CANLI

Qarlı Aşırım'ı Okuyanların Aklında Kalan Seçme Sözler — Fərman Kərimzadə

Qarlı Aşırım - Fərman Kərimzadə kitap alıntıları ve sözleri

Qarlı Aşırım adlı eser, Fərman Kərimzadə tarafından yazılmıştır ve ilk kez 2016'da okurlarla buluşmuştur. Qarlı Aşırım'ı okuyanların en çok beğendiği sözler burada bir araya geldi.

Yazar:Fərman Kərimzadə
İlk Yayın:2016
Yayınevi:Bakı Kitab Klubu Nəşriyyatı
Sayfa Sayısı:400
Dil:Azerbaycanca
ISBN:2001376000005
Okuma Süresi:11 sa. 20 dk.
Türler:Edebiyat, Roman, Tarih

Qarlı Aşırım'dan En Beğenilen Alıntılar

Düşmən etibarı qazanmaq hər kişiyə qismət olmur.

Qarlı Aşırım, Fərman Kərimzadə

Bir abid vardı. Ömründə qadın tayfasını beş ağaclıqdan yaxına buraxmamışdı. Bir gün gözəl bir qız gəlib çıxır bunun xanimanına. O yana, bu yana, abid yolundan azır. Qız atılıb düşür, deyir bəs mən şeytanın qızıyam. Səni yoldan çıxartdım. Abid çox fikirləşir, görür ki, iş-işdən keçib, cavabını verir. Nə desə yaxşıdır? Deyir mən allahın dostuna yox, düşməninə sataşmışam, buna görə də savab qazanmışam.

Qarlı Aşırım, Fərman Kərimzadə

– Aşıq şadlığa gedər, sazla yas yerinə getməzlər.

Qarlı Aşırım, Fərman Kərimzadə

Mən hamıya yaxşı ola bilmərəm, hamı da mənə.

Qarlı Aşırım, Fərman Kərimzadə

At da arvad kimidi: uzaqdan papağını görsə, kişisənsə iyini alacaq, səni yadından çıxartmayacaq.

Qarlı Aşırım, Fərman Kərimzadə

İnsan əyri yola düşə bilər. Onu başa salmaq, düz yola qaytarmaq lazımdır. Birdən-birə qılıncı boynuna qoymağa nə var ki...

Qarlı Aşırım, Fərman Kərimzadə

Hər nəyəm, başımın ki üstündə allahım var. Müsəlmanı müsəlman kimi öldürərlər. Adamda qeyrət yaxşı şeydi.

Qarlı Aşırım, Fərman Kərimzadə

— Biz bilmirdik ki, kişiləri qoyub arvadları axtarırsan, Qəmlo! Kişinin heyfini arvaddan çıxmazlar. Bu biqeyrətlikdi, binamusluqdu.

Qarlı Aşırım, Fərman Kərimzadə

Kişi kişinin namusuna toxunmaz, İman!

📖 Sayfa 37 · Qarlı Aşırım, Fərman Kərimzadə

Amma insan qəribədi, nəslini davam elətdirmək üçün düşmənin qapısına gedir, ona ağız açır.

Qarlı Aşırım, Fərman Kərimzadə

Canavar balasını saxlayıb qoyun südü ilə bəsləmək, ona quzu xasiyyətini verməyə çalışmaq əbəsdir. Canavardı, böyüyəndə südünü əmdiyi qoyunu parçalayacaq.

Qarlı Aşırım, Fərman Kərimzadə

Göydə cüt ulduz axdı,
Günün günorta vaxtı,
Düşmənin gözü çıxsın,
Döşünə lalə taxdı.

Qarlı Aşırım, Fərman Kərimzadə

İnsan çörəyi ayaqlaya bilir, bunu bacarır. Heyvanlar isə hələ öyrənməyiblər.

Qarlı Aşırım, Fərman Kərimzadə

İlk dəfə gözümüz biri-birimizi tutdu, ayrılmadıq.

