
Dilşad Talıbova'dan derlenen bu 100 söz, okurların yıllardır en çok paylaştığı satırlardandır.
En Beğenilen Dilşad Talıbova Sözleri
Olduğun yerlərdə yağış yağırmı, söylə? Yağışı mənlə sevmişdin, tez-tez yağsın o yağış, xatırlatsın məni sənə!
📖 Sayfa 102 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
“Çoxlu dostu olanlar o adamlardır ki, yaxşı dost tapmaq haqqında yox, yaxşı dost olmaq haqqında düşünürlər”.
📖 Sayfa 21 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
İnsanın sevgiyə münasibəti həyata olan kimidi... İnsan nikbin olur... çox şey umur, çox şey gözləyir həyatdan, elə sevgidən də...
Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Duyğular aşıb-daşanda sözlər yoxa çəkilər, insan susqunlaşar.
📖 Sayfa 185 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
–....Sevgi bilirsənmi nədir?....O əvvəlcə insanı xoşbəxtlikdən öldürəcək bir hiss yaşadır, sonra da tam əksi...səni bədbəxtlikdən öldürəcək bir əzaba sürükləyir.
📖 Sayfa 74 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Qısqanclıq hissi insani haldır, birinin zərər görməsindən həzz almaq, bunun ləzzətini çıxarmaq isə şeytani davranışdır.
📖 Sayfa 11 · Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Əslində, ən yaxşısını sən edirsən, onsuz da kəlmələr hər şeyi anlatmağa qadir deyil. Heç vaxt gözəl sözləri eninə- boyuna xərcləyən kişilərdən xoşum gəlməyib, axı gözəl sözləri hər kəs söyləyə bilər. Gözəl ürəyə isə hamı sahib olmur. İnan mənə, sənin səssizliyin daha yaxşı danışır...
📖 Sayfa 45 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
Məncə, keçmişinə həsədlə baxanlar
Sanitar, Dilşad Talıbova
ötən günlərdən çox, xoşbəxt günlərinin təkrar olmasını arzulayırlar. Çəkdiyi iztirablar, etdiyi günahlar, verdiyi qurbanlar, ayrılıqlar, əzab,peşmanlıq,göz yaşı... Bunları yenidən yaşamaq kimin nəyinə lazımdır axı? Hər şeyi təzədən yaşamaq istəyi...
İnsan övladının xislətindəndir, öz yaralanacağını gözə alıb başqasını yaralamaq, öz bədbəxtliyinə rəğmən başqasını da bədbəxt etmək.
📖 Sayfa 169 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Mənsə deyərdim, insanın ilk məğlubiyyəti elə ağılla qəlbin mübarizəsidir. Bu, lap vətəndaş müharibəsini xatırladır, hansı tərəfin qalib gəlməyindən asılı olmayaraq,
📖 Sayfa 82 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
itirən bircə xalq olur.
Heyatın sene vermediklerini zorla almaq olmur.
📖 Sayfa 190 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
İllər sonra bildiyim, anladığım bu oldu: gərək öz həyatını başqasının insafına, mərhəmətinə, ixtiyarına buraxmayasan. Anan, atan, qardaşın, əzizlərin... Kim olur-olsun... Öz həyatının məsuliyyətini özün daşımalısan. Bax indi həmin o əzizlər xarabazara çevirdikləri bu ürəkdə əhəmiyyətsiz bir yük kimidirlər. Birini başqa birinə çevirmək olmaz! Olmur, alınmır. Bax mənə: nə özüm, nə də çevirmək istədikləri adam ola bilirəm; qalmışam ortalıqda girinc.
Sanitar, Dilşad Talıbova
Ətrafın adamla dopdolu olar, amma yalnızlıqdan qulağın batar.
📖 Sayfa 4 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Hər kəs valideynini sevir, her şeyə rəğmən sevir. Ancaq hörmət başqa şeydi. Bunu her övlad- valideyn münasibətində tapmaq olmur, ən xoşbəxt övladdır ki, valideynini həm sevir, həm də hörmət edir, hörməti valideyn illərlə qazanır ailəyə, ərə, yaxud arvada, oğul-uşağa münasibətilə, başqalarına münasibətlə, valideyn ən adi bir hərəkətlə, məsələn, qonşuya olan hər hansı ədalətsiz münasibətilə övladın gözündən düşə bilir. Və ən gözlənilməz bir anda qalxa bilir, necə ki, anası Səmranın gözündə indi qalxmışdı.
📖 Sayfa 79 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
...İçimdəki boşluq hər keçən gün daha da dərinləşdi.
📖 Sayfa 4 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
İnsan ondan əsirgənən şeylərin qisasını almaq istəyir. Ən sadə arzuları əlindən alınmış adamdan xeyirxahlıq ummaq sadəlövhlük deyilmi?
📖 Sayfa 10 · Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Şarlotta Brontenin bu sözlərini
📖 Sayfa 54 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
təkrarlamağı sevirdi: “Better to be without logic, than without feeling”.
