
Mikayıl Müşfiq'in kaleme aldığı Mikayıl Müşfiq Bütün Əsərləri, hikmetli sözleriyle okurların sıkça başvurduğu bir eserdir. İlk kez 2019'da yayımlanmıştır. Aşağıdaki sözler, okurların en çok beğendiğinden başlayarak sıralanmıştır.
Mikayıl Müşfiq Bütün Əsərləri'den En Beğenilen Alıntılar
Bu vefasız ömür, bu coşqun dere
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Gerek boş boşuna axıb geçmesin.
Bu gözel cahanı sanıb pencere
Her gelen sadece baxıb geçmesin...
Ah, men günden güne bu gözelleşen
📖 Sayfa 170 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Işıqlı dünyadan nece el çekim?
Bu yerle çarpışan, göyle elleşen
Dostdan, aşınadan nece el çekim?
Heyat dedikleri bu keşmekeşden
Qelbimde, qanımda yanan ateşden
Geceden , gündüzden, aydan, güneşden,
Bu engin fezadan nece el çekim?
Xezan acısına edib tehemmül
Gülün kölgesinde ötende bülbül
" Heyat, heyat ! " deye çırpınır könül,
Könülden, sevdadan nece el çekim? ...
Şair yeni-yeni sözlər bulacaq,
📖 Sayfa 171 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Kainat olduqca şeir olacaq!
Ah, bu uzun sevda yolu
📖 Sayfa 286 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım.
Dəydi oxum daşa, könül!
Can bağımda qüdsi bir ağac əkdim,
📖 Sayfa 19 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Nədənsə dadmadım bir şey barından.
Bu vefasız ömür, bu coşkun dere
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Gerek boş boşuna axıb geçmesin
Bu gözel cahanı sanıp pencere
Her gelen sadece bakıp geçmesin ...
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Dalıb ilham alaydım.
Soyuq söz eşitmiş könül, yüz yaz görsə,isinməz...
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Hayat dedikleri bu keşmekeşden,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Kalbimde, kanımda yanan ateşden
Geceden, gündüzden, aydan, güneşden,
Bu engin fezadan nece el çekim? Mehriban sevgilim karşımda durdu,
Yine şairliyim başıma vurdu,
Bendan Mecnun gönlüm merakla sordu
Bu saçı Leyladan nece el çekim?
Ah, bu uzun sevda yolu,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Vurulurmu başa, könül!
Nisan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Məni gözəl xatırla,bunlar son misralar,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Fərz et ki,bir külək idim,əsib keçdim həyatından...
Ya da bir yağmur,sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına...
Yox olub getdim,bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim...
Bəzən süzülərək gözlər, o gözlər
📖 Sayfa 33 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Yol çəkib uzaqdan nə xəyal özlər?
Bu dumanlı dağın başı mən olsam,
📖 Sayfa 175 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Dibinin ağlayan daşı mən olsam,
Hal bilən, dil bilən qara gözlərin
Qələmim deyir ki, qaşı mən olsam,
Ellərin ürəyi kövrəkləşəndə,
Dolu gözlərinin yaşı mən olsam,
Bəzi adamları bilməyim deyə,
Hisslərim korşalıb, naşı mən olsam,
Bir sərxoş ölümün əlindən düşüb
Nə zaman qırılan kaşı mən olsam,
Şair yeni - yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!
Yaşamağı hər kəs bilir, yaşatmaqdır böyük hünər!
📖 Sayfa 52 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Sevgim mübarizə, sevgilim həyat
📖 Sayfa 56 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq

Səbrimizin yarpaqları
📖 Sayfa 208 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Töküldü yellər eşqinə.
Həyat həm gülməkdir, həm ağlamaqdır.
📖 Sayfa 187 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Yağ, yağışım, sеllənərək
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Sırmalanıb tеllənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vеllən, yağış!
Bunlar kеçər, çarpın, səma, köksüm kimi,
Еy ildırım, səs vеr mənə, səsim kimi!
Yağ, еy yağış, fikrim кimi, hissim kimi,
Uzaq, yaхın çöllərə yağ,
Ölкələrə, еllərə yağ!
Mənim azadlığım, mənim işimdir,
📖 Sayfa 445 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Həyatım, qüvvətim yüksəlişimdir.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Söylə, ürəyincəmi?
Cahan ki, solmayan bir bağça-bağdır,
📖 Sayfa 227 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
Sənin unutduğun ilk məhəbbəti,
📖 Sayfa 196 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
O saxlar qəlbinin ən boş yerində,
Azadlıq dünyanın dərin ruhudur,
📖 Sayfa 447 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Azadlıq sənətin, şeirin ruhudur.
