CANLI

Kişisel Gelişim Dünyasından Qorxular: Rövşen Abdullaoğlu'nun Etkisi Süren Sözler

Qorxular - Rövşen Abdullaoğlu kitap alıntıları ve sözleri

Qorxular, Rövşen Abdullaoğlu'nun 232 sayfalık eseridir. İlk kez 2020'de yayımlanmıştır. Bu sayfa, Qorxular'dan damıtılan en akılda kalan cümlelere ayrılmıştır.

Yazar:Rövşen Abdullaoğlu
İlk Yayın:2020
Yayınevi:Qədim Qala Nəşriyyatı
Sayfa Sayısı:232
Dil:Azerbaycanca
ISBN:9789952824629
Okuma Süresi:6 sa. 34 dk.
Türler:Psikoloji, Kişisel Gelişim

Qorxular'dan En Beğenilen Alıntılar

•Ölüm qorxusu, əslində, ölümə görə deyil, yanlış həyat tərzinə görə yaranan qorxudur. Bunun ən gözəl dəlili də odur ki, insanlar bu qorxu səbəbindən çox vaxt məhz intihar edirlər.
•Lev Nikolayeviç Tolstoy

Qorxular, Rövşen Abdullaoğlu

"Əgər bir işdən qorxsan, o zaman o işi et!"

📖 Sayfa 138 · Qorxular, Rövşen Abdullaoğlu

“ İnsan olmaq həyatda qorxusuz yaşamaq deyil, bütün qorxulara rəğmən həyatı gözəl yaşamaqdır.”

Qorxular, Rövşen Abdullaoğlu

Həyatda bir çox insanlar balaca insanlardır. Heç kəsə zərər vurmaq istəməyən, heç kəsin işinə mane olmayan, başı öz işlərinə qarışmış qarışqa insanlar.

📖 Sayfa 165 · Qorxular, Rövşen Abdullaoğlu

Bibliofobiya-Kitabxanalardan qorxmaq.Qeyd edək ki, ölkəmizdə bu qorxuya çox geniş təsadüf edilir.Bele olmasaydı, kitabxanaların sayı çox olar, ora gedənlər də üstünlük təşkil edərdi.Ona görə də, ehtimal edirəm ki, bizdə kitabalma fobiyası, kitaboxuma fobiyası, bibliofobiya kimi kitabla əlaqəli qorxular geniş yayılıb.

📖 Sayfa 198 · Qorxular, Rövşen Abdullaoğlu

Korkularını yenemeyen herkes ömür boyu kölelik yaşamaya mahkumdur.

Qorxular, Rövşen Abdullaoğlu

Əyri yaşamağa öyrəşmiş insanlar üçün düz yaşamaq cəhənnəm əzabından da şiddətlidir!

📖 Sayfa 117 · Qorxular, Rövşen Abdullaoğlu

İslam mənbələrinə görə, şəhidlik yüzlərlə rəhmət
qapısından ən üstünü hesab edilir və Allahın bu qapını
hər kəsin üzünə açmadığı bildirilir. Şəhadət
müsəlmana bütün günahlarını yumaq və ən böyük ilahi
əfvə qovuşmaq imkanı verir. Şəhid olmuş insan
axirətdə öz yaxınlarının, hətta istədiyi şəxslərin Allah
yanında bağışlanmasına vasitəçi ola bilər. Buna
şəhidin “şəfaət” məqamına malik olması deyilir.
Şəhidin Allah yanında, xüsusən də ölümdən sonrakı
axirət həyatında çox böyük nüfuzu, ehtiramı,
çoxlarının həsəd aparacağı imtiyazları olacaq.

📖 Sayfa 61 · Qorxular, Rövşen Abdullaoğlu

İnsan psixikasında olan hər hansı hiss nəzarətsiz
qalanda öz çərçivəsindən çıxa bilir.

📖 Sayfa 31 · Qorxular, Rövşen Abdullaoğlu

Qorxularımız bizdən soruşur: “Necə yaşamısan? Keçmişdə nələr etmisən?”
Ümid və yaşamaq eşqi isə bizim yerimizə cavab verir: “Əsas bundan sonra edəcəklərimizdir.”
Bəli, sonu gözəl olduğu zaman həyatın əvvəlinin necəliyi elə də mühüm deyil.

