CANLI

Aysel Şıxlı: Anlamlı Sözler

Aysel Şıxlı sözleri ve alıntıları

Aysel Şıxlı'dan derlenen bu 100 söz, okurların yıllardır en çok paylaştığı satırlardandır.

En Beğenilen Aysel Şıxlı Sözleri

- Nə deyim, qara qız? Əvvəl daha dolu idin sanki. Necə deyim... Daha həyat dolu, daha hay-küylü, Enerjin daha çox idi sanki...
- Hayat...
-Nə həyat?
- Həyat sakitləşdirir adamı,-

📖 Sayfa 6 · Qanadsız Mələk, Aysel Şıxlı

Sanki ürəyimin qapısını açıb içəri boylana bilirdi. Məni yarı sözdən anlayırdı. Düşündüyümü məndən qabaq düşünür, demək istədiyimi məndən qabaq deyirdi. Hətta bəzən eyni şeyləri hiss etdiyimizi düşünürdüm. Sanki bir- birimizi görməsək, danışmasaq belə, ayrı-ayrı yerlərdə eyni duyğuları yaşayırdıq. Üz-üzə gəldiyimiz zaman bəzən, sadəcə, bircə baxışla belə bir-birimizi anlaya bilirdik... Sirdaşıma, yoldaşıma, qısası, can dostuma çevrilmişdi.

📖 Sayfa 8 · Qanadsız Mələk, Aysel Şıxlı

Həmişə özümlə baş-başa idim mən, görünmürdüm gözə. Məndən yan keçirdilər. Mən izləməyi sevirdim, qıraqlarda, bir yerlərdə... Çox danışmazdım. İnsanlar mənə dayaz gələrdi, boş verərdim onları. Bir şeylər sübut etməyə, yaxud öyrətməyə çalışmazdım.

📖 Sayfa 217 · Qanadsız Mələk, Aysel Şıxlı

Sənsiz yarım qalır bir şeylər. Natamam qalır. Axı mənim sənə ehtiyacım var...

📖 Sayfa 364 · Qanadsız Mələk, Aysel Şıxlı

Onun bir az da olsa, xoşbəxt olması üçün özümdən keçirdim. Günah mənim özümdə idi, seçimi mən etmişdim..

📖 Sayfa 302 · Qanadsız Mələk, Aysel Şıxlı

Elə anlarda insana vaxt lazımdı. Tək qalmağa, düşünməyə, götür-qoy eləməyə… Bəzənsə, sadəcə, darıxmağa… Əlində olan bir nemətin dəyərini biımək üçün ondan uzaqlaşmaq lazımdı.

📖 Sayfa 44 · Qanadsız Mələk, Aysel Şıxlı

Qulaq asmağı bacardığı kimi, məsləhət verməyi də gözəl bacarır və mənə lazım olan bütün sözləri haradansa tapıb çıxarırdı.

📖 Sayfa 16 · Qanadsız Mələk, Aysel Şıxlı

-Mən bir şeyi başa düşdüm...
-Nəyi?
-Hələ böyümədiyimi.
-Necə yəni?
-Hisslərimi idarə edə biləcək qədər böyümədiyimi başa düşdüm.

📖 Sayfa 107 · Qanadsız Mələk, Aysel Şıxlı

Həyatımız kimi onlarla rəngin yüzlərlə çaları…
Bir-birini əvəz edən bu rənglər ağdan qaraya doğru dəyişir, bəzən haradasa ortada kəsişir, boz rəngə çalırdı. Ağ-qara zolaqların məsamələrində isə yaşıl qırmızı, sarı rəngli milyonlarla dənəcik var idi. Gözlə görünməyəcək qədər xırda, görüb gözünü çəkə bilməyəcək qədər patlaq idi bu dənəciklər… Xoşbəxtlikdə bu dənəciklər kimi idi. Monoton keçən ağ-qara həyatımıza rəng qatan bir an, bir saniyə idi. Sonra uzun müddət o parlayan rənglərin xatirəsi ürəklərimizi isidirdi…

📖 Sayfa 13 · Qanadsız Mələk, Aysel Şıxlı

-Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir.
-Səndə indi ehtiyacdı?
-Deyəsən, hə...