Qarlı Aşırım, Fərman Kərimzadə

Elə ki, ürəkdə ürəkdən böyük bir ağrı olur. O ürəyi çıxarıb özü onun yerinə girir, bu ağlamaq kişi ağlamağıdı. Onun ağrısı heç vaxt keçmir. Üstündən otuz-qırx il ötəndən sonra, qocalıqda yada düşəndə bax, onda gözdən yaş çıxır. Çünki ürək o ürək deyil. Möhkəmliyini, təpərini itirib, kövrəklik yaranıb, kövrəklik isə gözlə, onun yaşı ilə bağlı olur. Yaş axan kimi kövrəklik əriyir, buz kimi suya çevrilir, gilə-gilə axıb gedir. Altından ot da bitər, çəmən çiçəkləri də.

Qarlı Aşırım, Fərman Kərimzadə

Adamlar necə üzüdönük çıxırmış.

Qarlı Aşırım, Fərman Kərimzadə

Ağ dağlar çən geyindi,
Gen biçdi, gen geyindi.
İgid paltar tapmadı,
Qardan kəfən geyindi.

Göz qaldı kəhərində,
Tövründə, təhərində,
Özünə yer tapmayıb
Yatıbsan yəhərində?

Qarlı Aşırım, Fərman Kərimzadə

Görəsən, qəbiristanlıq üzü görəcəyikmi, ilahi? Sakitcə öləm, qohum-əqraba yığılıb çiyinlərində aparalar qəbiristanlığa. Bu dünyada sənin də üstündə bir yazı qala. Bilirlər ki, belə bir adam varmış.

Qarlı Aşırım, Fərman Kərimzadə

Yoxsa hörmət də insan ömrü kimidir. Əgər hörmət də adamla bərabər ölürsə, bu, bədbəxtlikdir!

Qarlı Aşırım, Fərman Kərimzadə

- Papağını bir də qabağına qoy fikirləş. Bu işin necə qurtaracağını yaxşı bilirsən. Qoşunun yox, cəbbəxanan yox...
- Qeyrətimiz, namusumuz var, bəy, dözərik!
- Çox namus-namus deyirsən, ancaq fikirləşmirsən.

Qarlı Aşırım, Fərman Kərimzadə

Şaxtalar vurdu bağı,
İldırım yardı dağı,
Təki dünya dağılsın
Olmasın qardaş dağı...

Qarlı Aşırım, Fərman Kərimzadə

— Abbasqulu bəyin nazı ilə çox oynayırıq.

Qarlı Aşırım, Fərman Kərimzadə

Abbasqulu bəy haqqında o vaxt eşitmişdi:
"- Abbasqulu bəy gələn yerdə qan bağlanar".

Qarlı Aşırım, Fərman Kərimzadə

Ümid də belədir. Gərək sönüb getməyə qoymayasan, özün onu alışdırasan.

Qarlı Aşırım, Fərman Kərimzadə

İnsan – qanadsız quşdu; göz açıb yumana qədər yoxa çıxır.

Qarlı Aşırım, Fərman Kərimzadə

İnsan belədi. Əlinə ixtiyar keçən kimi qudurur, başlayır pirinə təpik atmağa.

Qarlı Aşırım, Fərman Kərimzadə

Necə böyük nüfuzlu adam həlak olursa-olsun, həyat davam eləyir, hərə özünü düşünür, ən kiçik işdən belə keçmək, xırdalıqlardan qurtarmaq istəmir. İnsanlar yaşayır, həyat davam eləyir...

Qarlı Aşırım, Fərman Kərimzadə

Əvvəl ürək də yumşaq olur, çətinliyə rast gələndən sonra bərkiyir.

Qarlı Aşırım, Fərman Kərimzadə

Ancaq insan belədi ki, öləndə də özünə rahat, sakit yer axtarır.

Qarlı Aşırım, Fərman Kərimzadə

— A başına dönüm, nə qədər dəmir qapılı olsan, yenə də taxta qapılıya işin düşəcək.

Qarlı Aşırım, Fərman Kərimzadə

— Düşmən də olsan, gərək mərdliyini itirməyəsən.

Qarlı Aşırım, Fərman Kərimzadə

– Od həmişə köz kimi qalmır, soyuyur, kül olur.

Qarlı Aşırım, Fərman Kərimzadə

...fikirləşdi ki, elə hər şey belədir. Əvvəl ürək də yumşaq olur, çətinliyə rast gələndən sonra bərkiyir.