Qorxular, Rövşen Abdullaoğlu

İnsan keçirdiyi bir çox hissləri izah
edə bilmir.

📖 Sayfa 12 · Qorxular, Rövşen Abdullaoğlu

“Hər kim şiddətli meyil, qorxu, şəhvət,
qəzəb hissləri keçirdiyi və xoşhal olduğu zaman
özünü idarə edə bilsə, Allah onun bədənini
cəhənnəm atəşinə haram edər”.

📖 Sayfa 45 · Qorxular, Rövşen Abdullaoğlu

Ətrafda baş verənlərin nəzarət altında saxlanılması da məhz gözlə əlaqəlidir. Lakin qaranlıqda duyğu üzvlərinin və ən çox da gözlərin fəaliyyəti məhdudlaşır və insan vəziyyətə nəzarəti itirdiyini düşünür. Nəticədə də psixoloji gərginlik yaranır.

📖 Sayfa 165 · Qorxular, Rövşen Abdullaoğlu

•”Heliofobiya-Günəş şüalarından qorxmaq. Bu qorxu insanın günəşli məkanlardan uzaq durmasına səbəb olur.”

Qorxular, Rövşen Abdullaoğlu

Biz öz qorxularımızın əlində aciziksə, heç olmasa,
övladlarımızın mübariz ruhda böyümələrinə şərait
yaratmalıyıq.

📖 Sayfa 50 · Qorxular, Rövşen Abdullaoğlu

Heç bir şeydən qorxmayan insan cəmiyyət üçün ən qeyri-münasib biridir.Ondan nə gözləməli olduğunu bilmirsən, ele buna görə də təhlükəlidir.

📖 Sayfa 38 · Qorxular, Rövşen Abdullaoğlu

Uğur - uğursuzluqdan uğursuzluğa ruh yüksəkliyini itirmədən addımlamaqdır.
•Vinston Çörçil

Qorxular, Rövşen Abdullaoğlu

“Nəyin bahasına
olursa-olsun” - rəzalət və zəlalətə gedənlərin şüarıdır..

📖 Sayfa 47 · Qorxular, Rövşen Abdullaoğlu

Qorxu hissi insan təbiəti üçün mümkün olan psixoloji duyğuların ən əzabvericisidir.

Dmitri İvanoviç Pisarev
(publisist, ədəbiyyat
tənqidçisi)

📖 Sayfa 10 · Qorxular, Rövşen Abdullaoğlu

QƏBUL ETMƏYINCƏ MƏĞLUB DEYILSƏN!

Qorxular, Rövşen Abdullaoğlu

Hazırda öz ruhi vəziyyətimi dərk edən zaman düşündüm ki, son görüşsüz ayrılık ele mənim istədiyim şeydir.

📖 Sayfa 71 · Qorxular, Rövşen Abdullaoğlu

Sən hər bir insan kimi bütün gözəlliyə layiqsən, sən səadət üçün yaradılmısan, sən hər şeyin ən yaxşısına sahib olmalısan.

Əgər buna layiq olmasaydın, varlıqların ən şərəflisi olan insan kimi deyil, daş, ağac, kol, su, heyvan növündən biri olaraq yaradılardın. Bunu heç bir zaman unutma!

📖 Sayfa 202 · Qorxular, Rövşen Abdullaoğlu

Bir çox hallarda həyatımıza istiqamət verərək bizi idarə edən də məhz qorxularımızdır. İnsan bu hissinə hakim olmasa, özünü qorxularına təslim edərsə, həyatdakı bütün müstəqilliyini əldən verəcək, bununla da qorxularının əsirinə çevriləcək.

Rövşən Abdullaoğlu- "Qorxular"

📖 Sayfa 229 · Qorxular, Rövşen Abdullaoğlu

“Düşünən hər canlı darıxmaqdadır;
Kimi tənbəllikdən, kimi də işdən.”
•Puşkin Aleksandr Sergeyeviç

Qorxular, Rövşen Abdullaoğlu

Fobiyaların mənşəyi barədə geniş araşdırmaları ilə tanınan psixoterapevt Ziqmund Freyd isə çox gülünc və qəribə bir fobiyadan əziyyət çəkirdi.O, qatarlara gecikməkdən hədsiz dərəcədə qorxardı.Freyd buna görə o qədər narahat olardı ki, qatarın hərəkət vaxtından bir neçə saat əvvəl platformaya gələr və orada gozləyərdi.