📖 Sayfa 47 · Qanadsız Mələk, Aysel Şıxlı

Bundan sonra nə etməli idim? Heç nə olmamış kimi necə yaşamalıydım? Bəlkə də, hər dəfə təkrar-təkrar etdiyim səf bu idi? Heç nə olmamış kimi yaşamaq? Axı olmuşdu. Qəbul etmək lazım idi...

📖 Sayfa 304 · Qanadsız Mələk, Aysel Şıxlı

Axı mən yaşamaq istəyirəm. Normal yaşamaq. Hamı kimi yaşamaq. İynələrsiz...Bir qadını dəli kimi sevmək istəyirəm. Mən axı çox az sevmişəm. Sevgiyə gecikmişəm, deyəsən. İndi əvvəlki kimi hər xırda şeyə fikir də verə bilmirəm. Daha ciddi qayğılarım var. "Bir günüm daha uçdu" qayğıları...

📖 Sayfa 343 · Qanadsız Mələk, Aysel Şıxlı

İnsanlar yarımçıq qoyduqları hər işə görə sonradan peşman olurlar. İllər keçsə də, tez-tez dilə gətirir, sona kimi getmədiklərinə görə heyifsilənirlər.

📖 Sayfa 205 · Qanadsız Mələk, Aysel Şıxlı

-Sən, doğrudan, görmürsən?
-Nəyi?
-Sənə necə dəyər verdiyimi...

📖 Sayfa 77 · Qanadsız Mələk, Aysel Şıxlı

Hisslərimdən danışmaq haqda düşünmürdüm. Çünkü onu itirməyi gözə almaq istəmirdim. Mənə başqa gözlə baxa bilmirdi... Hər gün görə-görə onu ürəyimdən çıxaracaqdım. Çıxmasaydı ürəyimi çıxaracaqdım. Bağlı qapıları döymürdüm artıq...

📖 Sayfa 341 · Qanadsız Mələk, Aysel Şıxlı

Həyatımız kimi onlarla rəngin yüzlərlə çaları... Bir-birini əvəz edən bu rənglər ağdan qaraya doğru dəyişir, bəzən haradasa ortada kəsişir, boz rəngə çalırdı. Ağ-qara zolaqların məsamələrində isə yaşıl, qırmızı, sarı rəngli milyonlarla dənəcik var idi. Gözlə görünməyəcək qədər xırda, görüb gözünü çəkə bilməyəcək qədər parlaq idi bu dənəciklər... Xoşbəxtlik də bu dənəciklər kimi idi. Monoton keçən ağ-qara həyatımıza rəng qatan bir an, bir saniyə idi. Sonra uzun müddət o parlayan rənglərin xatirəsi ürəklərimizi isidirdi...

📖 Sayfa 13 · Qanadsız Mələk, Aysel Şıxlı

Bəlkə də, hər dəfə təkrar-təkrar etdiyim səhv bu idi? Heç nə olmamış kimi yaşamaq? Axı olmuşdu. Qəbul etmək lazım idi...

📖 Sayfa 304 · Qanadsız Mələk, Aysel Şıxlı

- Bəs mən səni sevdiyimi desəm... Etiraz eləməzsən ki?
- Susmaq haqqım var?
- Mən ən sevdiyim insanı itirməyi gözə almışam. Səncə, susmaq haqqın var?

📖 Sayfa 210 · Qanadsız Mələk, Aysel Şıxlı

Zaman-zaman qarşıma fərqli məqsədlər qoysam da, heç cür sabit həyatımı pozub onların arxasınca qaça bilmirdim.

