CANLI

Məhəmmədrəsul Mollahüseyni'nin Yadında Qalsın Adlı Eserinde Din Üzerine Etkisi Süren Sözler Kaleme Almış

Yadında Qalsın - Məhəmmədrəsul Mollahüseyni kitap alıntıları ve sözleri

Yadında Qalsın adlı eser, Məhəmmədrəsul Mollahüseyni tarafından yazılmıştır ve ilk kez 2020'de okurlarla buluşmuştur. Bu sayfa, Yadında Qalsın'dan damıtılan en akılda kalan cümlelere ayrılmıştır.

Yazar:Məhəmmədrəsul Mollahüseyni
Çevirmen:Rahib Rüstəmli
İlk Yayın:2020
Yayınevi:«Издательство Полипресс»
Sayfa Sayısı:296
Dil:Azerbaycanca
ISBN:1302502451929
Okuma Süresi:8 sa. 23 dk.
Türler:Anı-Mektup-Günlük, Din (İslam)

Yadında Qalsın'dan En Beğenilen Alıntılar

Dəfn yerimə Nəcəfin Vadiüssalam məzarlığını yazmışdım, ancaq sənə və anama verdiyim söz yadıma düşdü. Düşündüm ki, məndən uzaq qalmağa dözə bilməzsiz. Üstündən xətt çəkib, “Qəzvinin şəhidlər xiyabanı” yazdım.

Dərindən nəfəs alıb xırıltılı səslə dedim:
-Yaxşı elədin, yoxsa hər şeyimi satıb sənin yanında qalmaq üçün Nəcəfə köçəcəkdim . . .

📖 Sayfa 220 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Açıkcası, ben çabuk sinirleniyorum, genel davranışlarımda kötüdür. Sabırsız ve kaba davranışlarım sizi kırabilir
Galiba bu sözleri söylemiş olma sebebini anladı
+ Siz ne kadar sinirliyseniz, ben de bir o kadar sessiz ve sabırlıyımdır. Bu gibi şeyler için rahatsız olacağımı düşünmüyorum

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Yanında sevgilin yoksa, kör dolanman daha güzeldir...

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Senin kıyamet günü hasret çekmene dayanamam...

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Min şeir oxumuşam,qafiyəsi sən olmusan.♡

📖 Sayfa 101 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

"Kiminsə və ya nəyinsə gözəlliyinə aldanmayın. Bəziləri söyüdgülü çiçəyi kimi gözəl olsalar da, onları otuz kilo balla da yemək olmaz."

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Sözlərini çox da ciddiyə almır, gülərək şəkilləri bir-bir çevirirdim. Hələ axırıncı şəklə çatmamış maraqdan soruşdum:
-Mənim adımı telefonunda necə qeyd etdiyini deməyəcəksən?
-Yaxşı bir ad yazmışam.Özün axtar, görüm tapa biləcəksən?
Zirənglik edib son zənglərə baxdım. Adımı “Mənim Kərbəlam” kimi qeyd etmişdi. Gülümsədim.)
-Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad?
-Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən.⚘

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Həmin on gün ərzində anası nə zaman zəng vurub halını soruşurdusa, üzü gülürdü, uzanmış olsaydı, cəld oturardı, oturmuş olsaydı, ayağa durardı. Onun bu rəftarları mənə çox qəribə gəlirdi. Ona dedim:
-Həmid can! Axı anan sənin oturduğunu, ya da uzandığını görmür. Elə uzandığın yerdə, istirahət edə-edə də danışa bilərsən.
-Düzdür, anam yanımda deyil, məni görmür, bəs Allah necə? Allah yanımdadır və məni görür.

📖 Sayfa 192 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

'
-Həmid can! Axı anan sənin oturduğunu, ya da uzandığını görmür. Elə uzandığın yerdə, istirahət edə-edə də danışa bilərsən.

-Düzdür, anam yanımda deyil, məni görmür, bəs Allah necə? Allah yanımdadır və məni görür.

📖 Sayfa 192 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

" Bir gün ölüm bizi ayırsa, senden önce ben ölmeliyim."