Qarşımda nazlanıb yеnə gülürsən,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir.
"Neçin boş baxalım beş günlük ömrə?
📖 Sayfa 570 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bir anlıq həyat da ölümə görə,
Məncə qiymətlidir, məncə dadlıdır.
Həyatın hər anı quş qanadlıdır".
Ömür günəşinin vaxtsız qürubu,
📖 Sayfa 189 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Həyata verilən sərt bir sualdır...
Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız?
📖 Sayfa 82 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bu hərcayi gəzişdən nədir ya qazancınız?
Buludlar, buludlar,
Pərişan buludlar,
Başımın üstündə kişnəyib
Yarışan buludlar!
Ey coşqun gəncliyim, ey havalı quş,
📖 Sayfa 82 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Oxuduğum şərqi dinlənməz olmuş.
Ey şeir yazmaqla keçən günlərim.
Siz ki, ən vəfalı günlərimsiniz,
Baxıb buludlara gülümsəməkçün,
Sevgi nəğmələri bəstələməkçin
Mənə müsaidə verərmisiniz?
Mən sənin gözlərinin məftunu,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Yeni əsrin yeni bir Məcnunu.
İçimdə qüssədən bir xəzinə var,
📖 Sayfa 20 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Könlüm bir adadır qəm dəryasında.
Açmasam dərdimi, kim bilir nə var
Ömrümün qaranlıq macərasında?

Nə gözəl süzülür qara gözlərin,
📖 Sayfa 225 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Əcəba, onları süzmək vaxtımı?
Duruşun mənalı, baxışın dərin,
Mən bu dərinlikdə buldum baxtımı.
Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
O qara gözlərin deyil parlayan,
Ulduzlar içində gecələrimdir!
Bəlkə də ruhuma aydınlıq verən
Bir sərin, ziyalı yaz səhərimdir.
Buludlar başında patlayacaqdır
📖 Sayfa 83 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Könlümdə qıvrılan böyük ildırım.
Mən ki bilməz idim nədir məhəbbət,
📖 Sayfa 288 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?
Mən ki nəğmə dеyib bənövşələrdən
Pеşəm zövq almaqdı bir şuх dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıхmağa can atmadınmı?!
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın bеlə.
Müşfiqin qəlbini tеz alıb ələ
Onu röyalardan oyatmadınmı?!
Bilməm, məni nеçin atmış, unutmuş,
📖 Sayfa 287 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Cövrü-cəfasına qurban olduğum.
Yoхsa özgəsinə üzünü tutmuş,
Yеni sеvdasına qurban olduğum?
Mən Dilbəri sordum gəlib-gеdəndən;
Dеdilər, barışmaz, küsmüşdür səndən.
Mən iltifat еtdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.
O mənim sеvgilim, o mənim anam.
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm, harda qaldı o nazlı durnam,
O хoş sədasına qurban olduğum.
Ayrılıq oduna könül dayanmaz.
Еşq oduna yanan bir daha yanmaz.
Çəkdiyim nalədən nеçin oyanmaz,
Şirin röyasına qurban olduğum?
"Azadlıq hər kəsin əzəl naxşıdır,
📖 Sayfa 454 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Məhkum millətdən qatır yaxşıdır".
Oxu, sevdiceyim, oxu bir daha,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Oxu, gözlərinin işığı sönməsin.
Oxu, oxu, şirin avazınla,
Qəm yağışı yağsın, könlüm dincəlsin.
Sən oxu, qəm-kədər dağılsın getsin,
Bütün dərd-sərimi unutdur mənə.
Sən oxu, sevincim artsın, tükənsin,
Oxu, oxu, oxu bir daha yenə!
Baxışın qəlbimi incitmişdir;
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!
Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.
Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.
1936
"Mey bədən qüvvəti, can qidasıdır,
📖 Sayfa 585 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Qapalı sirlərin aşinasıdır.
Xoşdur bir damla mey iki cahandan,
Nə dünya-axirət iddiasıdır?"
"İstər bütxanəsi, istər kəbəsi,
📖 Sayfa 587 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
İstərsə canların ağlayan səsi,
Bütün məscid, səlib, mehrab, kəlisa,
Hamısı köləliyin bir nişanəsidir" .
Sən onun eşqilə, məhəbbətilə
📖 Sayfa 289 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
Buram-buram qıvrılıb həmlə edincə rüzgar,
📖 Sayfa 120 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bu əyyaş qaldırımdan üz üstə yerə düşdü.