📖 Sayfa 340 · Qanadsız Mələk, Aysel Şıxlı

Atamla çox yaxın idim. Uşaq vaxtından həmişə onunla oynayar, danışar, dərdləşərdim. İşdən gəlməyini gözləyər, getdiyi hər yerdə arxasınca düşər, yanında oturardım. Deyilənə görə atama çox bənzəyirdim. Onun kimi xırdasümüklü, arıq, qaraşın idim. Bapbalaca ağzım və burnum, iri, tünd-qəhvəyi gözlərim və dalğalı saçlarım var idi. Görən deyirdi ki, atana çox bənzəyirsən, buna görə də xoşbəxt olacaqsan. Çünki atasına oxşayan qızların bəxti gözəl olur. Bu söhbətə çox inanmaq istəyirdim…

📖 Sayfa 10 · Qanadsız Mələk, Aysel Şıxlı

- Qəribədi ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi, yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib əlimlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər?

📖 Sayfa 180 · Qanadsız Mələk, Aysel Şıxlı

-Görəsən, orda, uzaqlarda xoşbəxt olacam?
-Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlar"a çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş.
-İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur?
-Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldir. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən?
-Yox...
-Çünkü əlçatmazdılar..

📖 Sayfa 207 · Qanadsız Mələk, Aysel Şıxlı

Bəzən onun üzünə deyə bilmədiklərimi "bəlkə, oxuyub anlayar" deyə paylaşardım. Ancaq anlayanlar yaxud anlamaq istəyənlər arasında onun adına rast gəlmək gündən-günə daha imkansız olurdu.

📖 Sayfa 80 · Qanadsız Mələk, Aysel Şıxlı

Hər dəfə: "Əşi, heç nə olmaz", - deyib elədiyim səhvi sonradan təkrarlamaq məndə bir növ adət halını almışdı. Bəlkə də, hal-hazırda ürəyimdə yaranan peşmanlıq hissi məhz buna görə baş qaldırdı...

📖 Sayfa 4 · Qanadsız Mələk, Aysel Şıxlı

Bir dəstə nərgizgülü gözümə sataşdı.

📖 Sayfa 170 · Qanadsız Mələk, Aysel Şıxlı

Üzbəüz deyilən sözlər havaya sovrulub uçur, yazılan mesajlar bir düymə ilə silinir. Ancaq, bəlkə, məktub uzun illər evində, dağınıq əşyalarının arasında, bir küncdə qala bilər? Eynilə sən mənim ürəyimdə bir küncdə qaldığın kimi…

📖 Sayfa 204 · Qanadsız Mələk, Aysel Şıxlı

Nə qədər səni yaxınına buraxdığını düşünsən də, qədər səndən uzaqda idi. Hisslərini, istəklərini büruzə verməzdi. Eyni zamanda ondan mənim ünvanıma gələn doğma və isti enerji sanki dilə gətirilib deyilməyən bütün sözləri ortaya tökürdü.

📖 Sayfa 60 · Qanadsız Mələk, Aysel Şıxlı

Bu qədər danışmağına artıq öyrəşmişdim, danışmadığı vaxt hətta darıxırdım da. Səsi içimdəki bütün boş məsamələrə dolurdu. Onu dinləməkdən həzz alırdım...

📖 Sayfa 221 · Qanadsız Mələk, Aysel Şıxlı

- Sən hələ balacasan...

📖 Sayfa 47 · Qanadsız Mələk, Aysel Şıxlı

-Niyə hər dəfə üzünü çevirirsən?
-Bilmirəm.
-Bəs sən özün niyə eləyirsən?
-Yadımda saxlayıram.
-Nəyi?
-Səni...
-Mən axı burdayam.
-İndi burdasan. Sonra olmayanda gözümü yumub yadıma salacam..

📖 Sayfa 89 · Qanadsız Mələk, Aysel Şıxlı

Ancaq ürəyin qabağında kim aciz deyildi ki?! Kimin ürəyinə girib, həyatına dəyişdirən olmamışdı ki?! Daş belə əriyib yox ola biləcəyi halda, ürək necə tab gətirə bilərdi?!

📖 Sayfa 54 · Qanadsız Mələk, Aysel Şıxlı

Necə baxmaq? Baxışlarda nə axtarırdıq: suallarımızın cavabını? Baxışla müəyyən etmək olsaydı, o zaman sözlərə nə ehtiyac qalardı? Bəlkə, doğrudan da, gözlərimiz hisslərimizin aynası idi... Bəlkə, qarşımızdakı insanlar biz heç nə demədən də hər şeyi çox gözəl anlayırdılar... Gizlətməyə çalışsaq da, gözlər daxili aləmimizi bütün çılpaqlığı ilə ortaya qoyurdu...

