CANLI

Murtaza Mutahhari'nin Teizm Seminarları Adlı Eserinde Din Üzerine Özlü Sözler Kaleme Almış

Teizm Seminarları - Murtaza Mutahhari kitap alıntıları ve sözleri

Murtaza Mutahhari'nin Teizm Seminarları adlı kitabı, 408 sayfalık bir Araştırma-İnceleme eseridir. Din meraklılarının Teizm Seminarları'dan seçtiği en etkileyici satırlar aşağıda.

Yazar:Murtaza Mutahhari
Yayınevi:Parlaq İmzalar Nəşriyyatı
Sayfa Sayısı:408
Orijinal Dil:Farsça
Dil:Azerbaycanca
ISBN:9789952508932
Okuma Süresi:11 sa. 34 dk.
Türler:Araştırma-İnceleme, Din (İslam)

Teizm Seminarları'dan En Beğenilen Alıntılar

“...yaradılışda fərqlilik vardır, ayrı-seçkilik isə yoxdur”.

📖 Sayfa 379 · Teizm Seminarları, Murtaza Mutahhari

"Sonlar başlanğıclara qayıtmaqdan başqa bir şey deyildir."

📖 Sayfa 76 · Teizm Seminarları, Murtaza Mutahhari

Aləmdə müəyyən bir istiqamətdə hərəkət edən hər bir şeyin hədəfi var və əgər o, hərəkət etdiyi yolda nəyin olduğunu bilsə, bu, artıq təsadüf deyil. İndi əgər qəbul etsək ki, elmimiz və məlumatımız məhdud olduğu cəhətdən təsadüf hesab etdiyimiz bu hadisələrin baş verdiyi bu aləm özündən yüksəkdə olan şüurlu bir qüvvənin iradəsi altındadır, onu həmin qüvvə hərəkət etdirir və həmin qüvvə bu yolların bütün incəliklərindən xəbərdardır, artıq onun üçün aləmdə heç bir şey təsadüf olmayacaq.

📖 Sayfa 111 · Teizm Seminarları, Murtaza Mutahhari

Cüzlərin son arzusu, daim küllə tərəfdir,
Bülbüllərinsə eşqi, qızılgülə tərəfdir.
Dəryadan gələn sular bir də dəryaya axar,
Haradan gəlmişdirsə, elə oraya axar.
İti axan sellər dağlar başından,
Bizim ruhumuzsa bədənimizdən.

{Cəlaləddin Rumi}

📖 Sayfa 76 · Teizm Seminarları, Murtaza Mutahhari

Mağaradakılar bu kölgələri görürlər və əvvəldən bu kölgələrin sahiblərini görmədikləri üçün kölgələri əsl həqiqət sanırlar

Teizm Seminarları, Murtaza Mutahhari

İnsan öz varlığını hər şeydən öncə dərk edir və öz varlığını dəlil vasitəsilə dərk edə bilməz. (Ruh özünü vasitəsiz idrakla dərk edir)

İbn Sina

📖 Sayfa 263 · Teizm Seminarları, Murtaza Mutahhari

“Deməli, materialistlər də deyir ki, aləmə zərurət hakimdir, biz də deyirik ki, aləmə zərurət hakimdir. Amma onlar deyir ki, hər bir şey vasitəli zəruridir. Biz isə deyirik, bu vasitəli zərurilər zatən zəruri olan bir varlığa gedib çıxır”.

📖 Sayfa 246 · Teizm Seminarları, Murtaza Mutahhari

“Sonlar başlanğıclara qayıtmaqdan başqa bir şey deyildir.”

Deməli, Allah bütün başlanğıcların başlanğıcı olduğu üçün həm də bütün sonların sonudur.

Teizm Seminarları, Murtaza Mutahhari

«Görəsən, biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar hücumundan narahat olaraq təəssüflənməliyikmi? Mənim fikrimcə, bu barədə nigaran olmağa heç bir əsas yoxdur. Şübhə yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir.»

📖 Sayfa 19 · Teizm Seminarları, Murtaza Mutahhari

Semavi dinde cevapsız kalan sorular yoktur. Cevapsız kalan soruların, İslamın yanlış tanınmasının sebebi özellikle bu dinin muhafızı olduklarını iddia eden sorumsuz kişilerdir.

📖 Sayfa 19 · Teizm Seminarları, Murtaza Mutahhari

Təcrübələr fərziyyələr yaratmır, əksinə fərziyyələr təcrübələri öz ardı ilə çəkib gətirir.

