
Lirika adlı eser, Nizami Gəncəvi tarafından yazılmıştır ve ilk kez 2004'te okurlarla buluşmuştur. Bu sayfada Lirika'dan seçilmiş alıntılar sayfa numaralarıyla yer alıyor.
Lirika'dan En Beğenilen Alıntılar
Kitaptan en etkileyici sözleri sizin için derledik; ama yine de en etkili söz, sizin beğendiğinizdir.
Üz göstər... Bu ümid bəsimdir, gülüm,
Lirika, Nizami Gəncəvi
Baxmaram Günəşə, göylər gərəkməz.
Hər kirpiyinə bir pəri məftuni-zəbundur,
Lirika, Nizami Gəncəvi
Zülfün dağılar, şurə gələr cümlə gözəllər.
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,
Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.
Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna,
Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Dedim o daş ürəklidən vəfa görüm, nə çarə ki,
Lirika, Nizami Gəncəvi
Mənim bu şişə könlümü ələmlə səngsar edər.
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Lirika, Nizami Gəncəvi
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
📖 Sayfa 29 · Lirika, Nizami Gəncəvi
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, "könül hardadır" aldım bu cavabı.
"Heç sorma, tapılmaz onu axtarsa da insan".
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-taban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə
Lirika, Nizami Gəncəvi
Gün vurular hüsnünə, Ay da olar müştəri.
Ağlımı başdan edib açma o zəncirləri,
Çin-çin edib zülfünü saçma ətir-ənbəri.
Versə ləbin azca mey, nalə çəkər çəngü-ney,
Ruhum olar meypərəst, gözlər - onun sağəri.
Ah, o camalınla sən, lütf cəlalınla sən,
Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri.
Gözlərimdə yaş olsan da, işıq alır ürək səndən,
Lirika, Nizami Gəncəvi
Can möhnətim, bunu bil ki, sən işrətdən şirinsənmiş.
Hardan tapım incə sözü, nə cür verim qiymətini?
Sən daddığım, dadmadığım hər nemətdən şirinsənmiş.
Gecə, ya qəlbimmidir, halımmı, ya xalın qara?
Lirika, Nizami Gəncəvi
Bal şirin, ya ləblərin, ya şəhdi-gövtarım mənim?
Ayla Gündür nur saçan, fikrimmi, ya hüsnün sənin?
Tez dönən bəxtimmi, ya əhdin, ya rüzgarım mənim?
Qəlb açan vəslinmidir, yoxsa mənim şerim, sözüm,
Can yaxan hicrinmidir, yoxsa bu ah-zarım mənim?
Həyat mənim gördüklərim mi? Heyhat,
📖 Sayfa 74 · Lirika, Nizami Gəncəvi
İşıqdan bir əsər, bir zərrə yoxmuş...
Hüsn ilə üzün göydə bir Aydır, parlaq,
Lirika, Nizami Gəncəvi
Tövbəylə günah oldu o üz, zülf ancaq,
Bənzər o qara xətt gül yanağında,
Sanki Çinə bir dəstə zənci gəldi qonaq.
Cismimi qurban demişəm telbətel
Lirika, Nizami Gəncəvi
Zülfünün hər bir telinə yanbayan.
Çoxdu sevən... amma səninçün, gülüm,
Bircə Nizamindi göyə yalvaran.
Bircə xalın müşk içində gizli buğda danəsidi,
Lirika, Nizami Gəncəvi
Dənmi umub düşüb tora mənim kimi yüz-yüz şikar?!
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Lirika, Nizami Gəncəvi
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz.
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz.
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: "Yox yara hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var - arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Lirika, Nizami Gəncəvi
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm, qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi cananə, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşman olub,
Məni əfv eylə, baxıb bir belə düşmanə, gülüm.
Harda görsəm səni, zülfündən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm.
Sənsizəm, səndən uzaq kimsəni düşsün, demərəm,
Yetməyir əl sənə , yox səbr də hicranə, gülüm.
Min sevincə dəyişmərəm uğrundakı bircə qəmi,
Lirika, Nizami Gəncəvi
O qəm mənə bəxş eləyir ölməz, itməz bir aləmi.
Hər bəzmdən, hər nəşədən dadlı imiş cövrün sənin,
Qəhrin də xoş mehrin kimi, ey könlümün cəhənnəmi!
Yalnız sənin qulunam mən, heyif qulluq bacarmıram,
Can məlhəmim əlindədir, nə qəm, qıyma o məlhəmi.
Gülümsədi qoşa püstə, dedin: - Məndən vüsal istə.
İstəyimmi? Heç bilmirəm bir vəslinə dəyərəmmi?
Mənim könlüm səndən savay heç bir kəsi istəməz, yox,
Sən kiməsə bənzəmirsən, sənə kimsə bənzəyərmi?

Aləmi odlandırır şəkkər ləbinlə ud xalın,
Lirika, Nizami Gəncəvi
Udla bir şəkkər səpən məcmər mənim olsun gərək.
Müşk zülfün ətrini saçmaqdadır dünyalara,
Ah, bu cür xoş rayihə, ənbər mənim olsun gərək!
Qönçə kimi min dərdə könül doldu cəfandan,
Lirika, Nizami Gəncəvi
Ömr ötdü, xəbər yox niyə bəs əhdü vəfandan?
Sən dərdi, qəmi hey mənə vermək diləyirsən,
Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.
