
Dilqəm Əhməd'in kaleme aldığı Fərqlilər, hikmetli sözleriyle okurların sıkça başvurduğu bir eserdir. İlk kez 2015'te yayımlanmıştır. Bu sayfada Fərqlilər'den seçilmiş alıntılar sayfa numaralarıyla yer alıyor.
Fərqlilər'den En Beğenilen Alıntılar
Bən deməm kim, sən səməndər ol da, ya pərvanə ol,
📖 Sayfa 35 · Fərqlilər, Dilqəm Əhməd
Çünki yanmaq niyyətindir, dönmə, dur, mərdanə ol!
Hər şey aydın idi. Yeni yaranan İsrail Misirə silah satan türk silah istehsalçısını aradan götürmüşdü. Nuru paşanın ölümündən bir ay keçməmiş isə Türkiyə İsraili tanıyan ilk müsəlman dövlət olur.
📖 Sayfa 51 · Fərqlilər, Dilqəm Əhməd
“Türklük bölünmə qəbul etməyən tamdır!”
📖 Sayfa 119 · Fərqlilər, Dilqəm Əhməd
Bir suçmu düşmənə köks gərdigim?
Fərqlilər, Dilqəm Əhməd
Günahmı Türklügə könül verdigim?
Düşmənin açdığı yaradan dərin,
Ana yurdda öz qardaşımdan gördügüm. Səslənsəydim səs çıxardı hər daşdan,
Nə bəklərsən sağırlaşan bir başdan?
"Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi qalmaqdır."
📖 Sayfa 126 · Fərqlilər, Dilqəm Əhməd
“Sən bizimsən, bizimsən, durduqca məndə can,
Fərqlilər, Dilqəm Əhməd
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”
...bizim ayrılığımız əbədi, fərağımız daimidir.
📖 Sayfa 37 · Fərqlilər, Dilqəm Əhməd
“Vaxt var idi biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!”.
📖 Sayfa 10 · Fərqlilər, Dilqəm Əhməd
~Mirzə Şəfi Vazeh
Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu.
📖 Sayfa 97 · Fərqlilər, Dilqəm Əhməd
Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər ziyalılar kimi Ömər Faiqi də hiddətləndirirdi: "Ey qafqazlı türk, sən çoxdan islamın qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib, təkcə müsəlman olmaq xəyalına düşmüsən".
Müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz.
📖 Sayfa 92 · Fərqlilər, Dilqəm Əhməd
Tarix isə qəhqəhələrlə doludur.
📖 Sayfa 8 · Fərqlilər, Dilqəm Əhməd
Belə ki, Gəncəyə iyirmi yaşlarında bir gənc gəlir və ruhani olmaq istədiyini bildirir. Fəqət Mirzə Şəfi ilə tanış olandan sonra həmin gənc dinin ən qatı tənqidçisinə çevrilir:
"Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:
- Mirzə Fətəli, elmi öyrənməkdə məqsədin nədir?
- Ruhani olmaq istəyirəm.
- Demək, riyakar və şarlatan olmaq istəyirsən. Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get".
Mirzə Fətəli başqa peşənin arxasınca gedir. Gəncədə ilkin məqsədinə çatsaydı, Azərbaycan tarixi çox şeydən məhrum olacaqdı.
İsmayıl bəyin arxivi iki dəfə məhv edildiyi üçün bircə fotosu da qalmayıb.
📖 Sayfa 22 · Fərqlilər, Dilqəm Əhməd
1906-cı ilin 24 martında "İrşad"ın 76-cı sayında "Filankəs" təxəllüsü ilə çap olunan "Ordan-burdan"da Üzeyir bəy müsəlmanların qəzet anlayışına diqqəti çəkir: "Qəzetəni oxuyan müsəlman məlumat qazanır, biliyi artır. Ona görə "Qəzetə oxumaq müsəlmana haramdır."
📖 Sayfa 179 · Fərqlilər, Dilqəm Əhməd
Digər bir əhvalata görə, İsmayıl bəy İstanbulda olarkən bir alverçidən şabalıdın qiymətini soruşur, lakin satan onun görkəminə baxıb bildirir ki, bu, sənin xörəyin deyil. Qüruruna toxunduğu üçün İsmayıl bəy Qutqaşınlıya ((!!!)) xəbər yollayır ki, 40 dəvə yükü şabalıd göndərsinlər. Şabalıd İstanbula çatandan sonra İsmayıl bəy onu camaata paylayır. Sultana xəbər çatdığı zaman o, bunun səbəbi ilə maraqlanır və alverçini cəzalandırır.
📖 Sayfa 20 · Fərqlilər, Dilqəm Əhməd
Əgər bizdə insanlıq hissi ölməyibsə, güman edirəm ki, ölməyib, o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!".