Qarlı Aşırım, Fərman Kərimzadə

Axşamın xeyrindən, səhərin şəri yaxşıdı.

Qarlı Aşırım, Fərman Kərimzadə

Onların arasında çox ağır bir söhbət gedirdi. Ağırlıq təkcə sözlərdə deyil, bütün keçdikləri yol, gördükləri dünya yada düşürdü. Yollar birləşirdi, ayrılırdı, çarpazlaşırdı, dolaşırdı, boş gedirdi, hərəsi dağın bir tərəfindən keçirdi. Bu söhbət onları yollara qaytarmışdı. Hərəsi öz atını sürüb gedirdi. Gördüklərini təzədən yaşayırdılar. Elə bil yaşadıqları həyatı yenidən yaşayırdılar.

Qarlı Aşırım, Fərman Kərimzadə

Bir şeyin ki, sənə xeyri yoxdur, nəyinə gərəkdir!..

Qarlı Aşırım, Fərman Kərimzadə

Adətdi, seldən qabaq qamqalaq, zir-zibil gələr. Kötüyü selin güclü yeri axıdıb gətirər.

Qarlı Aşırım, Fərman Kərimzadə

Adi həqiqəti, bildiyini, gözünün qabağında olmuş həqiqəti dərk eləmək də çətinmiş.

Qarlı Aşırım, Fərman Kərimzadə

Torpaqdan yaranan qayıdıb torpağa gedir.

Qarlı Aşırım, Fərman Kərimzadə

Qana qan deyiblər, qana su deməyiblər.

Qarlı Aşırım, Fərman Kərimzadə

Torpağın üzü sərindi. Hamısını yaddan çıxartdırır. İnsan unudur, o da ola heyvan...

Qarlı Aşırım, Fərman Kərimzadə

– Ağa ilə danışmaq asandı, nökər olmasa, — dedi.

Qarlı Aşırım, Fərman Kərimzadə

Bir var tənqid, bir də var şəxsi tənqid. Gəl, əvvəl özümüzdə də günah axtaraq. Görək bizim günahımız harada olub?

Qarlı Aşırım, Fərman Kərimzadə

O qədər təkləyiblər ki, hərəniz öz milçəyinizi qoruyursunuz. Nə qonşu yada düşür, nə qohum. Bir olsaydınız, vallah heç kim sizə heç nə eləyə bilməzdi.

Qarlı Aşırım, Fərman Kərimzadə

Yaxşı deyiblər ki, canavarı nə qədər əhliləşdirsən, yenə canavardı, sənə ziyan vurmamış əl çəkməyəcək.

Qarlı Aşırım, Fərman Kərimzadə

– Kimi istəyirsiniz?
– Evin kişisini soruşarlar da.

Qarlı Aşırım, Fərman Kərimzadə

Gözlər etibara, inama yad olmuşdu.

📖 Sayfa 27 · Qarlı Aşırım, Fərman Kərimzadə

İnsana artıq şey nə lazımdır! Çox olsa, qudurarsan, gözün ayağının altını görməz, özgələrini salarsan ayaq altına əzərsən.

Qarlı Aşırım, Fərman Kərimzadə

"Canavar balasını saxlayıb qoyun südü ilə bəsləmək, ona quzu xasiyyəti verməyə çalışmaq əbəsdir. Canavardı, böyüyəndə südünü əmdiyi qoyunu parçalayacaq."

📖 Sayfa 105 · Qarlı Aşırım, Fərman Kərimzadə

İndi Usuboğlunun dostluğa da,düşmənçiliyə də çox möhkəm adam olduğuna inandı.Ürəyində şükür elədi ki,belə düşməni varmış.

📖 Sayfa 282 · Qarlı Aşırım, Fərman Kərimzadə

Elə ki, ürəkdə ürəkdən böyük bir ağrı olur. O ürəyi çıxarıb özü onun yerinə girir, bu ağlamaq kişi ağlamağıdır. Onun ağrısı heç vaxt keçmir. Üstündən 30-40 il ötəndən sonra, qocalıqda yada düşəndə bax onda gözdən yaş çıxır. Çünki ürək o ürək deyil. Möhkəmliyini, təpərini itirib, kövrəklik yaranıb, kövrəklik isə gözlə onun yaşı ilə bağlı olur. Yaş axan kimi kövrəklik əriyir, buz kimi suya çevrilir, gilə-gilə axıb gedir.