📖 Sayfa 313 · Qanadsız Mələk, Aysel Şıxlı

Düşünürdüm: “Bu işıqda, lap yaxından baxanda onun gözləri nə rəngə çalardı görəsən?!

📖 Sayfa 369 · Qanadsız Mələk, Aysel Şıxlı

Bir sözü ilə durardı zaman. Bir şirin-şirin gülümsəməsi ilə gülərdi gözlərim.

Qanadsız Mələk, Aysel Şıxlı

Heç bir şey etməsən, sonra deyəcəksən ki, kaş edəydim, bəlkə, hər şey daha fərqli olardı. Ancaq eləsən və olmasa, ən azından biləcəksən ki, sən əlindən gələni elədin.

📖 Sayfa 290 · Qanadsız Mələk, Aysel Şıxlı

Amma bəzən varlığını yoxluğunnan daha çox hiss etmək istəyirdim..

📖 Sayfa 10 · Qanadsız Mələk, Aysel Şıxlı

“Mələk, hiss onu yaşamaq üçündür, hiss etmək üçün. Bu hisslər sənindi. …. Onu idarə etmək olmaz”.

📖 Sayfa 108 · Qanadsız Mələk, Aysel Şıxlı

Yolayrıcında qalmışdım. Yaşamamalı olduğum duyğular qatara düzülərək baş alıb gedirdi...

📖 Sayfa 239 · Qanadsız Mələk, Aysel Şıxlı

Getdikcə daha çox əmin olurdum ki, bənzər xasiyyətlərimiz çoxdur. Nəinki bənzər, hətta eyni... Eyni şeyləri düşünüb eyni şeyləri hiss etdiyimiz ağlıma gəlirdi. Ağzından çıxan hər söz, hər söhbət mənim hər gün özümlə danışdığım söhbətlər idi. Fikirlərimizin bu qədər çox üst-üstə düşdüyünü gördükcə təsadüflərə və sevgiyə inamım artırdı.

📖 Sayfa 40 · Qanadsız Mələk, Aysel Şıxlı

Son vaxtlar ətrafımdakı insanlardan eyni sözü eşidirdim: “Getmək istəyirəm”. Hər kəs düşünürdü ki, burdan uzaqlara getsə, o zaman həyatındakı bütün problemlər həll olunacaq. Yaşadığımız bütün uğursuzluqları burada qoyub gedəcəyik, başqa insanlar öncəkilərin yerin tutaraq onları unutduracaq. Ciyərlərimizə çəkdiyimiz havanın ətri belə daha şirin olacaq və yeni həyat bizi xoşbəxtliyə əmin addımlarla aparacaq. Arxamızda o qədər dərd qəyub getmək istəyirdik ki, bəzən o dərlərin məkandan asılı olmadığını anlamırdıq…

📖 Sayfa 56 · Qanadsız Mələk, Aysel Şıxlı

Axı mənim günahım nə idi? Evin ilki olmaqa məni günahkara çevirmişdi? İradəmə zidd olaraq mənə biçilmiş həyatla ayaqlaşmağa məcbur olurdum. Heç seçimim olmamışdı istədiklərimi yaşamağa, etməyə, görməyə... Nə istədiyimi belə bilmirdim ki...

📖 Sayfa 242 · Qanadsız Mələk, Aysel Şıxlı

Təmkinli baxışlarında səni olduqundan daha yaxşı etməyə çalışırdı sanki… Anlamağa çalışırdı. Duymağa… Qorumağa…

📖 Sayfa 91 · Qanadsız Mələk, Aysel Şıxlı

“Bəlkə, bir olmadıq, ola bilmədik, natamam qaldıq deyə unuda bilmədim. Bəlkə, gecikdim sənin həyatına girməyə, ya da, bəlkə, tam əksi, tələsdim…”

📖 Sayfa 204 · Qanadsız Mələk, Aysel Şıxlı

İnsanın özü ilə apardığı müharibədən daha ağır nə döyüş ola bilərdi? Mənən çökən bədən cismən də heç nəyə qadir olmurdu...