📖 Sayfa 54 · Fərqlilər, Dilqəm Əhməd
Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir.
📖 Sayfa 119 · Fərqlilər, Dilqəm Əhməd
Vaxt var idi güclü, cavan qolumla,
📖 Sayfa 11 · Fərqlilər, Dilqəm Əhməd
Səni bərk-bərk qucaqlayıb öpərdim.
Gənclik getdi... Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək... nə dərdim!
Mirzə Şəfi Züleyxanı uzun müddət unutmur. Onun Züleyxa həsrəti Bodenştedtin xatirələrinə bu cür düşür:
📖 Sayfa 10 · Fərqlilər, Dilqəm Əhməd
"Vaxt var idi biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!"
"Allahın köməyi ilə, Bakı şəhəri ayın 15-də saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı. Nuru".
📖 Sayfa 47 · Fərqlilər, Dilqəm Əhməd
Bu adam Azərbaycan tarixində önəmli sima olan Nuru Killigil paşa idi.

Sona xanım "Solğun çiçəklər"i Cəfərin ilk tamaşaya qoyulan pyesi kimi xatırlayır:
Fərqlilər, Dilqəm Əhməd
"Tamaşaya mən də getmişdim, salon ağzına qədər adamla dolu idi. Pyes tamaşaçılara o qədər təsir etmişdi ki, hətta salonda ağlayanlar da vardı."
"Mənim əziyyətli araşdırmalarımın birinci nəticəsi o oldu ki, islamın ilahi bir din olduğunu ürəyimdə tamamilə rədd etmişdim və ümidsiz qalmışdım."
📖 Sayfa 25 · Fərqlilər, Dilqəm Əhməd
Əzizim vətən sarı,
📖 Sayfa 107 · Fərqlilər, Dilqəm Əhməd
Yol gedər vətən sarı,
Çıxaydım dağ başına
Baxaydım vətən sarı…
"Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz."
📖 Sayfa 92 · Fərqlilər, Dilqəm Əhməd
"Molla Nəsrəddin" jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. "Bir neçə günlüyə" adlı məqaləsində yazırdı: "Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır".
📖 Sayfa 97 · Fərqlilər, Dilqəm Əhməd
O özü elə bir həyat deyildimi? O, tükənmək, yorulmaq bilməyən daşqınlıqdı! Bəzən coşqun dəniz dalğaları kimi hiddətli, bəzən də müdhiş fırtınalara qədəm qoyan qatı və boğucu sükunət. Onun hər dəqiqəsi digərinə bənzəyirdimi? O, hər şeyin gah altında, gah üstündə deyildimi?
📖 Sayfa 126 · Fərqlilər, Dilqəm Əhməd
Boraltan bir körpüdür, aşar keçər Arazı,
Fərqlilər, Dilqəm Əhməd
Yusan Araz suyuyla, getməz üzün qarası.
Düşmən gözlər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız bu kafirin yerinə...
"Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:
📖 Sayfa 8 · Fərqlilər, Dilqəm Əhməd
–Mirzə Fətəli, elmi öyrənməkdə məqsədin nədir?
–Ruhani olmaq istəyirəm.
–Demək, riyakar və şarlatan olmaq istəyirsən. Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get".
Səslənsəydim səs çıxardı hər daşdan,
📖 Sayfa 111 · Fərqlilər, Dilqəm Əhməd
Nə bəklərsən sağırlaşan bir başdan?
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
📖 Sayfa 171 · Fərqlilər, Dilqəm Əhməd
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
"Heyvanı budundan doğrayırlar, insanı yurdunda!"
📖 Sayfa 160 · Fərqlilər, Dilqəm Əhməd
"Sən bizimsan, bizimsan, durduqca məndə can,
📖 Sayfa 171 · Fərqlilər, Dilqəm Əhməd
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"
Əmin Abid - Gültəkin
Şirin bir xatirətək qalacaqdır dünyada
📖 Sayfa 186 · Fərqlilər, Dilqəm Əhməd
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Vaxt var idi güclü, cavan qolumla,
📖 Sayfa 11 · Fərqlilər, Dilqəm Əhməd
Səni bərk-bərk qucaqlayıb öpərdim.
Gənclik getdi… Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək… nə dərdim!
Mənim həyat üzüyümün qaşısan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir,
Ürəyə bax… neyləyirsən yaşı sən.
Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər.
📖 Sayfa 16 · Fərqlilər, Dilqəm Əhməd
“Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?”
📖 Sayfa 156 · Fərqlilər, Dilqəm Əhməd
Ən ülvi məhəbbət “yüksək ağıl” deməkdir. Bu dünyada qadından yüksək nə ola bilər?
