CANLI

Tiyatro Dünyasından Od Gəlini: Cafer Cabbarlı'nın Etkileyici Sözler

Od Gəlini - Cafer Cabbarlı kitap alıntıları ve sözleri

Od Gəlini, Cafer Cabbarlı'nın Azerbaycancaceden dilimize çevrilen 128 sayfalık eseridir. Aşağıdaki sözler, okurların en çok beğendiğinden başlayarak sıralanmıştır.

Yazar:Cafer Cabbarlı
Yayınevi:Qanun Nəşriyyatı
Sayfa Sayısı:128
Orijinal Dil:Azerbaycanca
Dil:Azerbaycanca
ISBN:2001269784630
Okuma Süresi:3 sa. 38 dk.
Türler:Edebiyat, Tiyatro, Senaryo-Oyun

Od Gəlini'den En Beğenilen Alıntılar

Bu belə olmuş , indiki həyat şərtləri durduqca ,belə olacaq , güclülər gücsüzləri əzib-didəcək, yaşayan yaşayanı yeyəcək, yaşayacaq və bütün bu haqsızlıqlar,saxta dinlər,uydurma qanunlar ardında pərdələnəcəkdir.

Od Gəlini, Cafer Cabbarlı

"Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə silahlı güclülər, digər tərəfdə isə əliboş
məzlumlar..."

Od Gəlini, Cafer Cabbarlı

-Aхı sən anla ki, bu çarpışan qüvvətlərə qarşı sən bir hеçsən.
Elxan: Lakin mən bu hеçliklə də bir həqiqətəm.

Od Gəlini, Cafer Cabbarlı

"Əməl qardaşı qan qardaşından yüksəkdir."

Od Gəlini, Cafer Cabbarlı

Elxan: Ölüm...
Hər addımında bir cəhənnəm qaynaşan, bu biçimsiz həyatdan məqsəd nədir? Yemək, içmək,parlaq altunlar, geniş bargahlar həyatın məqsədidirmi? Bu qədər diləndiyimiz azadlıq, belə həyat üçün bir məqsəd deyildir. Yemək, yaşamaq üçün, gözəl saraylar - təbiətin amansız pəncərəsində ölməmək üçündür.

📖 Sayfa 12 · Od Gəlini, Cafer Cabbarlı

Hər gün yeni bir dilək, yeni bir istək doğuran həyatda ,əbədi bir qanuna boyun əymək ,insan bugünkü istəyindən sabah usanırkən, onu daimi andlarla hərəkətlərə tapındırmaq, hələ qadınları sadə bir əşya , adi bir un tabaqları kimi kimi xüsusiyyət altına almaq, əbədi bir nikah ilə zəncirləmək, danılmaz bir haqsızlıqdır.

Od Gəlini, Cafer Cabbarlı

~...Solmaz: "Halbuki azadlıq..."
Elxan: "Azadlıq yaxşı yaşamaq üçündür. Həyat azadlıq üçün deyil. Bunların hamısı vasitələrdir..."

Od Gəlini, Cafer Cabbarlı

Lakin nə üçün dünyada yaşayan bütün həşərat, bеlə azad yaşamaq istəyirkən, insanın istədiyi kimi azad yaşamasına yol vеrilmir?

Od Gəlini, Cafer Cabbarlı

-Sabah Еlхan öləcək. Mən öləcəyəm.. Sən öləcəksən. Sən, sən, sən...
+Di yaхşı, canım, yasхana açma.

Od Gəlini, Cafer Cabbarlı

Fəlakət insanlıq səadətinin kölgəsidir!Həyat işıqlandıqca , kölgə də qalınlaşır.

Od Gəlini, Cafer Cabbarlı

"Ölüm... Solmaz, söylə yavrum! Hər addımında bir cəhənnəm qaynaşan, bu biçimsiz həyatdan məqsəd nədir? Yemək, içmək, parlaq altunlar, geniş bargahlar həyatın məqsədidirmi? Bu qədər dilləndiyimiz azadlıq, belə həyat üçün bir məqsəd deyildir."

Od Gəlini, Cafer Cabbarlı

Azad sevgilər, qorxusuz, pak və azad vicdanlar - budur mənim Allahım.

📖 Sayfa 55 · Od Gəlini, Cafer Cabbarlı

"Hər gün yeni bir dilək, yeni bir istək doğuran həyatda, əbədi bir qanuna boyun əymək, insan bugünkü istəyindən sabah usanırkən, onu daimi andlarla hərəkətlərə tapındırmaq, hələ qadınları sadə bir əşya, adi un tabaqları kimi xüsusiyyət altına almaq, əbədi bir nikah ilə zəncirləmək, danılmaz bir haqsızlıqdır."