📖 Sayfa 35 · Qorxular, Rövşen Abdullaoğlu

"Ola bilsin ki, bir şeyi bəyənməyib pis hesab edesiniz, lakin o, sizin üçün xeyirli olsun. Həmçinin sevib bəyəndiyiniz bir şey də sizin üçün zərərli olsun. Allah bilər, siz bilməzsiniz".¹

İşlərin mahiyyətini bilməyən insan əldə edə bilmədiyi, lakin çox istədiyi nemətə görə bir çox hallarda narahat olar, iztirab keçirər. Bir halda ki, həmin nemət ona verilsəydi, indi ağlına gəlməyən bir çox zərərlərlə qarşılaşardı. Elə isə yüksək məqamlar və nailiyyətlər üçün mübarizə aparın. Əgər bu yolda nələrisə itirsəniz, nələrisə əldə edə bilməsəniz, bilin ki, bu cür olmağı sizin xeyrinizədir.

📖 Sayfa 160 · Qorxular, Rövşen Abdullaoğlu

Qorxmağımız mühüm deyil, mühüm olan qorxaq davranmamağımızdır.

📖 Sayfa 45 · Qorxular, Rövşen Abdullaoğlu

Nomofobiya isə müasir dövrümüzə xas olan bir qorxu növüdür. Bu fobiyaya düçar olmuş insanlar telefonlarındakı şəbəkənin itməsindən dəhşətli dərəcədə qorxurlar. Onlar heç vaxt telefonlarını bağlamır, tam əksinə, tez-tez onu elektrik şəbəkəsinə qoşurlar. Bu qorxuya tutulmuş insanlar üçün telefonda danışıq balansının olması da çox vacibdir.

📖 Sayfa 195 · Qorxular, Rövşen Abdullaoğlu

Uşaqlıq illərində yaşanılan davalar, xüsusən valideynlər arasında olan münaqişələr insan psixikasında məxsusi iz qoyur. Uşaq introvert tipli, zəif, həssas biri olsa, bu davaların təsirinin daha dərin olacağı mütləqdir..... Belə ailələrdə bu qorxu çox vaxt paralel olaraq övladlarda müşahidə olunur. Bu uşaqlar get-gedə özlərinə qapanır, susqunlaşır, danışmağa məcbur edildikdə isə ağlayaraq özlərini müdafiə edirlər.

Qorxular, Rövşen Abdullaoğlu

Ölümdən qorxmuram mən. Xeyr, əsla!
Qorxuram tamam yox olmaqdan mən!
•Mixail Yuryeviç Lermontov

Qorxular, Rövşen Abdullaoğlu

Bəzən insan bir qərar verir, ancaq onu icra etməkdə aciz olur. Bəzən insan, əslində, istəmədiyi bir şeyi istədiyini zənn edir. Bəzən isə ayrılıq və tək qalmaq qorxusun-dan dəyər verdiyi işlərdən, həyat prinsiplərindən belə əl çəkməyə hazır olur.

Qorxular, Rövşen Abdullaoğlu

Unutmamalı olduğumuz, fəqət tez-tez unutduğumuz bir həqiqət var: hamı bu fani dünya ilə bir gün vidalaşacaq.Ona görə də mühüm olan bu ömrü kəmiyyətlə deyil, keyfiyyətlə başa vurmaqdır.

📖 Sayfa 48 · Qorxular, Rövşen Abdullaoğlu

Mənbələrdə Həzrət Əlinin(ə) mövzu ilə əlaqədar belə buyurduğu qeyd olunur: "Şücaət hazır izzət, qorxaqlıq isə aşkar bir zəlillikdir".

📖 Sayfa 59 · Qorxular, Rövşen Abdullaoğlu

Araşdırmalar göstərir ki, insan daha çox qaranlığın özündən deyil, orada gizlənə bilən, qaranlıqda səciyyələnən məsələlərdən qorxur.

📖 Sayfa 171 · Qorxular, Rövşen Abdullaoğlu

İnsan həyatına,bəlkə də,qorxu kimi birbaşa və güclü təsir edən ikinci bir hiss yoxdur.

Qorxular, Rövşen Abdullaoğlu

Əslində, insan bəzi hisslərinin mövcudluğundan belə xəbərsizdir...