📖 Sayfa 10 · Fərqlilər, Dilqəm Əhməd
Qadına nə qədər qəlblə bağlansan, bir o qədər onu yaxından tanıyar , öyrənərsən . Yaxşı tanıdıqdan sonra bir o qədər də çox sevirsən və nə qədər onları çox sevirsən, bunun əvəzində, bir o qədərdən də artıq onlar səni sevirlər . Çünki əsl məhəbbətə onlar qarşılıqlı cavab verir
Fərqlilər, Dilqəm Əhməd
Əlifba Islahatı Axundzadənin tək başına görə biləcəyi bir iş deyildi. Bu rəsmi səviyyədə həll olunmalı idi və o dövr İslam dünyasının ən güclü imperiyası Osmanlı dövləti idi. Ona görə də Osmanlı sarayına doğru yola düşür
📖 Sayfa 14 · Fərqlilər, Dilqəm Əhməd

Düşünürəm ki, hətta xaosla da barışmaq mümkündür. Bir şərtlə ki, həmin xaosdan arzuladığımız dünya yaransın…
📖 Sayfa 43 · Fərqlilər, Dilqəm Əhməd
Məhəmmədəli (Mirzə Kazım bəy) böyük şübhə içində "İncil"i yenidən oxumağa başlayır: "Mən onu bir müsəlman, bir xristian kimi deyil, həqiqət axtaran bir adam kimi oxuyurdum".
📖 Sayfa 25 · Fərqlilər, Dilqəm Əhməd
“…yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da, öz həmcinslərinə toxunmur. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiyini insanlar edir.”
📖 Sayfa 115 · Fərqlilər, Dilqəm Əhməd
Beləliklə, 1901-ci il sentyabrın 7-də məktəb fəaliyyətə başlayır. Məktəbin açılışında iştirak edən Topçubaşov deyir: "Gələcək tarixçi bu hadisəni müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır".
📖 Sayfa 101 · Fərqlilər, Dilqəm Əhməd
Jurnalist Əhməd Ağaoğlu yazır:
"İndən belə müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını sapmək imkanı qazanacaqlar. Onlar gələcək nəsillərə inkişaf, yaxınlarına, xeyirxah insanlara sevgi təlqin edəcək ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur".
Axundzadə hazırladığı əlifba dəyişikliyinin natamam forması ilə 1863-cü ildə İstanbula ayaq basır və xarici işlər naziri Əli paşanın evinə gedir.
📖 Sayfa 14 · Fərqlilər, Dilqəm Əhməd
“A.İldırım yeni həyatın bütün müvəffəqiyyətini qadın və qızlar üzərində görür. O, hələ də öz ilhamını qızlar və yaşıl təpələrdən almaqdadır”.
📖 Sayfa 108 · Fərqlilər, Dilqəm Əhməd
Ömər Faiq yazırdı: "Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz"
📖 Sayfa 92 · Fərqlilər, Dilqəm Əhməd
1930-cu ilin avqustunda ayında Əhməd bəy Yalovaya sürgündə dostlaşdığı Fəthi bəyi görməyə gedir. Dəniz Yolları İdarəsinin yeni tikilən mehmanxanasının açılışında olurlar. Açılış törənində Mustafa Kamal Əhməd bəyi yanına çağıraraq, onu Sərbəst Firqənin rəhbəri Fəthi bəylə çalışacağını bildirir.
📖 Sayfa 122 · Fərqlilər, Dilqəm Əhməd
Həmin günün səhəri Fəthi bəylə Əhməd bəy Sərbəst Firqə haqqında müzakirə edir, Atatürkü səmimilik testindən keçirirlər. Fəthi Okyar onun səmimi olduğuna qərar verir. Atatürkün planına görə Fəthi bəy ona ikinci partiye qurmaq barədə məktub yazacak o da buna razılıq verəcəkdi.
Bizdə cümhuriyyətdən nişanə belə yoxdur. Məmləkətimizdə tam mənası ilə diktatorluq hökm sürür. Bunu bildiyi halda, hər kəs hürriyətdən, cümhuriyyətdən bəhs edir, sərbəst cümhuriyyətin mövcud olduğunu iddia edir.
📖 Sayfa 124 · Fərqlilər, Dilqəm Əhməd
"Bədbəxt türklər! Böhtan, kizb və iftira altında qol çalan türklər! Biinsaf və bimürvət və bivicdan mühərrirlər qələminin oynağı olmuşsunuz. Hər əli qələm tutan sizin barənizdə bir iftira yazmasa, olmaz! Əcǝba buna səbəb nədir? Qafqaz iğtişaşıdırmı? Elə isə, genǝ bədbəxt türklər...".
📖 Sayfa 177 · Fərqlilər, Dilqəm Əhməd
"Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir".