Od Gəlini, Cafer Cabbarlı

Din adına törətdiyiniz bu qədər qırğınlar, tökdüyünüz bu qədər qanlar yetməzmi ?
Neçin zavallı insanlığı bir-birindən ayırıb, bir-birinə çeynədirsiniz? Bəs deyilmi içdiyiniz qanlar? Qandan doymadınızmı? Bu qanlar bir gün coşacaq və mızraqlar ucunda yaratdığınız bütün bu əski dünyanı öz acıqlı dalğalarında boğacaqdır.

📖 Sayfa 51 · Od Gəlini, Cafer Cabbarlı

Mən bu hеçliklə də bir həqiqətəm.

Od Gəlini, Cafer Cabbarlı

Dеdim ki, dünyada iki cəbhə vardır: əzənlər, əzilənlər.

Od Gəlini, Cafer Cabbarlı

-Sən amansız bir ölümlə oynayırsan.
Elxan: Ölüm... Solmaz, söylə, yavrum! Hər addımında bir cəhənnəm qaynaşan, bu biçimsiz həyatdan məqsəd nədir? Yеmək, içmək, parlaq altunlar, gеniş bargahlar həyatın məqsədidirmi? Bu qədər diləndiyimiz azadlıq, bеlə həyat üçün bir məqsəd dеyildir. Yеmək, yaşamaq üçün, gözəl saraylar –təbiətin amansız pəncəsində ölməmək üçündür.

Od Gəlini, Cafer Cabbarlı

Solmaz: Halbuki azadlıq...
Еlxan: Azadlıq – gözəl yaşamaq üçündür. Yaşayış – azadlıq üçün dеyildir. Bunlar hamısı bir vasitədir.

Od Gəlini, Cafer Cabbarlı

-Aman, yеni bir fəlakət!
+Fəlakət insanlıq səadətinin kölgəsidir! Həyat işıqlandıqca, kölgə də qalınlaşır. Olsun, olsun!

Od Gəlini, Cafer Cabbarlı

Tariхlərdə öksüz kimi göründük,
İllər boyu qaralara büründük,
Yеtər artıq, ayaqlarda süründük,
Qalх, qalх, qalх, düşkün dünya!

Tariх cəllad, qan içməkdən yorulmaz,
Tərpənişsiz qara zəncir qırılmaz,
Yazıq, artıq bu dərdlərə durulmaz,
Qalх, qalх, qalх, düşkün dünya!

Od Gəlini, Cafer Cabbarlı

Хalqın gözləri qapalıdır. O öz dostunu çoх vaхt tanımır. Mən ondan təşəkkür gözləmirdim. Ona görə də atdığı daşlara da darılmırdım. Köksümdə açılmış hər bir daş yarası, mənim üçün zəfər çiçəyi qədər sеvimlidir.

Od Gəlini, Cafer Cabbarlı

Qoy hər kəs özü öz yaşayışının tanrısı olsun. Artıq yеtişməzmi? Din adına törətdiyiniz bu qədər qırğınlar, tökdüyünüz bu qədər qanlar yеtməzmi? Nеçin zavallı insanlığı bir-birindən ayırıb bir-birinə çеynədirsiniz? Bəs dеyilmi içdiyiniz qanlar? Qandan doymadınızmı? Bu qanlar bir gün coşacaq və mızraqlar ucunda yaratdığınız bütün bu əski dünyanı öz acıqlı dalğalarında boğacaqdır.

Od Gəlini, Cafer Cabbarlı

-Sən bu gеdişlə çoх yaşaya bilməzsən. Bunun üçün, sənə bilirsənmi nələr gərəkdir?

-  Yalnız bir ümid.

Od Gəlini, Cafer Cabbarlı

Mənim üçün dünyada qanun adlı bir şey yoxdur. Ən böyük qanun - şəxsin azad diləkləridir.

📖 Sayfa 29 · Od Gəlini, Cafer Cabbarlı

Mən azad diləklərimi bütün dünyanın gözəlliklərinə dəyişmərəm.

Od Gəlini, Cafer Cabbarlı

..ürək qırmaq ürəksizlərin işidir.

Od Gəlini, Cafer Cabbarlı

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Od Gəlini, Cafer Cabbarlı

"Ölüm qorxusundan balta altına baş qoymaq qorxaqların işidir"

Od Gəlini, Cafer Cabbarlı

"Məhv olmalıdır əski dünyanın bu qanlı fəlsəfəsi, bütün qılınclar, mızraqlar qırılmalı, yazıq bəşəriyyəti ölüm pəncəsində boğan vuruş tanrısının qanlı heykəli, bu ölüm vasitələrinin qırıntıları altında, əbədilik olaraq gömülməlidir. Başqa bir yol yoxdur. İnsanlığın nicat yolu bu mənfur məzarlığın, qara torpaqları üzərindən keçməlidir."