📖 Sayfa 70 · Qorxular, Rövşen Abdullaoğlu

Kim dünyada zərrə qədər də olsun pis iş görübsə, onu (onun zərərini) görəcək. (Zəlzələ surəsi, ayə 8)

📖 Sayfa 189 · Qorxular, Rövşen Abdullaoğlu

•Qorxu deyil, qorxunu yenmək tərifəlayiqdir.
Məhz qorxunu yenmək həyatı yaşamağa layiq edir.
• Lüdviq Vitgenşteyn

Qorxular, Rövşen Abdullaoğlu

Belə bir ərəb deyimi var: "Övladı ölmüş ana gec yatsa da, təhdid olunmuş şəxsin anası əsla yata bilmir"

📖 Sayfa 11 · Qorxular, Rövşen Abdullaoğlu

Məlum olur ki, qorxu insanı fiziki, təşviş isə mənəvi cəhətdən qoruyan psixi müdafiə sistemidir.

📖 Sayfa 19 · Qorxular, Rövşen Abdullaoğlu

Bibliofobiya - kitabxanalardan qorxmaq. Qeyd edək ki, ölkəmizdə bu qorxuya çox geniş təsadüf edilir. Belə olmasaydı, kitabxanaların sayı çox olar, ora gedənlər də üstünlük təşkil edərdi. Ona görə də, ehtimal edirəm ki, bizdə kitabalma fobiyası, kitaboxuma fobiyası, bibliofobiya kimi kitabla əlaqəli qorxular geniş yayılıb.

📖 Sayfa 193 · Qorxular, Rövşen Abdullaoğlu

Bir şeyi unutmamalıyıq ki, nailiyyət və tərəqqi öz qucağını yalnız əməl məqamında düzgün hərəkət edənlərə açır.

📖 Sayfa 33 · Qorxular, Rövşen Abdullaoğlu

"...Noyabrda artıq qırx yaşım olacaq. Yaxınlarım ara-sıra: "Ad günün yaxınlaşır", - deməklə o şad günün onların da nəzərində olduğunu göstərmək istəyirlər. Mənə görə isə bu, heç də xoş bir gün deyil.

Axı insan onu həyatın sonuna yaxınlaşdıran bir günü necə xoşlaya, təmtəraqla qeyd edə bilər? "

📖 Sayfa 129 · Qorxular, Rövşen Abdullaoğlu

Bibliofobiya - kitabxanalardan qorxmaq. Qeyd olaraq deyirik ki, bizim ölkədə bu qorxu çox geniş yayılıb. Çünki belə olmasa idi, kitabxanaların sayı çox olar, ora gedənlər də üstünlük təşkil edərdi. Ona görə də ehtimal verirəm ki, bizdə kitabalmafobiyası, kitaboxumafobiyası, bibliofobiya kimi kitabla əlaqəli qorxular geniş yayılıb. Bir zarafat olsa da, mövcud vəziyyəti əks etdirən acı həqiqətdir.

📖 Sayfa 174 · Qorxular, Rövşen Abdullaoğlu

Geri dönməmək üçün arxadakı körpüləri yandırın.

Qorxular, Rövşen Abdullaoğlu

Düşünən hər canlı darıxmaqdadır; Kimi tənbəllikdən, kimi də işdən.

Qorxular, Rövşen Abdullaoğlu

Həqiqətən, mən ölümü səadətdən, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm.
İmam Hüseyn ibn Əli(ə)

📖 Sayfa 46 · Qorxular, Rövşen Abdullaoğlu

Araşdırmalar göstərir ki, insan daha çox qaranlığın özündən deyil, orada gizlənə bilən, qaranlıqla səciyyələnən məsələlərdən qorxur.

📖 Sayfa 167 · Qorxular, Rövşen Abdullaoğlu

Qəhrəmanlar və qaliblər yetişdirmək üçün, ilk növbədə, düzgün ideologiya və onun üzərində qurulmuş əməllər və tərbiyə sistemi lazımdır.

📖 Sayfa 58 · Qorxular, Rövşen Abdullaoğlu

Əyri yaşamağa öyrəşmiş insanlar üçün düz yaşa maq cəhənnəm əzabından da şiddətlidir. İnsanlar mədəniyyətlərinin aradan qalxmasından o qədər qorxurlar ki, onun süqutuna səbəb olacaq hər bir cəhdi real təhlükə kimi görür və müxtəlif üsullarla aradan qaldirmaq istəyirlər. Belə olduqda “qurunun oduna yaş da yanır".