Qarlı Aşırım, Fərman Kərimzadə

Adam gərək hər yerdə kim olduğunu unutmasın. Bir tərəfdən elə özündən soruşsun; “Mən kiməm? Hansı əmələ qulluq edirəm? Bu işi düz tuturam, ya yox?

Qarlı Aşırım, Fərman Kərimzadə

Mən belə başa düşürəm ki, hökumət də ailə kimidi. Bir var evin ağsaqqalı, böyüyü, valideyn, bir də var uşaqlar. Uşağını istəyirsən, ancaq hər sözü axı ona demirsən. Söz var, ona pis gələr, ürəyinə toxunar, tərbiyəsini pozar. Böyüklər isə belə söhbətlərə öyrənib.

Qarlı Aşırım, Fərman Kərimzadə

O, ölüm haqqında fikirləşməzdi. Güllədən qorxub çəkinməzdi. Ancaq hər dəfə insanların ölümünü görəndə ehtiyat etdiyi bir məsələ yadına düşərdi: ucuz ölüm! Ad-sanla yaşamışdı, çətin vuruşmalardan çıxmışdı, güllələr onun bədəninin tikan kimi də cızmamışdı.

Qarlı Aşırım, Fərman Kərimzadə

"İnsan belədi. Əlinə ixtiyar keçən kimi qudurur, başlayır pirinə təpik atmağa. Mən gətirib bu ayını adam eləmişəm, indi it kimi baldırıma ağız atır"

Qarlı Aşırım, Fərman Kərimzadə

- Hamınız silahsız gəzəcəksiniz, bu sözləri Talıbov dedi.
Bir şeyin ki, sənə xeyri yoxdur, nəyinə gərəkdir!.. Kəndlisən xışın sapından yapış. Fəhləsən çəkicdən.

Qarlı Aşırım, Fərman Kərimzadə

..nə qədər dəmir qapılı olsan, yenə də taxta qapılıya işin düşəcək.

Qarlı Aşırım, Fərman Kərimzadə

"Axı bizə nə düşüb camaatın qanını axıdaq? Düzünü axtarsan, dərinə getsən, qohum çıxarıq. Nəsil böyüdükcə yadlaşmışıq, yadırğamışıq, bir-birimizin ev-eşiyinə getməyi tərgitmişik. Dövran dəyişən kimi dönüb düşmən olmuşuq. Qəribə məxluqlarıq. Yadırğamasaydıq belə olmazdı, dil tapardıq, bir-birimizi başa düşərdik. Ya mən deyən olardı, ya o deyən. Hər halda mən dediyim baş salamatlığıdı, dinclikdi. Yazılardıq kolxoza, öküzlərimizi cütə qoşardıq. Balalarımızın başını dolandırardıq. Di gəl, bir-birini qana qəltan elə, sonra da peşmançılığını çək".

Qarlı Aşırım, Fərman Kərimzadə

"Başınıza bir bəla gələndə hərəniz tərs öküz kimi bir yana çəkilməyin. Sabah o müsibət sizlərdən birinin başına gələ bilər. Bir-birinizin qədrini bilin".

📖 Sayfa 348 · Qarlı Aşırım, Fərman Kərimzadə

Torpağın üzü sərindir. Hamısını yaddan çıxardır. İnsan unudur, o da ola heyvan…

Qarlı Aşırım, Fərman Kərimzadə

Sıkça Sorulan Sorular

Qarlı Aşırım kimin eseridir?

Qarlı Aşırım, Fərman Kərimzadə tarafından yazılmıştır ve ilk kez 2016'da yayımlanmıştır.

Qarlı Aşırım kaç sayfadır?

Qarlı Aşırım, 400 sayfadır (Bakı Kitab Klubu Nəşriyyatı baskısı).

Qarlı Aşırım'ın en ünlü sözü nedir?

“Düşmən etibarı qazanmaq hər kişiyə qismət olmur.”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Qarlı Aşırım — Fərman Kərimzadə. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓
“

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4