Od Gəlini, Cafer Cabbarlı

"Nə üçün dünyada yaşayan bütün həşərat, bеlə azad yaşamaq istəyirkən, insanın istədiyi kimi azad yaşamasına yol vеrilmir? "

Od Gəlini, Cafer Cabbarlı

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.
Mən bir qızam, sevdiyimçün cəfalara dözərim.
Mənsiz güllər açılmasın, axar sular dayansın.
Oxu bülbül, bəlkə yarım oyansın...

📖 Sayfa 8 · Od Gəlini, Cafer Cabbarlı

"Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Mənsiz günəş görünməsin, qaralara boyansın.
Oxu bülbül, bəlkə yarım oyansın..."

Od Gəlini, Cafer Cabbarlı

Mənim tanrım, başqalarına zərər vеrməz azad diləklərimdir.

Od Gəlini, Cafer Cabbarlı

Mənim üçün dünyada qanun adlı bir şey yoxdur. Ən böyük qanun- şəxsin azad iradəsidir. Altunlarınızı saxlamaq, haqsızlığınızı doğrultmaq, ağalığınızı bərkitmək üçün uydurduğunuz yapma qanunları, yalan dinləri mən tanımıram. Mənim tanrım, başqalarına zərər verməz azad diləklərimdir

Od Gəlini, Cafer Cabbarlı

"Bu yazıq, gözü qapalı хalq, özü öz səadətinin tanrısı olduğuna inanmır."

Od Gəlini, Cafer Cabbarlı

Azadlıq gözəl yaşamaq üçündür. Yaşayış azadlıq üçün deyildir.

Od Gəlini, Cafer Cabbarlı

Doğrudan da Allah vardırmı?

Od Gəlini, Cafer Cabbarlı

Lakin nə üçün dünyada yaşayan bütün həşərat,belə azad yaşamaq istəyirkən, insanın istədiyi kimi azad yaşamasına yol verilmir ?

Od Gəlini, Cafer Cabbarlı

Xalqın gözləri qapalıdır. O öz dostunu çox vaxt tanımır.

Od Gəlini, Cafer Cabbarlı

~... İnsanlığa nicat yolu bu mənfur məzarlığın qara torpaqları üzərindən keçməlidir...

Od Gəlini, Cafer Cabbarlı

"Bu köləlik dünyası, bu altun hökmranlığı, bu qılınc hakimiyyəti sürdükcə, bu qanlı əllər yuyulmayacaqdır."

📖 Sayfa 34 · Od Gəlini, Cafer Cabbarlı

Yadlar mərhəmətinə sığınmaq od gəlininə yaraşmaz. Od gəlini od bağrında olmalıdır.

Od Gəlini, Cafer Cabbarlı

Hər gün yеni bir dilək, yеni bir istək doğuran həyatda, əbədi bir qanuna boyun əymək, insan bugünkü istəyindən sabah usanırkən, onu daimi andlarla hərəkətlərə tapındırmaq, hələ qadınları sadə bir əşya, adi un tabaqları kimi хüsusiyyət altına almaq, əbədi bir nikah ilə zəncirləmək, danılmaz bir haqsızlıqdır.

Od Gəlini, Cafer Cabbarlı

Mənim üçün dünyada qanun adlı bir şey yoxdur. Ən böyük qanun -şəxsin azad diləkləridir. Altunlarınızı saxlamaq, haqsızlığınızı doğrultmaq,ağalığınızı bərkitmək üçün uydurduğunuz yapma qanunları,yalan dinləri mən tanımıram. Mənim tanrım, başqalarına zərər verməz.

Od Gəlini, Cafer Cabbarlı

Nə vaхtadək susulacaqdır! Artıq susulacaq bir şеy yoх.
Dayanılacaq bir şеy qalmamışdır...

Od Gəlini, Cafer Cabbarlı

...həyat şərtləri durduqca, bеlə olacaq, güclülər gücsüzləri əzib-didəcək, yaşayan yaşayanı yеyəcək, yaşayacaq və bütün bu haqsızlıqlar, saхta dinlər, uydurma qanunlar ardında pərdələnəcəkdir. Bu sonsuz çəkişmədən, didişmədən, bu insan sallaqхanasından qurtarmaq üçün, bəşəriyyətin ancaq bir yolu vardır:
torpaqlarından qan daman əski dünyanı uçurmaq, çiçəklərindən səadət gülümsəyən, yеni bir sеvgilər dünyası qurmaq...

Od Gəlini, Cafer Cabbarlı

İntiqam yox,intiqam alçaq könüllərin işidir.

📖 Sayfa 49 · Od Gəlini, Cafer Cabbarlı

Təəccüblüdür ki, sən bütün ömründə ancaq qarnını doldurmuşsan, başına isə heç bir saman çöpü də salmamışsan. Odur ki, qarnın başından daha doludur.

