
Seçilmiş Əsərləri 1.Cild, şiir okurlarının yakından tanıdığı, Bahtiyar Vahapzade'nin kaleme aldığı eserlerden biridir. Öndər Nəşriyyatı baskısıyla 328 sayfadır. Okurların Seçilmiş Əsərləri 1.Cild'den seçtiği en etkileyici satırlar aşağıda sıralanıyor.
Seçilmiş Əsərləri 1.Cild'den En Beğenilen Alıntılar
Arzularim qeder omrum olaydi..
📖 Sayfa 157 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
...Aldadan anlamır ki,aldadanda aldanır.
📖 Sayfa 227 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Ürək sındırmayın siz, ey adamlar,
📖 Sayfa 83 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Bülbül yuvasına daş atılarmı?!
Dedim: -Ay səadet, hardasan, harda?
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Səhv atılan addımları
📖 Sayfa 15 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.
Bir arzuya çatan kimi
📖 Sayfa 172 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Arzu düşür gözümüzdən...
Seninle oldugum bir deqiqemi
📖 Sayfa 200 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Sensiz kecirdiyim ile vererdim..
Eslimi neslimi tanıyıram men Qarışık deyilem özümden hürkem Sen kimsen, sen nesen. Özün bilersen! Men ilk kaynağımdan Türk oğlu Türkem!
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Baxtiyar Vahapzade
Neyleyirem o üreyi-
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Yox arzusu bir dileyi!?
Bacarmırsa o sevmeyi
Demek o heç ürek deyil.
O heç mene gerek deyil!
Bu dunyanin ne qeribe oyunu var..
📖 Sayfa 46 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Bir yerde saymagi sevmeyir zaman
📖 Sayfa 69 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Omrun ne maraqli pilleleri var...
Üreyimden keçenden
📖 Sayfa 286 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Düşmedinmi duyuq sen?
Senden cavab gözledim,
Ne "he" dedin, ne "yox" sen.
Dedim: - Susma, danış, din,
Ne danışdIn, ne dindin.
Mehebbetin oduna
Men yandım, sen isindin.
Dillensene, sevgilim,
Men ne daşam, ne demir.
Min il de gözleyerdim,
Axı, ömür gözlemir.
Sükutunla durmusan
Üreyimin qesdine.
Söyle, susan sevgilim,
Bu sükutun qesdi ne?
"Dili ilə ürəyinin arasında
📖 Sayfa 78 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Yüz-yüz illik yollar durur."
Haqq bu gün öz haqqını
📖 Sayfa 320 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Haqsızdan uman olmuş
Hara gedir bu dünya?
Əynimiz,başımız kimyalaşsa da,
📖 Sayfa 187 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Mayamız,kökümüz saf qalsın barı.
" Dünyada yaşamayan dünyadan dinclik umar,
📖 Sayfa 101 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Yanmağında tapmalı dincliyini sənətkar. "
Ömrün əyri-üyrü dolaylarında
📖 Sayfa 74 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Kimi piyadadır,kimi sərnişin.
Eyni adamı hərə bir cür görmür.
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Qanmazın qandığı bir şey var ancaq:
📖 Sayfa 221 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Özünü hər yerdə düz, doğru saymaq!