Qəlbində son döyüntü, səsində xırıltılar
Bəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü.
Ah, mən gündən-günə bu gözəlləşən,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
İşıqlı dünyadan necə əl çəkim?
"... Zaman bir dərədir axıb dolanır,
📖 Sayfa 275 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bəzən durulursa, bəzən bulanır".
"Aradım göylərdə levhi, qələmi,
📖 Sayfa 585 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Sordum həm cənnəti, həm cəhənnəmi.
Düzgün bir elm ilə dedi ustadım
Bunlar özündədir, gəzmə aləmi".
Arzuya baх, sеvgilim, tеllərindən incə mi?
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Söylə, ürəyincə mi?..

Mehriban sevgilim qarşımda durdu,
📖 Sayfa 171 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun kimi könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
"Uç, qadın, uç, qadın, bu nə büsatdır!
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Çaldığın qolmudur, yoxsa qanaddır?
Sən ki bir ov kimi torda yaşardın,
Bilməm bu uçmağı necə başardın?
Sənə zəif demək – cəfəngiyatdır.
Bir az keçmişini ara, aratdır!
Səni müti edən, səni qul edən
Əski məişətdir, əski həyatıdır!"
Gəl buraxaq keçmişi, nə çıxar ağlamaqdan,
📖 Sayfa 274 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Qayıtmayan günlərə yeni yas saxlamaqdan?!
Ləzzət bu günlərdədir,
Daha ilərlərdədir,
Bax, bu gün var, yarın var, xəzanda baharın var;
Ay kimi oğulların, gün kimi qızların var.
Nəşə çatmasa yerdən,
Yerə nəşə çəkəlim ən uzaq kürələrdən!
"... Yarpaqlar arasında uzadaraq əlini,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Oxşayaraq telini,
Gecələr darayardı saçlarını ay, gözəl!
Sən gözəlsən, ay gözəl?"
Mən gəncəm,bilirəm,istiqbalım var,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır,qara yel,əsmə!
Mənim bu dəryada bir sandalım var.
"Çox-çox bizdən əvvəl mərdü zən olmuş,
📖 Sayfa 593 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Üfüqlər onlarla müzəyyən olmuş;
Sənin də bədənin torpaq olacaq,
Torpağın 100 bədəndən olmuş".
Mən də sənin kimi yalnız ağacdım,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Təklikdən usanıb axırda qaçdım.
Qəlbimlə, ruhumla qoşuldum elə,
Düşüncəm sakitdir o gündən belə.
Cahanda olmayan kimdir günahkar?
📖 Sayfa 612 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Günah işləməyən nə sayaq yaşar?
Mən günah işlədim, sən cəza verdin,
Yaxşı, aramızda nə fərqimiz var?
Qara qış üstümə tökər qarını
📖 Sayfa 225 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?
Keçən günlərimi vərəqləyirkən
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.
Deyildir eşq odu məni yandıran.
Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıran
Ziyalı tellərin yadıma düşdü.
O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.
Bilməm, məni neçin atmış, unutmuş,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!
O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?
Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?
"Bir vəqə söyləyim, dinləyib də sən
📖 Sayfa 596 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Bu iki kəlməlik vəqəni öyrən:
Eşqinlə torpağa girdiyim kimi,
Mehrinlə torpaqdan çıxacağam mən" .
O gün ki hicrana uğradı yolum,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac alıb, bac verən könlüm
İndi uşaq kimi ağlar səninçün.
Gül gülü çağırır, çiçək çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?
Qəlbimin çeşməsi çağlar səninçün.
Xəzan acısına edib təhəmmül,
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat!- deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?
Keçən günlərimi vərəqləyərkən
📖 Sayfa 78 · Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən.
Göyərçin əllərin yadıma düşdü.
Sıkça Sorulan Sorular
Mikayıl Müşfiq Bütün Əsərləri kimin eseridir?
Mikayıl Müşfiq Bütün Əsərləri, Mikayıl Müşfiq tarafından yazılmıştır ve ilk kez 2019'da yayımlanmıştır.
Mikayıl Müşfiq Bütün Əsərləri kaç sayfadır?
Mikayıl Müşfiq Bütün Əsərləri, 800 sayfadır (Qanun Nəşriyyatı baskısı).
Mikayıl Müşfiq Bütün Əsərləri'nin en ünlü sözü nedir?
“Bu vefasız ömür, bu coşqun dere Gerek boş boşuna axıb geçmesin. Bu gözel cahanı sanıb pencere Her gelen sadece baxıb geçmesin...”