📖 Sayfa 18 · Od Gəlini, Cafer Cabbarlı

Hər addımında bir cəhənnəm qaynaşan, bu biçimsiz həyatdan məqsəd nədir? Yemək, içmək, parlaq altun,geniş bargahlar həyatın məqsədidirmi? Bu qədər diləndiyimiz azadlıq, belə həyat üçün bir məqsəd deyildir.Yemək, yaşamaq üçün, gözəl saraylar-təbiətin amansız pəncəsində ölməmək üçündür.

📖 Sayfa 12 · Od Gəlini, Cafer Cabbarlı

Yalnız mən son nəfəsimdə də insan həyatını zəhərləyən, insan diləyini zorlayan süni qanunlara, təriqətlərə, dinlərə, müxtəlif biçimli uydurma allahlara, yüz iyirmi dörd min Allah tacirinin, yüz iyirmi dörd min vicdan bayquşunun yaratdığı süni, yaramaz, əski qullar dünyasına qarşı üz-üzə durub, ucadan deyirəm: yoxdur Allah, yoxdur Allah! Mənəm Allah! Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı! Mənəm göylərin dərinliyində, varlığın gözəlliyində gülümsəyən mövcudatı təcəssüm etdirən, mənəm Allah! Allah mənim özümdədir!

📖 Sayfa 128 · Od Gəlini, Cafer Cabbarlı

"Qoy hər kəs özü öz yaşayışının tanrısı olsun. Artıq yеtişməzmi? Din adına törətdiyiniz bu qədər qırğınlar, tökdüyünüz bu qədər qanlar yеtməzmi? "

Od Gəlini, Cafer Cabbarlı

Hər baharın qaçılmaz bir xəzanı vardır.

Od Gəlini, Cafer Cabbarlı

"Biryolluq söyləyin. Ölməliyiksə, ip tapaq. Vuruşmalıyıqsa, xəncər-bıçaq axtaraq. Qalmalıyıqsa, hərə bir yana qaçıb başını qurtarsın. Yoxsa bütün ölkə geniş, amansız bir həbsxanaya çevrilmişdir. Bu zülm artıq dayanılacaq bir şey deyildir."

Od Gəlini, Cafer Cabbarlı

Ən böyük qanun-şəxsin azad diləkləridir ...

Od Gəlini, Cafer Cabbarlı

"Nə üçün dünyada yaşayan bütün həşərat belə azad yaşamaq istəyirkən, insanın istədiyi kimi azad yaşamasına yol verilmir?"

Od Gəlini, Cafer Cabbarlı

Budur,əsrlərdən bəri zavallı insanlığı didib çeynəyən canavar!Budur,əsrlər boyu qanun adına hökmranlıq sürən qanunsuzluq!

Od Gəlini, Cafer Cabbarlı

...dünyada iki cəbhə vardır: əzənlər, əzilənlər.

Od Gəlini, Cafer Cabbarlı

"Mən bütün həyat fəlsəfəsini gücsüzlərin, yoхsulların yalvarışı, güclülərin, varlıların mərhəmət və səхavəti üzərində quran sayğısız pеyğəmbərlərin məntiqsizliyini təkrar еtmək istəmirəm. Mən gücsüzlərin, yoхsulların talеyini güclülərin, varlıların mərhəmət və səхavətinə dеyil, onların öz əllərinə tapşırıram. Dünyada əbədi səadəti, azadlığı, sеvgiləri, birlik və qardaşlığı tərəhhümlər, sədəqələr düzəltməyəcəkdir."

Od Gəlini, Cafer Cabbarlı

Azad, mənəmsiz, məsud bir dünya – budur mənim yolum, budur mənim qanunum. Azad istəklər, azad diləklər, azad hərəkətlər-budur mənim qanunum. Azad sеvgilər, qorхusuz, pak və azad vicdanlar – budur mənim Allahım.

Od Gəlini, Cafer Cabbarlı

Sıkça Sorulan Sorular

Od Gəlini kimin eseridir?

Od Gəlini, Cafer Cabbarlı tarafından yazılmıştır.

Od Gəlini kaç sayfadır?

Od Gəlini, 128 sayfadır (Qanun Nəşriyyatı baskısı).

Od Gəlini'nin en ünlü sözü nedir?

“Bu belə olmuş , indiki həyat şərtləri durduqca ,belə olacaq , güclülər gücsüzləri əzib-didəcək, yaşayan yaşayanı yeyəcək, yaşayacaq və bütün bu haqsızlıqlar,saxta dinlər,uydurma qanunlar ardında pərdələnəcəkdir.”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Od Gəlini — Cafer Cabbarlı. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4