Qorxular, Rövşen Abdullaoğlu

Cavanlar bilməlidirlər ki, evlənmək xatirnə qurulan ailələrin gələcəkdə daha ağır problemləri olacaq.Peşman olanda, ağır nəticələrlə üzləşəndə isə tərəflər bir daha belə vəziyyətə düşməməkdən ötrü bütün ömür boyu tənha qalmağın daha doğru olduğunu düşünəcəklər.

📖 Sayfa 113 · Qorxular, Rövşen Abdullaoğlu

İmam Həsən Əsgəri(ə.s) belə buyurub:
"Ehtiyatın həddi var. Bu hədd keçilsə, qorxaqlıq yaranar. Şücaət üçün də bir hədd var. Əgər onu keçsəniz, bu, dəlisovluq hesab olunar".

📖 Sayfa 39 · Qorxular, Rövşen Abdullaoğlu

"Qəlbin iki qulağı var: iman ruhu ona ahəstə olaraq xeyir işləri, şeytan isə ahəstə olaraq pis işləri etməsini pıçıldayar. Onlardan hər hansı biri digərinə qələbə çalsa, qəlbi öz ixtiyarına keçirər".¹

Qorxular, Rövşen Abdullaoğlu

İnsan darıxdığını ifadə edirsə, deməli, hansısa mənəvi ehtiyacı ödənilməyib, yeri “boş” qalıb.Bu boşluq da özünü darıxdırmaq hissi kimi göstərir.

📖 Sayfa 109 · Qorxular, Rövşen Abdullaoğlu

Ölüm insanın sevdiyi hər bir şeyi aradan qaldırmaq qüdrətinə malik faktdır.

📖 Sayfa 139 · Qorxular, Rövşen Abdullaoğlu

“Ədalət hissi olmadan şücaətin bir mənası yoxdur”

Qorxular, Rövşen Abdullaoğlu

“Özünü qüsurlu və zəif hesab edən birisi heç zaman böyük zirvələri fəth etmək barədə düşünməyəcək.”

Qorxular, Rövşen Abdullaoğlu

Cavanlar bilməlidirlər ki, evlənmək xatirinə qurulan ailələrin gələcəkdə daha ağır problemləri olacaq. Peşman olanda, ağır nəticələrlə üzləşəndə isə tərəflər bir daha belə vəziyyətə düşməməkdən ötrü bütün ömür boyu tənha qalmağın daha doğru olduğunu düşünəcəklər.

Qorxular, Rövşen Abdullaoğlu

Qəhrəmanları və uğurlu insanları məğlub insanlardan fərqləndirən xüsusiyyət budur ki, birincilər qorxularına baxmayaraq irəliyə doğru hərəkət edirlər, ikincilər isə qorxuları qarşısında təslim olublar.

Bir çoxlarının qəhrəmanlar barəsində "onlar anadan qəhrəman doğulurlar", "qəhrəmanlarda qorxu hissi olmaz" kimi şişirdilmə fikirləri tamamilə yanlışdır.

📖 Sayfa 151 · Qorxular, Rövşen Abdullaoğlu

Yaradılışa hakim olan qanun belədir: qələbə və uğur yalnız cəsarətli, qorxmaz və fəal insanlara verilir.

📖 Sayfa 158 · Qorxular, Rövşen Abdullaoğlu

Sıkça Sorulan Sorular

Qorxular kimin eseridir?

Qorxular, Rövşen Abdullaoğlu tarafından yazılmıştır ve ilk kez 2020'de yayımlanmıştır.

Qorxular kaç sayfadır?

Qorxular, 232 sayfadır (Qədim Qala Nəşriyyatı baskısı).

Qorxular'ın en ünlü sözü nedir?

“•Ölüm qorxusu, əslində, ölümə görə deyil, yanlış həyat tərzinə görə yaranan qorxudur. Bunun ən gözəl dəlili də odur ki, insanlar bu qorxu səbəbindən çox vaxt məhz intihar edirlər. •Lev Nikolayeviç Tolstoy”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Qorxular — Rövşen Abdullaoğlu. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓
“

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4