəsrəddin" satirik jurnalı orta əsrlərdən qalmış mənfi adətləri ustalıqla gülüş hədəfinə çevirirdi.
Azərbaycan Mübarizə Yolunda, Mehmet Emin Resulzade
Məktəb müəlliməsi olan Vəsilə xanım Zaqatala üsyanına rəhbərlik edən həyat yoldaşına ruhlandırıcı məktub yazdığı üçün güllələnmişdi. Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhrəman qadın güllələnmədən öncə sinəsini geniş açaraq: "Yaşasın Azərbaycan!" - deyə bağırmışdı.
📖 Sayfa 65 · Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda, Mehmet Emin Resulzade