📖 Sayfa 119 · Fərqlilər, Dilqəm Əhməd
Əhməd bəy Ağaoğlu
Missionerlərdən biri Kazım bəy haqqında hər məqaləsində yazırdı: Əvvəllər o xristianlığı müdafiə üçün söylənən hər sözü şiddətlə rədd edirdi. Bəzən çok qəzəblənirdi, öz hissiyatına tam sərbəstlik verərək bizim söylədiyimiz müqəddəs ada qarşı mürtədcəsinə danışırdı.
📖 Sayfa 24 · Fərqlilər, Dilqəm Əhməd
Məhəmmədəlinin başına gələnlər çar Rusiyasının ingilis missionerlərə qarşı siyasətini dəyişdirməyə məcbur edir. 1825-ci ildə missionerlər Rusiyanı tərk etməli olur. Məhəmmədəli isə Sibirə-Omsk şəhərinə sürgün edilir. Xoşbəxt təsadüfdən o, yolda xəstələnir, Kazan şəhərində qatardan düşməli olur. Vaqondan düşməli olur və vaqonda tanış olduğu adamlardan biri ona məşhur alim, doktor Fuksun yanına getməyi məsləhət. bilir.
📖 Sayfa 27 · Fərqlilər, Dilqəm Əhməd
"Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə!"
📖 Sayfa 35 · Fərqlilər, Dilqəm Əhməd
"Bütün düşüncələrin dini mövhumata, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid va qayğıların cənnət və cəhənnəmə, bütün xəyalların köhnəliyə bağlandığı vaxtda bir məmləkətdə ilk açılan milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.
📖 Sayfa 89 · Fərqlilər, Dilqəm Əhməd
"Türkün yurdu türk tarixində bir çox 27 nisanlar yaşamış, lakin heç vaxt idealını qeyb etməmiş, istiqlaliyyətini unutmamışdır".
📖 Sayfa 163 · Fərqlilər, Dilqəm Əhməd
Əhməd Cəfəroğlu
“Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?
📖 Sayfa 156 · Fərqlilər, Dilqəm Əhməd
Əgər bir adam Çin dilində oxuyursa, bu dildə düşünürsə, üstəlik də, öz ana dilindən bixəbərdirsə, beləsini azərbaycanlı adlandırmaq çətindir.
Mirzə İbrahimov kəskin cavab verir:
-Belələri dönükdü, əclafdı!”
Vaxt var idi biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!
📖 Sayfa 10 · Fərqlilər, Dilqəm Əhməd
Mirzə Kazım Bəy böyük sarsıntılar içində dolaşır. Missionerlər dünyada xristianların çok olması ilə bağlı ona rəqəmlər göstərir, xristian dövlətlərinin güclü olmasını, dinlərini yaymaq üçün necə böyük cəfa çəkdiklərini Məhəmmədəlinin beyninə yeridirlər. Məhəmmədəli böyük şübhə içində İncili yenidən oxuyur. MƏN ONU BİR MÜSƏLMAN, BİR XRİSTİAN KİMİ YOX HƏQİQƏT AXTARAN BİRİ KİMİ OXUYURAM. Nəhayət, Kazım bəy 1823-cü ildə iyulun 11-də xristianlığın presviterian qolunu qəbul edir, Aleksandr adını götürür.
📖 Sayfa 25 · Fərqlilər, Dilqəm Əhməd

Şuşa mühiti Avropa təhsili alan Əhməd bəyin idealarını həyata keçirməsi üçün imkansız idi.
📖 Sayfa 113 · Fərqlilər, Dilqəm Əhməd
Usta Sadıq böyük oğlu Əbdüləliyə öz sənətini öyrətsə də Şəfinin oxumaq həvəsini görüp onun ruhani kimi yetişməsini istəyib. Şəfi ilk təhsilini Gəncə mədrəsəsində alır və fars və ərəb dillərini öyrənir
📖 Sayfa 7 · Fərqlilər, Dilqəm Əhməd
Mirzə Şəfi həmçinin türk dili ilə bağlı da mühüm iş görür. O Tiflisdə tanınmış ziyalı Qriqoyevlə birlikdə ilk türk dərsliklərindən olan Kitabı-Türki yazır.
📖 Sayfa 11 · Fərqlilər, Dilqəm Əhməd
Sıkça Sorulan Sorular
Fərqlilər kimin eseridir?
Fərqlilər, Dilqəm Əhməd tarafından yazılmıştır ve ilk kez 2015'te yayımlanmıştır.
Fərqlilər kaç sayfadır?
Fərqlilər, 216 sayfadır (Teas Press Nəşriyyatı baskısı).
Fərqlilər'in en ünlü sözü nedir?
“Bən deməm kim, sən səməndər ol da, ya pərvanə ol, Çünki yanmaq niyyətindir, dönmə, dur, mərdanə ol!”