📖 Sayfa 138 · Qanadsız Mələk, Aysel Şıxlı

“Heç nə olmamış kimi necə yaşamalıydım? Bəlkə də, hər dəfə təkrar-təkrar etdiyim səhv bu idi? Heç nə olmamış kimi yaşamaq? Axı olmuşdu. Qəbul etmək lazım idi…”

📖 Sayfa 304 · Qanadsız Mələk, Aysel Şıxlı

Əlində olan bir nemətin dəyərini bilmək üçün ondan uzaqlaşmaq lazımdı. Darıxdığın hər dəqiqə, hətta saniyə də dəyərini sənin gözünün önünə qoyur.

📖 Sayfa 44 · Qanadsız Mələk, Aysel Şıxlı

-Görəsən, orda, uzaqlarda xoşbəxt olacam?
-Uzaqlarda həmişə hamı xoşbəxt görünür.

📖 Sayfa 207 · Qanadsız Mələk, Aysel Şıxlı

- Mən bir şeyi başa düşdüm…
- Nəyi?
- Hələ böyümədiyimi.

📖 Sayfa 107 · Qanadsız Mələk, Aysel Şıxlı

Günün günorta çağı, iş yerində, ventilyatorun səsi altında ağlamağını heç kəs eşitməsin deyə əlinlə ağzını bərk sıxacaq qədər qorxaq idi, qəddar idi həyat…

📖 Sayfa 102 · Qanadsız Mələk, Aysel Şıxlı

- Bəs mən səni sevdiyimi desəm, etiraz eləməzsən ki?
+ Susmaq haqqım var?
- Mən ən çox sevdiyim insanı itirməyi gözə alıb bunu deyirəm.
Səncə, susmaq haqqın var?

Qanadsız Mələk, Aysel Şıxlı

-Nə hiss edirsən ?
--Ayağımın yerdən üzüldüyünü... Hər şeyə hazır olduğumu... Güc hiss edirəm özümdə.
-Nəyə hazırsan ,məsələn ?
--Ona yemək bişirməyi öyrənməyə.

Qanadsız Mələk, Aysel Şıxlı

Eşitmişdim ki , xoşbəxtliyini nə qədər az dilə gətirsən , o qədər uzun olar.

Qanadsız Mələk, Aysel Şıxlı

Havalar soyuduqca səhərlər oyanmaq çətinləşirdi.

📖 Sayfa 81 · Qanadsız Mələk, Aysel Şıxlı

Üzünə deyəcək qədər cəsarətli olmamışdım heç vaxt…

📖 Sayfa 203 · Qanadsız Mələk, Aysel Şıxlı

Əylənirdilər… Bəzən bir-birilərinə toxunur, söykənir, baxışırdılar. Mənsə, sadəcə, onları seyr edirdim…

📖 Sayfa 223 · Qanadsız Mələk, Aysel Şıxlı

“Natamam qalmış hisslərimiz, yaşamadıqlarımız, qorxub addım atmadığımız hər an, hər hadisə, hər insan yenidən, təkrar-təkrar eyni yerə qayıtmaq üçün bəhanə olur”.

📖 Sayfa 201 · Qanadsız Mələk, Aysel Şıxlı

Mən izləməyi sevirdim, qıraqlarda, bir yerlərdə… Çox danışmazdım. İnsanlar mənə dayaz gələrdi boş verərdim onları. Bir şeylər sübut etməyə, yaxud öyrətməyə çalışmazdım

📖 Sayfa 217 · Qanadsız Mələk, Aysel Şıxlı

Sonra fikirlərdən ayrılıb monoton həyatıma davam edirdim... Etmək istəyirdimmi? Onu belə bilmirdim. Yox olmaq, toz olmaq, bəlkə, balacalaşıb bir qarışqa olmaq istəyirdim. Ən yaxşısı bir əşya olmaq, heç nə hiss etməmək...Təsəllini uzaq ölkələrdə axtarmaq...Bir ümid işığı, bir "bəlkə" ...
Heç bu qədər səmimi olmamışdım. Heç bu qədər gecikməmişdim özümlə səmimi olmağa...