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Əşyaları bağlayanda Həmid yanımda oturdu, mənə bir qədər Kərbəla torpağı verib dedi:
“Bu torpağı cehizlərin arasına
qoy. İstəyirəm bütün həyatımızdan Əhli-beytin, İmam Hüseynin (ə) ətri gəlsin”.

📖 Sayfa 106 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Sanki qismətim mənə baxmayan həyalı gözlərə aşiq olmaq imiş. Bu sirli və cəlbedici gözlərə bir baxışda aşiq olmağın nə demək olduğunu anlamaq çətin deyildi. İnsan aşiq olur və həmin anda bir cüt göz onun bütün həyatına çevrilir. O gözlər gülərkən hər bir problem yerindəcə həll olur. Məhz həmin gün o gözlərə aşiq oldum; bəzən gülən, bəzən də dolubboşalan ecazkar gözlərə.

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Deyirlər ki, analar karandaş, atalar isə qələm kimidir.

Karandaşın getdikcə balacalaşıb, axırda bitməsi gözdən qaçmır. Ancaq qələm bir anda və xəbərsiz bitir.

📖 Sayfa 235 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Karivan yoldadı
Mənzilləri sürətlə keçir
Birəbir həqq deyən aşiqləri yollarda seçir

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

O zaman adını nelə deyə bilmirdim,indi isə hər şeyim olmuşdu və mən onsuz bir an belə qala bilmirdim

📖 Sayfa 204 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Xanım, nə qədər fikirləşirəmsə, bu nəticəyə gəlirəm ki, ömrümüz əyləncə içində keçirməyə dəyməyəcək qədər qısadır. Gəl, həyatımızı elə tənzim edək ki, evli həyatımızla subay həyatımız fərqlənsin.

Məsləhət gördü ki, həm səhərlər, həm də axşamlar bir səhifə Quran oxuyaq. Bu, gündəlik işimiz oldu. Hər gün sübh namazından və Əhd duasından sonra hərəmiz bir səhifə Quran oxuyurduq. Çalışırdıq ki, ayələri tərcüməsi ilə birgə oxuyaq. Yan-yana otururduq; birimiz oxuyur,
digərimiz də qulaq asırdı.

📖 Sayfa 116 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

“Fərzanə, ürəyimi titrətdin, ancaq imanımı əsla titrədə bilməyəcəksən”.

📖 Sayfa 251 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Dəli-divanəyə dönmüşük!
Məcnun və yorğun düşmüşük!

📖 Sayfa 126 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Qeybətdən heç xoşu gəlmirdi, ona nifrət edirdi. Qeybət iyi duyulan ən kiçik sözə belə reaksiya verir, tez mövzunu dəyişdirirdi.
İstəmirdi ki, yanımızda olmayan kimsə barədə danışaq. O deyirdi: ”Gərək qeybət barədə bir neçə hədis yazıb evin divarlarına yapışdırım ki, diqqətimiz yayınsa, hədisləri görüb yadımıza salaq”.

📖 Sayfa 174 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Bir qadın həyat yoldaşı üçün hər şeyin ən yaxşısını diləməlidir. İndi isə “Allah qüvvət versin” demək yerinə, “Allah səni şəhid etsin” de.

📖 Sayfa 184 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Bir kadın eşi için herşeyin en iyisini dilemelidir

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Bir saat düşünmək altmış illik ibadətdən üstündür...