Xəstə gözümün çarəsini sordum ürəkdən,
Göstərdi ayaq tozlarını dərdimə dərman.
Mənim ömrüm, günüm qurban vəfa ətri saçan dosta,
Lirika, Nizami Gəncəvi
Hanı? Gəlsin, verim canım... yanım odlara, möhtacam.
Mən ki Cəmşid deyiləm, busənə bir qəsr verim,
Lirika, Nizami Gəncəvi
Bir mənəm, bir də canım... almasan, alsan da, gülüm.
Səni göz nurum, həyat məqsədim, ömrüm bilirəm,
Üzü ay, gün şəfəqi, gül dodağı qənd, a gülüm!
Sənəm, ey gözün fədası, bizə bir gətir səfa sən,
Lirika, Nizami Gəncəvi
Nə olar vüsalın ilə verəsən bizə dəva sən?
Səni bir görüb danışmaq mənim istəyimdir, ey yar,
Sən o zülfünün qətari, elə dərdimə şəfa sən!
Etmirsə vəfa, ömrə amansız rüzgar,
📖 Sayfa 151 · Lirika, Nizami Gəncəvi
Sən yaxşılıq ək ta nə qədər ömrün var.
Bir halda ki, heç kimsəyə qalmır dünya,
Barı qoruyun, inciməsinlər dostlar.
Sən zənəxdan quyusundan çıxar öz Yusifini.
Lirika, Nizami Gəncəvi
Bir vəfa dolçası göndər ki, şəfaət verəsən.
Qul Nizamindi coşan, yoxsa dərin dəryadır,
Sarbanam, bəlkə vəfadan mənə xələt verəsən.
Yatmış, onu Yarəb, nola bidar eylə,
📖 Sayfa 154 · Lirika, Nizami Gəncəvi
Hüsnün camının məstini hüşyar eylə.
Ya bixəbər et, bilməyim əslində kiməm,
Yaxud onu halımla xəbərdar eylə.
Biçarə o kəsdir ki, onun yox yarı,
📖 Sayfa 149 · Lirika, Nizami Gəncəvi
Yarsız olanın çətin keçər rüzgarı.
Bu bir neçə gün ömür tapılmaz bir də,
Varsa ürəyin, qoyma gedə dildarı.
Sən gəncliyin qədrini bil, bir an kimi keçib gedər.
Lirika, Nizami Gəncəvi
Alım səndən ürəyimi...düşünürəm dönə-dönə.
Lirika, Nizami Gəncəvi
Heyhat, ürək əldən uçur, gedib çatır bir də sənə.
Dərdli açıb dərdini hər yetənə söyləməz.
Lirika, Nizami Gəncəvi
Hər yetənə deməklə kədər candan silinməz.
Dırnaqlarım töküldü bu sinəmi didməkdən,
📖 Sayfa 31 · Lirika, Nizami Gəncəvi
Ötdü bıçaq sümükdən, yoxdur canımda taqət.
Gizlətmək olmaz əsla sövdanı bu cahanda,
Başqa cahana çatmış haqqında, bil ki, söhbət.
Könlüm sənin dalınca düşmüş yola nə vaxtdır,
Heç karivan onunçun bir eyləməz hidayət.
Sığar qəlbə, qəmin dünyaya sığmaz,
Lirika, Nizami Gəncəvi
Məhəbbət-dağ seli...məcraya sığmaz.
Gözüm qan-yaş...soruş hardan sızır qan?
Yığışsa çay olar, dəryaya sığmaz.
Gözlərimdə yaş olsan da, işıq alır ürək səndən,
Lirika, Nizami Gəncəvi
Can möhnətim, bunu bil ki, sən işrətdən şirinsənmiş.

Ürəyimə yara vurdun öz əlinlə, gülə-gülə.
Lirika, Nizami Gəncəvi
Gözlərimdən qanlı yaşlar axıb gedir gilə-gilə.
Bu dünyadan mənim payım yalnız sənə vurğun ürək,
Lirika, Nizami Gəncəvi
İki ürək birləşibsə, qıyma, dönmə bir qatilə.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
📖 Sayfa 16 · Lirika, Nizami Gəncəvi
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Gör sənin ucbatından nələr gəldi başıma,
📖 Sayfa 80 · Lirika, Nizami Gəncəvi
Özüm öldüm, eşqimsə məğrur çıxdı qarşına.
Getdin… bircə an belə dönüb baxmadın geri,
Ey həmişə əhdinə dönük çıxan aşina!
Xoşbəxt yaşa, qəm çəkməyə dəyməz,
📖 Sayfa 79 · Lirika, Nizami Gəncəvi
Dünyaya fəğan tökməyə dəyməz.
Həyat mənim gördüklərimmi? Heyhat,
📖 Sayfa 74 · Lirika, Nizami Gəncəvi
İşıqdan bir əsər, bir zərrə yoxmuş.
Sıkça Sorulan Sorular
Lirika kimin eseridir?
Lirika, Nizami Gəncəvi tarafından yazılmıştır ve ilk kez 2004'te yayımlanmıştır.
Lirika kaç sayfadır?
Lirika, 160 sayfadır (Lider Nəşriyyat baskısı).
Lirika'nın en ünlü sözü nedir?
“Üz göstər... Bu ümid bəsimdir, gülüm, Baxmaram Günəşə, göylər gərəkməz.”