📖 Sayfa 64 · Qanadsız Mələk, Aysel Şıxlı

Hər şey beyində başlayırdı. Xəyallarda bitirdi.

Qanadsız Mələk, Aysel Şıxlı

İnsanlar yarımçıq qoyduqları hər işə görə sonradan peşman olurlar. İllər keçsə də, tez-tez dilə gətirir, sona kimi getmədiklərinə görə heyifsilənirlər. Natamam qalmış hisslərimiz, yaşamadıqlarımız, qorxub addım atmadığımız hər an, hər hadisə, hər insan yenidən, təkrar-təkrar eyni yerə qayıtmaq üçün bəhanə olur. Cavabsız suallarımız müxtəlif zamanlarda, tam da unutduğumuzu düşündüyümüz vaxt yenidən bizi qarşılayır.

📖 Sayfa 201 · Qanadsız Mələk, Aysel Şıxlı

Onu gizli saxlamaq, yalnız ürəyimdə yaşatmaq istəyirdim.

📖 Sayfa 79 · Qanadsız Mələk, Aysel Şıxlı

-İş yoldaşım bu yaxınlarda Çinə getmişdi. Ona tapşırmışdım sənə çay alsın, sevirsən sən.
-Çox düşüncəlisən! Evə girən kimi dəmləyib içəcəm.
- Bu günə görə təşəkkür, qara qız. Hər dəfə söhbətlərinlə ürəyimi fəth edirsən.

Qanadsız Mələk, Aysel Şıxlı

Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyyaca çevrilir.

Qanadsız Mələk, Aysel Şıxlı

Çox mehriban, eyni zamanda çox soyuqqanlı insan idi. Nə qədər səni yaxınına buraxdığını düşünsən də, o qədər səndən uzaqda idi.

📖 Sayfa 60 · Qanadsız Mələk, Aysel Şıxlı

-Nə olub mənim həyat dolu qızıma?
-Sönüb.

Qanadsız Mələk, Aysel Şıxlı

“Zamana burax. Zaman özü o hisslərin yerini müəyyən edəcək”.

📖 Sayfa 108 · Qanadsız Mələk, Aysel Şıxlı

-Çünki...Çünki mən ölmüşəm...-Balaca qız kövrəldi
-Bəs mən səni niyə görürəm?!-Asim əl çəkmədi.
-Bilmirəm...
Asim susdu.Onun ürəyi yumşaldı,üzünü çevirib öz-özünə toxtaxlıq verdi:
-Yaxşı, Asim.Ruh da olsa,qızdır, xətrinə dəymək olmaz...

📖 Sayfa 35 · Arzuların Səyahəti, Aysel Şıxlı

Sevdiyin birinin saçlarını da qısqanmaq olarmış…

📖 Sayfa 311 · Qanadsız Mələk, Aysel Şıxlı

Görən deyirdi ki, atana çox bənzəyirsən, buna görə də xoşbəxt olacaqsan. Çünki atasına oxşayan qızların bəxti gözəl olur. Bu söhbətə çox inanmaq istəyirdim...

📖 Sayfa 10 · Qanadsız Mələk, Aysel Şıxlı

“Keçəcəkdi, əlbəttə… Zamanla nə keçmir ki?”

📖 Sayfa 357 · Qanadsız Mələk, Aysel Şıxlı

Atasına oxşayan qızların bəxti gözəl olur..

📖 Sayfa 10 · Qanadsız Mələk, Aysel Şıxlı

Son ümid yarpağımın ağacdan ayrılaraq yerə düşdüyünü hiss etdim.

📖 Sayfa 299 · Qanadsız Mələk, Aysel Şıxlı

Sən..danış,qara qız.Necə gedir həyat?
-Neytral zonada.
-O nə zonadı elə?
-Yəni..Hər şey boşdu.Bir boşluq təsəvvür elə.Sən də o boşluğun içindəsən üzürsən
-Hmm... indi sən o üzən adamsan?
-Eynilə!
-Üz,üz...