Sen ele bilirsen, bütün bu ər-arvadlar hamısı bir-birini sevir?Yox!Amma yenə yaşayırlar.
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Zaman bizdən kam alıbdır,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Daha ürək qocalıbdır.
Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül.
Qara gözlər,
📖 Sayfa 245 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Ala gözlər,
Qonur gözlər...
Nə qədər sözlər
Deyilmiş mədhinə gözəl gözlərin,
Şairlər, indi də mənə söz verin.
Qorxuram gözlərin mən gözəlindən
Aman göz əlindən, dad göz əlindən!
Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün.
Sözünü ürəklər anlayar gözün.
Mələr, çıxmasa da ürəyin səsi,
Elə ki, havada gözlər öpüşür.
Eşqin də ilk odu, ilk şərarəsi
Əvvəlcə ürəyə gözlərdən düşür.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsm gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.
İki yolun ayrıcında dayanıb,
📖 Sayfa 288 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.
Haqq evində haqq divanı qurulmuş,
Hər qazancın öz bahası sorulmuş.
Təmənnasız boynumuza yük olmuş
Bağışlanan şərəf-şandan qorxuram.
Bu dünyadan umacağım mizandır,
Qorxduğum kəs bu mizam pozandır.
Tox gədanın qudurması yamandır
Acandan yox, mən doyandan qorxuram.
Uyuruqsa nəfs adlanan elçiyə,
Tüpürürük vicdan kəsən ölçüyə.
Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram.
Xəyalım yenə də öz səfərində,
📖 Sayfa 276 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Onun söykək yeri dərdim, məlalım.
Anın yüzdə biri, mində birində
Ərzin o başına uçur xəyalım.
Məsafə yox olur göz qırpımında,
Uçan xəyalımın kəramətindən...
Bir də baxıram ki, onun yanında
Diz-dizə, üz-üzə oturmuşam mən.
Xəyal məsafəni yox edib keçir,
Bəs Ona hardandır işıq sürəti?
Bir anın içində əridib keçir
O, həm məsafəni, həm də həsrəti...
İşıqla doludur sevən könüllər,
Tutuşar, alışar o, axşam-səhər.
Sevgiyə mərhaba, sevgiyə alqış!
Çıraq da nurunu gur seldən alır.
Xəyal bu sürəti sevib alışmış
İşıqla süslənmiş könüldən alır.
Anam namaz üstə əl açıb göyə
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Allaha yalvarır "ya rəbbim! - deyə: -
Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrüne cala, ay Allah!
Bu nədir?
Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
Ekranda görürük: dəstəbədəstə
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Adamlar qırılır...
Yenə ölüm, qan
Bombalar tökülür şəhərlər üstə,
Ölən də insandır, baxan da insan.
Mən bir qədim mahnıyam
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Xallarım əlvan-əlvan,
Musiqim Qarabağdır,
Sözlərimsə - Naxçıvan.
O düşməndən qorxuram ki,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
İçindəki zülmətini,
Qəzəbini, nifrətini
Üzündəki gülüş ilə
örtə bilə!
Görə bilmirsənsə gözəllikləri,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Bu aləm səninçün günahkar olur?
Gözü buz bağlayan bulaqlar kimi,
Soyuq adamın da qəlbi kor olur.
Gülmək istəyirəm... ürəyimdəki
📖 Sayfa 262 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Hönkürtü səsini batırmaq üçün.
Öz içimdə, öz dünyamda
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Hakim də mən,
Məhkum da mən.
Bu gün yeyilirsə birinin haqqı,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Sabah da səninki yeyiləcəkdir.
Sevə bilirəmsə, əgər ürəkdən
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Dünyanın ən yaxşı adamıyam mən!
...Həyatın sevinci də, kədəri də gözəldir.
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Fikirlərim qatar-qatar,
📖 Sayfa 290 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Bu necə dünyadır,
📖 Sayfa 21 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
İnsan oğlunun
Xəyalı göydədir,özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır,bu necə dünya,
Ölümü həqiqət,həyatı röya.
Unutmuşam özümü,
📖 Sayfa 255 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Dönüb sən olmuşam mən.
Ən qorxulu düşmənin
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən.

Güllə yarasına nə var?
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
tez gedər,
Getməz söz yarası, eyham yarası.
Bu həyat da iki rəngdir,
📖 Sayfa 312 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm
Gözəldir qəmdə sevinc.
Özünü sevməyən özgəni sevməz.
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
O qədər yaxın ikən, bu qədər uzaq oldun
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Gör necə güclüsən, sənin yoxluğun,
📖 Sayfa 263 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Mənim varlığımı aldı əlimdən...
Yaşamaq - yanmaqdır, yanasan gərək,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demek
Onun da həyatı yanmağındadır.
Daim sevinc axtaran daim qəmə tuş olur.
📖 Sayfa 11 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Mən oddan qorxmadım yanana qədər;
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu -
Başlandı ehtiyat -
Başlandı həyat...
"Ey könül, dünyadan nə küs, nə inci,
📖 Sayfa 222 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Sevincdə qəmi gör, qəmdə sevinci..."
Düzü budur: Bu dünyada
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Gücün varsa, sözün haqdır.
Gücün yoxsa, son əlacın
Xəcalətdir, utanmaqdır.
Ümiddir dərdimizin
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Sinəsini dağlayan.
Ümiddir bu günümü
Sabahıma bağlayan.
Mərd olun!
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Meydanda durun mərd kimi,
Uymayın ötəri şöhrətə, ada.
İnsanı tez yorar düşüncələr də,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...
İstəmirəm,a qardaş,
📖 Sayfa 66 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Yüz-yüz yalan vədi mən...
Bir nəfər varmı ki, söyləsin mənə,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Necə gəlib keçdi ömründən illər?
Ömrün üç pilləsi var:
📖 Sayfa 145 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Dünən—günah,
Bu gün—dərd,
Gələcəksə—ölümdür.
Üçü birgə—insanın öz-özünə verdiyi
İztirabdır,zülümdür.
Ömrün azlığından gileylənmədi
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Ömrü insan kimi başa vuranlar.
"Bu dünya beş gündür", - deyib hər yerdə
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.
"Ay həzarat, bir zəmanə gəlibdir,
📖 Sayfa 36 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz..."

Məhəbbətə hörmət olar,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Qorxuyasa nifrət olar.
Allahı qəlbində görməyənlərə
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Vicdan kəlməsini necə anladaq?
Dillər yaranıb ki, mahnı deyək biz,
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Dillər yaranmayıb yalan deməkçün.
Mahnıda birləşir hisslərimiz,
Yalanda ayrılır yollar büsbütün.
Sıkça Sorulan Sorular
Seçilmiş Əsərləri 1.Cild kimin eseridir?
Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade tarafından yazılmıştır ve ilk kez 2004'te yayımlanmıştır.
Seçilmiş Əsərləri 1.Cild kaç sayfadır?
Seçilmiş Əsərləri 1.Cild, 328 sayfadır (Öndər Nəşriyyatı baskısı).
Seçilmiş Əsərləri 1.Cild'in en ünlü sözü nedir?
“Arzularim qeder omrum olaydi..”