📖 Sayfa 25 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Kəfa bil-hilmi nasirən
(Kömək üçün səbr etmək kifayətdir)

📖 Sayfa 219 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Həmidin getməzdən bir gün əvvəl dediyi söz yadıma
düşdü: “Fərzanə, ürəyimi titrətdin, ancaq imanımı əsla
titrədə bilməyəcəksən”. Qulağına pıçıldayaraq halallıq
istədim: “Həmidim, əgər ürəyini titrətdimsə, məni bağışla!
Haqqını halal et! Şəhadətin mübarək olsun, əzizim!
Mənim salamımı Seyyidüş-şühədaya yetir. Həzrət Zəhraya
(ə) de ki, hədiyyəmi qəbul etsin”.
'Yadında qalsın' kitabından

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Kadın gül gibi ince bir varlıktır, zariftir. Söz veriyorum her durumda sizi anlamaya çalışacağım

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Dörd gün sürən kurslardan sonra evə qayıtdıq. Qəzvinə çatanda ah çəkib dedi:
-Oxay! Rahatlaşdım. Ürəyim səninçün çox darıxmışdı, xanım.
Təəccübləndim.
-Biz ki ayrı deyildik.
-Başqalarının yanında sənə rahat baxa bilmirdim.
Bilirsən nə qədər darıxırdım?!
Bu kimi yerlərdə bəzilərinin subay olduğunu nəzərə alırdı.

📖 Sayfa 178 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Aşk bazen dertli hüzünlü ayrılıktan kıymetlidir...

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Nə tez yadından çıxdı! Sən həyatımızın ən şirin anında mənim şəhid olmağım üçün dua etmişdin.

-Səninlə keçən hər anım şirin olub, hansını deyirsən?

📖 Sayfa 217 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

"Erkek, eşinin ve çocuklarının hizmetçisi olmalıdır"!

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Narahat olma! İmkan yaranan kimi zəng edəcəm. Ancaq bir məsələ var. Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm.

Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər.

'
Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam.

Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi:
-Yadında qalsın! Yadında qalsın!

Təbəssüm edib dedim:
-Yadımdadır! Yadımdadır!
...<~3

📖 Sayfa 229 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Gedəndə hiss etdim bu gedişin dönüşü yoxdur,təbəssüm edib mənə baxıb dedi:Fərzanə Yadında qalsın!

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni


Nə gözəl olardı ki, bütün ailələr illərdən sonra da bir-birini bu şəkildə sevib-sevilərdilər!

📖 Sayfa 192 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

“Məhəmməd və ali-Məhəmmədə salam olsun! Mən Həmid Hişmətullah oğlu Siyahkali Muradi bir neçə sətirdə ürək sözlərimi yazmağı lazım bildim. İlk olaraq, bildirmək istəyirəm ki, həzrət Zeynəbin (ə) hərəmini qorumağı özümə vacib və bu pak ailənin yolunu getməyi səadət bilirəm. Allahdan bu yolda qədəmlərimi möhkəm etməsini təmənna edirəm...”

📖 Sayfa 218 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

“Fərzanı, ürəyimi titrətdin, ancaq imanımı əsla titrədə bilməyəcəksən!”

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

- Biz adətən, televizoru işlətmirik. Baxanda da xəbərlərə və ya uşaq verilişlərinə baxırıq.

- Qərara gəlmişdik ki, gözümüz hər şeyə baxmasın və qulağımız hər şeyi eşitməsin.

📖 Sayfa 129 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Həmid Hər zaman Aşura Məclislərində Çox sinə vurardı hər dəfə bunun səbəbin soruşduğda,
Fərzanə İmam Hüseyin ə.s sinə vuran bu əllər ki ,var Qiyamətdə yanmaz .
Həmid şəhid olduğda hər yeri qəlpə içində idi bircə sinə vurduğu əlləri və sinəsindən başqa...

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Şam namazını qılandan sonra gördüm ki, nənə həmişə olduğu kimi, səccadə üzərində əllərini qaldırıb hamı üçün dua edir. Dedim: “Nənə, iki ildir cənub səfərinə gedə bilmirəm. Dua et, bu il gedim”.
Nənə qaşlarını çatıb dedi:
-Görmürsən, Həmid səni nə qədər sevir?! Onu qoyub hara gedirsən?!

📖 Sayfa 84 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Mənim adımı telefonunda necə qeyd etdiyini deməyəcəksən?
-Yaxşı bir ad yazmışam. Özün axtar, görüm tapa biləcəksən?
Zirənglik edib son zənglərə baxdım. Adımı “Mənim Kərbəlam” kimi qeyd etmişdi. Gülümsədim.
-Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad?
-Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən.