Qanadsız Mələk, Aysel Şıxlı

Uzun müddətdən bəri ilk dəfə aşiq olmağa başlayırdım…

Qanadsız Mələk, Aysel Şıxlı

-Nə deyim ,qara qız ? Əvvəl daha dolu idin sanki. Necə deyim ... Daha həyat dolu , daha hay-küylü. Enerjin daha çox idi sanki...
--Həyat...
-Nə həyat ?
--Həyat sakitləşdirir adamı .

Qanadsız Mələk, Aysel Şıxlı

“Axı tənhalığın nə qədər gözəl bir şey olduğunu demək üçün yanında birinə ehtiyac var idi…”

📖 Sayfa 57 · Qanadsız Mələk, Aysel Şıxlı

“Qaçmaq, ümumiyyətlə, lazım idimi? Arxaya dömüb, bəlkə, o dərdlərin düz gözünün içinə baxmaq lazım idi? Qorxularımıza güc gəlmək lazım idi?”

📖 Sayfa 56 · Qanadsız Mələk, Aysel Şıxlı

İkimizdən biri xoşbəxt olacaqdısa, qoy o olsun…Axı onu hətta özümdən də qoruyacağıma söz vermişdim.Anlayırdım ki, üzərimə düşən vəzifə qıraqda səssiz qalmaq idi….Kar…Kor…Lal…

📖 Sayfa 241 · Qanadsız Mələk, Aysel Şıxlı

Niyə hər dəfə üzünü çevirirsən?
- Bilmirəm.
- Bəs sən özün niyə eləyirsən?
- Yadimda saxlayıram.
- Nəyi?
- Səni...
- Mən axi burdayam.
-İndi burdasan.Sonra olmayanda gözümü yumub yadıma salacam

Qanadsız Mələk, Aysel Şıxlı

Yağışdan, yağışın altında gəzməkdən ötrü çox darıxmışdım.

📖 Sayfa 184 · Qanadsız Mələk, Aysel Şıxlı

“Görən deyirdi ki, atana çox bənzəyirsən, buna görə də xoşbəxt olacaqsan. Çünki atasına oxşayan qızların bəxti gözəl olur”.

📖 Sayfa 10 · Qanadsız Mələk, Aysel Şıxlı

- İndi onsuz necə olacaq axı?
- Leylasız? Heç nə. Həmişəki kimi. Zaman ələkdi, dostum. Leylanın da ələnmək zamanı imiş, görünür.

📖 Sayfa 177 · Qanadsız Mələk, Aysel Şıxlı

Sanki onu illərlə tanıyırdım…

📖 Sayfa 22 · Qanadsız Mələk, Aysel Şıxlı

“… həyat insana arzu etdiyini vermir həmişə. Öz istədiyini verir və sən də heç nə edə bilmirsən”.

📖 Sayfa 68 · Qanadsız Mələk, Aysel Şıxlı

Məndən qopan bir parçanı illər sonra tapmışdım sanki…Tapmışdım amma yapışdırmağa qorxurdum.Mənim idimi o parça? Yoxsa məndən qopan parçanı ona çox bənzətmişdim?

📖 Sayfa 219 · Qanadsız Mələk, Aysel Şıxlı

-Mən bir şey başa düşdüm.
-Nəyi?
-Hələ böyümədiyimi.

Qanadsız Mələk, Aysel Şıxlı

- Qara qızın dərdi nədi?
- Həyat…
- Yenə həyat?
- Həmişəki kimi.

📖 Sayfa 154 · Qanadsız Mələk, Aysel Şıxlı

Hayatımız kimi onlarla rəngin yüzlərlə çaları... Bir-birini əvəz edən bu rənglər ağdan qaraya doğru deyişir, bəzən haradasa ortada kəsişir, boz rəngə çalırdı. Ağ-qara zolaqların məsamələrində isə yaşıl, qırmızı, sarı rangli milyonlarla dənəcik var idi. Gözlə görünməyəcək qədər xırda, görüb gözünü çəkə bilməyəcək qədər parlaq idi bu dənəciklər... Xoşbəxtlik də bu dənəciklər kimi idi. Monoton keçən ağ-qara hayatımıza rəng qatan bir an, bir saniyə idi. Sonra uzun müddət o parlayan rənglərin xatirəsi ürəklərimizi isidirdi...