📖 Sayfa 174 · Teizm Seminarları, Murtaza Mutahhari

“Əgər bir varlığın xeyri şərindən çoxdursa, yaradılmalıdır, əgər yaradılmasa, bunun özü şərdir”.

📖 Sayfa 383 · Teizm Seminarları, Murtaza Mutahhari

“Maddi aləmdə mütləq xeyir yoxdur, mütləq şər isə heç yerdə yoxdur”.

📖 Sayfa 341 · Teizm Seminarları, Murtaza Mutahhari

Təfəkkürün tərifi: Təfəkkür məchulu kəşf etmək üçün bir neçə məlumu əlaqələndirməkdən ibarətdir.

📖 Sayfa 171 · Teizm Seminarları, Murtaza Mutahhari

“Biz də yəqindən başqa bir şey istəmirik və sübuta lüzum yoxdur”.

📖 Sayfa 99 · Teizm Seminarları, Murtaza Mutahhari

O, işıqlı Günəşdir, nadanlar isə Onu
Şam işığı ilə səhralarda axtarır

M. Şəbüstəri

📖 Sayfa 255 · Teizm Seminarları, Murtaza Mutahhari

Xeyrin sonda xeyir olması, şərin də sonda şər olması sizin ondan necə istifadə etməyinizə, onunla necə davranmağınıza bağlıdır.
______________
Biz sizləri həm şərlər ilə, həm də xeyirlər və nemətlərlə imtahan edəcəyik (21-35)

📖 Sayfa 388 · Teizm Seminarları, Murtaza Mutahhari

“Arzularımızın çoxunun mənşəyi təbiət deyil. Əgər bizdə yemək meyli varsa, maddə aləmdə mövcud olan yemək bizdəki bu meyli yaradır. Amma bir sıra öbür meyillər də vardır ki, onların mənşəyi maddiyyatdan yüksəkdə dayanan həqiqətlərdir.”

Uliyam Ceyms

Teizm Seminarları, Murtaza Mutahhari

Filosofların və Teoloqların din barədə bəyanları bir dildən başqa dilə tərcümə olunmuş kitaba bənzəyir.Uilyam Ceyms

📖 Sayfa 51 · Teizm Seminarları, Murtaza Mutahhari

Əgər biz buradan, işıq sürəti ilə hərəkət edən kosmik bir gəmi ilə fəzada bir milyard il yol getsək, Allaha olan nisbətimiz dayandığımız bu nöqtənin Allaha olan nisbəti ilə eyni olacaq. “Hansə tərəfə üz tutsanız, Allah ordadır” (Ənam surəsi, 3) ayəsinin mənası budur.

Teizm Seminarları, Murtaza Mutahhari

İnsanın ruhu, qəlbi elə yaradılmışdır ki, Allahı xatırlamaqdan başqa heç bir şey ona aramlıq bəxş edə bilməz.

Bu isə o deməkdir ki, insanın özünün də xəbəri olmadan can atdığı əsl amal yalnız Allahdır və buna görə də İnsan başqa hər hansı bir şey çatdıqda çox çəkmir ki, ona qarşı hərarət və eşq soyuyur.

Teizm Seminarları, Murtaza Mutahhari

“İnsan özünü müəyyən bir həqiqətə bağlı bilir və ‘mən’ adlı zindandan çıxıb, həmin həqiqətə yaxınlaşmaq, onu təqdis etmək, ona tərəf hərəkət etmək istəyir”.

📖 Sayfa 49 · Teizm Seminarları, Murtaza Mutahhari

...Hər hansı bir yerdə görsəniz ki, işin öz-özünə baş verməsi üçün onun maddi quruluşu kifayət deyil, bilin ki, orda hidayət prinsipi rol oynayır.

📖 Sayfa 146 · Teizm Seminarları, Murtaza Mutahhari

hərəkət varsa, bir hərəkətverici də var

Teizm Seminarları, Murtaza Mutahhari

“Səadət insanın öz arzularına çatmasıdırmı, yaxud mövcud vəziyyətdən razı qalmasıdırmı?”

📖 Sayfa 364 · Teizm Seminarları, Murtaza Mutahhari

Aristotel demişdir ki, hər bir hərəkətin hərəkətvericiyə ehtiyacı var; çünki “hadis”dir və səbəbsiz ola bilməz.