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Şifrəli sözümüzü unutmamışdı. Nə zaman zəng etsə, durmadan deyirdi: “Xanım, yadında qalsın!” Mən də deyirdim: “Mən də səni sevirəm. Mənim də yadımdadır”. Nə zaman “səni sevirəm” deyirdisə, bilirdim ki, yanında heç kim yoxdur.

📖 Sayfa 235 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

O gün də qocaya çox səmimi şəkildə salam verib, hal-əhval tutdu. Ondan bir neçə addım uzaqlaşandan sonra dedim:
-Həmid can, bu qocaya hər dəfə salam verməyə ehtiyac yoxdur. O, ümumiyyətlə, heç nə anlamır. Əqli problemi olduğuna görə, yadında heç nə qalmır.
-Əzizim, o anlamır, mən ki anlayıram. Əmin ol ki, bir gün bu qocaya hörmətimin nəticəsini görəcəksən.
Həqiqətən də dediyi kimi oldu. Bir gün bu hörmətin cavabını çox gözəl şəkildə gördüm.
***

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

“Fərzanə! Şadlığımızın ilk günündə bura gəlməkdə məqsəd budur ki, sonumuzun məzarlıq olmasını heç vaxt unutmayaq”

📖 Sayfa 48 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni


Sizin dərs oxumağınıza qarşı deyiləm. Ancaq doğrusunu bilmək istəsəniz, bəzi universitetlərdə olan məlum vəziyyətə görə, həyat yoldaşımın elə yerlərdə olmasını istəməzdim.

📖 Sayfa 23 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Bitdi! Torpağı tökdülər və bizim görüşümüz qiyamətə qaldı. Torpağı töküb qurtarandan sonra azan səsi ucaldı.
Bu dəfə də (nikahımızda olduğu kimi) “bəli”ni azan vaxtı dedim. Yoldaşımın cihadına, Allahın imtahanına “bəli” dedim. Həmidin sözü yadıma düşdü: “Vəsiqəmi evdə unutmağımın hikməti bu imiş ki, sən “bəli”ni azan vaxtı deyəsən”.

Şəhid Həmid Muradi 'nin yoldaşı Fərzanə

📖 Sayfa 256 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

'
Burda mağaza açmış qonşunun ilk ümid yeri biz qonşularıq. Mümkün olduğu qədər oradan alış-veriş etməyə çalışmalıyıq.

📖 Sayfa 137 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Zaman mənimçün 26.11.2015 tarixində durmuşdu. Bəzən biri məndən tarixi soruşanda nə deyəcəyimi bilmirdim. Zaman mənim üçün anlamsız olmuşdu, nə geriyə gedirdi ki, deyim Həmid var, nə də irəli gedirdi ki, daha Həmidin zəngini gözləməyim.

📖 Sayfa 256 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Həzrət Zəhradan (ə) nəql olunub ki, hər bir qadının üç evi vardır: Atasının evi, ərinin evi, qəbir evi.
Mən hər iki evdə xoşbəxtəm. Ümidvaram ki, üçüncü evə də üzüağ gedərəm.

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Həmidin vəsiyyətnaməsində yazdığı kimi, məni on beş dəqiqə onunla baş-başa buraxdılar. Tək qalan kimi onu qucaqlayıb sığallamağa başladım. Həmişə düşünürdüm ki, bir şəhid xanımı belə bir anda yoldaşına nə deyə bilər! Bu son dəqiqədə nə deyəcəyimi əvvəlcədən hazırlamışdım.
Ancaq hamısını unutmuşdum. Başımı qulağına yaxınlaşdırıb dedim: “Yadında qalsın! Səni sevirəm! Özü də çox sevirəm!” Cavab gözləyirmişəm kimi başımı geri çəkdim. Bir neçə dəqiqə sükut edib, yenə qulağına dedim:
“Həmid, səni sevirəm!”