📖 Sayfa 13 · Qanadsız Mələk, Aysel Şıxlı

-İndi belə deyirsən. Əvvəl-axır yanında kimisə istəyəcəksən. Axı insan həmişə tək ola bilməz...
-Bilirsən, insan öyrəşir təkliyə. Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir.
- Sən də indi ehtiyacdı?
- Deyəsən, hə...

Qanadsız Mələk, Aysel Şıxlı

-Qara qız,işdən sonra nə edirsən?
-Nə təklifin var?
-Moruq mürəbbəsi,isti çay və nərd...

Qanadsız Mələk, Aysel Şıxlı

Özüm üçün yaratdığım “güclü qız” obrazının əlimdən,üzümdən axıb getdiyini hiss edirəm…

📖 Sayfa 63 · Qanadsız Mələk, Aysel Şıxlı

Mənimdə ona ehtiyacım var idi.Ancaq o tamam başqa, paralel dünyada idi…

📖 Sayfa 277 · Qanadsız Mələk, Aysel Şıxlı

“Dənizdən başqa halıma yanacaq biri yoxdu…”

📖 Sayfa 256 · Qanadsız Mələk, Aysel Şıxlı

Bir şeyi ürəkdən istəyəndə olur deyirdilər

📖 Sayfa 358 · Qanadsız Mələk, Aysel Şıxlı

..Niyə? Nə vaxt bitəcəkdi bu “niyə”lər? Nə vaxta qədər həyatımızda sonsuz niyə olacaqdı? Bu qədər çətin idi mi insanların gözünün içinə baxıb hər şeyi olduğu kimi demək?

📖 Sayfa 131 · Qanadsız Mələk, Aysel Şıxlı

-Deməli,apardığım araşdırmalar onu deyir ki,əgər ruh bədəni tərk edəndən sonra hələ də o biri dünyaya gedə bilmirsə,deməli onu narahat edən nəsə var..
-Ola bilər ki,sən nənə görə narahat qalmısan!
Ya da ürəyində saxladığın böyük arzun var.
Onun həyata keçməməsi səni buradan getməyə qoymur.!

📖 Sayfa 42 · Arzuların Səyahəti, Aysel Şıxlı

Niyə? Nə vaxt bitəcəkdi bu “niyə”lər? Nə vaxta qədər həyatımızda sonsuz niyə olacaq? Bu qədər çətin idimi insanların gözünün içinə baxıb hər şeyi olduğu kimi demək? Heç bir sual qoymamaq, cümlələri nöqtə ilə tamamlamaq. Beyinlərdə bir sual işarəsi qoyub getmək insana xas bir xüsusiyyətdi. Yaxud tərgidə bilmədikləri vərdiş

📖 Sayfa 130 · Qanadsız Mələk, Aysel Şıxlı

Uzaqlarda həmişə hammı xoşbəxt görünür.Sonra sən gedib o “uzaqlara” çatırsan görürsən ki qeyri-adi heçnə yox imiş.

📖 Sayfa 207 · Qanadsız Mələk, Aysel Şıxlı

-İnsan sevmədiyi birinə o cür baxa bilməz.

📖 Sayfa 145 · Qanadsız Mələk, Aysel Şıxlı

Murad baxışlarını mənə zillədi. Gözlərini azca qıyıb alnını qırışdırdı. Sanki baxışları ilə məni ovsunlayıb gözümün içindən bütün həqiqətləri çıxarmaq istəyirdi. Sanki ona bir şeylər etiraf etməli idim, ancaq etmirdim.

📖 Sayfa 5 · Qanadsız Mələk, Aysel Şıxlı
Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Her sözün altında alındığı eser belirtilmiştir.
Bu yazıyı paylaş Link kopyalandı ✓
“

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4