📖 Sayfa 238 · Teizm Seminarları, Murtaza Mutahhari

Bəzən müəyyən bir mövcudun varlığı haqda bəhs edirik, amma o, başqa varlıqlarla bir sırada deyil və onlardan biri deyil; əgər mövcuddursa, bütün varlıqlarla birgədir və bütün varlıqlardadır, yox, əgər mövcud deyilsə, heç bir yerdə mövcud deyil. Məsələn: Zamanı aləmin müəyyən bir hissəsi olaraq ələmin digər komponentləri ilə bir sırada hesab edib, onu mikroskopla, yaxud teleskopla və ya laboratoriyada təcrübə aparmaqla axtarmaq istəyən şəxs əbədi olaraq axtarsa da, tapa bilməyəcək, sonda da yorulub zaman yoxdur deyərək zamanı inkar edəcək.

📖 Sayfa 30 · Teizm Seminarları, Murtaza Mutahhari

"Ədalət" bərabərlik demək deyil. Ədalətin mənası budur ki, hər bir mövcudun haqqı nədirsə və nəyə malik ola bilərsə, ona versinlər.

📖 Sayfa 361 · Teizm Seminarları, Murtaza Mutahhari

“Biz nə zaman təkallahlı ola bilərik? Şüurlu Allaha etiqad bəslədiyimiz zaman”.

📖 Sayfa 258 · Teizm Seminarları, Murtaza Mutahhari

Şübhə yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir

Teizm Seminarları, Murtaza Mutahhari

“Zamanın sonlu, yaxud sonsuz olmasının Allah haqqında müzakirəyə təsiri yoxdur”.

📖 Sayfa 42 · Teizm Seminarları, Murtaza Mutahhari

İnsan bu dünyada müəyyən şeyə çatdıqdan sonra doyur ki, həmin şey insanın həqiqi arzusu və əsl istəyi deyildir. Bu səbəbdən də insanı sirab edə bilmir. Amma insan qəlbinin həqiqi istəyinə çatsa, ondan bezməsi qeyri-mümkündür.

📖 Sayfa 377 · Teizm Seminarları, Murtaza Mutahhari

Bədən sədəfinə birləşərək can,
Dirlik suyundan yarandı insan.
Gövhər yetişəndə sədəf də sındı,
Soltanın yanında özünə yer saldı.

Baba Əfzəl

📖 Sayfa 359 · Teizm Seminarları, Murtaza Mutahhari

Hər bir səbəb hətta şüursuz olsa belə bir hədəfə doğru hərəket edir.

📖 Sayfa 108 · Teizm Seminarları, Murtaza Mutahhari

Nəticə Səbəbin varlığına dəlalət etdiyi kimi, onun xüsusiyyətlərinədə dəlalət edir.

📖 Sayfa 112 · Teizm Seminarları, Murtaza Mutahhari

Fərid Vəcdi Ensiklopediyada Renandan belə nəql edir:
"Ola bilər ki, bir gün sevdiyim şəxslər məhv olub getsin, mənim üçün həyatın ən ləzzətli və ən gözəl nemətləri yox olub getsin, həmçinin ola bilər ki, ağılın, elmin və incəsənətin azad şəkildə istifadəsi mənasız olsun. Amma dinə olan istəyin məhv olması qeyri-mümkündür, əksinə, daim qalacaq və vücudumdakı maddiyyatın batilliyinə doğru şahid olacaq".

📖 Sayfa 53 · Teizm Seminarları, Murtaza Mutahhari

Keçmiş hadisələrin nəticəsi, əvvəlki cərəyanın bir başa nəticəsi deyil.

📖 Sayfa 172 · Teizm Seminarları, Murtaza Mutahhari

“Bəqərə” surəsində buyurulur:

“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər”.

📖 Sayfa 384 · Teizm Seminarları, Murtaza Mutahhari

“..Ona görə insan bu dünyada müəyyən şeyə çatdıqdan sonra ondan doyur ki, həmin şey insanın həqiqi arzusu və əsl istəyi deyildir. Bu səbəbdən də insanı sirab edə bilmir.

Amma insan qəlbinin həqiqi istəyinə çatsa, ondan bezməsi qeyri-mümkündür”

📖 Sayfa 373 · Teizm Seminarları, Murtaza Mutahhari

İnsan nə qədər dahi olsa da, məhduddur.

📖 Sayfa 70 · Teizm Seminarları, Murtaza Mutahhari

Sıkça Sorulan Sorular

Teizm Seminarları kimin eseridir?

Teizm Seminarları, Murtaza Mutahhari tarafından yazılmıştır.

Teizm Seminarları kaç sayfadır?

Teizm Seminarları, 408 sayfadır (Parlaq İmzalar Nəşriyyatı baskısı).

Teizm Seminarları'nın en ünlü sözü nedir?

““...yaradılışda fərqlilik vardır, ayrı-seçkilik isə yoxdur”.”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Teizm Seminarları — Murtaza Mutahhari. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4