📖 Sayfa 251 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Mən səni səbrə dəvət etmirəm, təkamülə dəvət edirəm. Mümkün deyil ki, kimsə mömini incitməsin. Əgər haqq səninlədirsə, çalış ürəkdən və minnətsiz olaraq, bağışla ki, həmin insanlara qarşı baxışın dəyişsin, onlara qarşı pis fikirdə olmayasan. Əgər bacarırsansa, bu cür bağışla,
ruhun böyüsün.

📖 Sayfa 176 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

"Kəfa bil-hilmi nasirən" - Kömək üçün səbir etmək kifayətdir!

📖 Sayfa 269 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

'
Qonaq Allahın dostudur. Bu gediş-gəlişlər məhəbbət yaradır. Qapımız hər kəsin üzünə açıqdır.

📖 Sayfa 129 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Həmid Fərzanənin adını “Kərbəlam” deyə qeyd etməsi..

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Şəhid xanımı həyatın bütün ağırlıqlarını öz çiynində daşımalıdır. Hər kəsin şəhid xanmından bir gözləntisi olur.
Buna görə də, gərək hamını sevindirəsən, hər yerdə hazır olasan; hər mesaja, hər zəngə cavab verməlisən ki, insanlar şəhid xanımısan deyə, lovğalandığını düşünməsin.
Gün ərzində o qədər yorulursan ki, gecə düşəndə ruhunun bədəndən çıxdığını hiss edirsən. Ancaq yenə səhər açılınca bütün ümidin olmuş yol yoldaşın olmadan yola davam etməlisən.

📖 Sayfa 263 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

İmkan yaranan kimi zəng edəcəm. Ancaq bir məsələ var. Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm.
Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. Həmidə dedim:
-Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam.
Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi:
-Yadında qalsın! Yadında qalsın!
Təbəssüm edib dedim:
-Yadımdadır! Yadımdadır!

📖 Sayfa 229 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni


Mən hətta suvaqlı evdə belə yaşamağa hazıram. Divarlara mələfə assaq da, mənəviyyatlı və gözəl bir həyatımın olmasını istəyirəm.

📖 Sayfa 19 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Mənim bəxtimdən müəllim gəlmədi, dərs olmadı. Rəfiqələrimlə söhbət etdiyim yerdə birdən telefonumun ekranında “Əziz yoldaşım, başımın tacı Həmid” sözləri göründü. Mesajı görən rəfiqələrimdən biri zarafata dedi: “Uşaqlar, Fərzanənin telefonuna baxın, yoldaşının adının yerinə inşa yazıb

📖 Sayfa 60 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

-Görürsən ağa necə məhəbbət dolu və nuranidir?! Bunların hamısı imanının çoxluğuna görədir. Hazıram canımı verim, ancaq ağamın çöhrəsindən bir an elə təbəssüm əskik olmasın.

📖 Sayfa 104 · Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Öz-özümə dedim: "Həmid dünyanın sonuna qədər, özü də yorulmadan birgə gediləcək insandır".

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni

Sıkça Sorulan Sorular

Yadında Qalsın kimin eseridir?

Yadında Qalsın, Məhəmmədrəsul Mollahüseyni tarafından yazılmıştır ve ilk kez 2020'de yayımlanmıştır. Türkçeye Rahib Rüstəmli çevirmiştir.

Yadında Qalsın kaç sayfadır?

Yadında Qalsın, 296 sayfadır («Издательство Полипресс» baskısı).

Yadında Qalsın'ın en ünlü sözü nedir?

“Dəfn yerimə Nəcəfin Vadiüssalam məzarlığını yazmışdım, ancaq sənə və anama verdiyim söz yadıma düşdü. Düşündüm ki, məndən uzaq qalmağa dözə bilməzsiz. Üstündən xətt çəkib, “Qəzvinin şəhidlər xiyabanı” yazdım. Dərindən nəfəs alıb xırıltılı səslə dedim: -Yaxşı elədin, yoxsa hər şeyimi satıb sənin yanında qalmaq üçün Nəcəfə köçəcəkdim . . .”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Yadında Qalsın — Məhəmmədrəsul Mollahüseyni. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4