(“Hissiyyatsız olmaqdansa məntiqsiz olmaq daha yaxşıdır”)
Zamanla yeniliklər də məni sıxmağa başladı. İçimdəki boşluq hər keçən gün daha da dərinləşdi. Axı heç bir uğur, heç bir yeni tanışlıq, heç bir yenilik insanı içindəki boşluqdan azad edə bilməz
📖 Sayfa 4 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
“Sevginin ömrü bir an, qalanı xatirədi.”
📖 Sayfa 42 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
–Baba Vəziroğlu.

Hansı kitablar marağımı çəkir?” – soruşsan, dəqiq cavab verə bilmərəm. Əlimə nə keçsə, oxuyuram: tarix, klassik, detektiv, müasirlərin yazdıqları. Oxuduğum kitab yalnız o zaman mənə maraqlı gəlir ki, orda özümdən nəsə tapım, hansısa obraz mənə hardan gəlib-hara getdiyimi anlatsın,
Sanitar, Dilşad Talıbova
taleyimə güzgü tutsun... Sətirlərdə özümlə qarşılaşmağı çox sevirəm.
Və mən bilirəm...Bilirəm ki, yollarımız ayrılmış olsa da, aramızda məsafələr olsa da, bir ömür bir-birimizi görmədən yaşasaq da, xatirələr zaman-zaman yaddaşımızdan silinib getsə də və ən nəhayət, biz bu dünyadan getsək də ruhumuz əbədi olaraq birlikdə olacaq!...
📖 Sayfa 191 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Axı həyatda elə anlar olur ki, daim xatırlanmağa məhkumdur, başından nə keçir-keçsin, nə yaşayırsan-yaşa, sən o anlara daim sadiq qalırsan.
Sanitar, Dilşad Talıbova
...Ən birinci öyrəndim ki, gərək heç kimə, heç nəyə öyrəşməyəsən.
📖 Sayfa 5 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Qarşılığında nəyisə almayan sevinc yoxdur. Yaşadığın xoşbəxtlik gələcək bədbəxtliyin müjdəçisidir.
📖 Sayfa 6 · Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Dəyər verilməyini istəməyən insan yoxdu, hər kəsin dəyər görməyə ehtiyacı var.
📖 Sayfa 21 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
İnsan zəkası çoxdan dərk edib ki, istənilən həqiqət xəyaldan gücsüzdür, axı xəyallar həmişə qüsursuz olur.
📖 Sayfa 168 · Eşqin Adı Sənsən, Dilşad Talıbova
Düzünü de, necə görünürəm kənardan, qürurunu götürüb aradan çıxmış kimi, yoxsa
Sanitar, Dilşad Talıbova
alınmayan taleyi ilə barışa bilməyən çarəsiz kimi?
İstər şirin, istər acı olsun, xatirə insana həmişə əzab verir.
📖 Sayfa 48 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
–F.Dostoyevski.
Həyatının qızıl anının ötüb keçdiyini anlayan, itmiş xoşbəxtliyinin əzabını daxilində gizləyib, zahirində saxta həyəcan, saxta gülüşlər göstərən nə qədər insan var.
📖 Sayfa 188 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Həyat haqsız olduğunu sübut edəndə, hər şey tamamilə fərqli ola bilərdi, deyib, itirdiyi xoşbəxtliyin axtarışına çıxar insan... Yoxsa, taleyin yazı lövhəsinə yazılan, artıq yazılıb? Yoxsa, hər şey üçün daha gecdir?
Səndən Qalan Noyabr, Dilşad Talıbova
"Gecikmək" - Dünyada bundan qəddar kəlmə varmı? İnsan öz xoşbəxtliyinə gecikərmi?
İnsansa günahkar olanda bir qulağı səsdə olur, ədalətin addım səslərini hər an gözləyir: gec, ya tez gələcəyini bilirsən…
📖 Sayfa 134 · Sanitar, Dilşad Talıbova
"İnanclarımızın gücü onun həqiqiliyini sübut etmir"
Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Gəlişinin önəmi qalmayana qədər gözlədim.
📖 Sayfa 98 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Amma birdən-birə sıradan bir həyatı şanlı ölümlə, qəhrəman
Sanitar, Dilşad Talıbova
kimi bitirmək. Adi məişət ölümünü müqəddəsliyə çevirmək...
Təsəvvür edirsiz, gül kimi şöhrətli ölüm duran yerdə, mənasız bir ölümlə bu dünyadan çıxıb getmək... Anlayırsız bu nə deməkdir?
EŞQ...
Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
"Qovuşsan - yalan, ayrılsan - həqiqətdir"
Özünün tez-tez işlətdiyi alman atalar sözü vardı: "Anlayırsansa, bağışlayırsan".
Eşqin Adı Sənsən, Dilşad Talıbova
Ədalətsizliyi görürsənmi? Adını çəkəndə dilin titrəyən adamdan ömürlük qopmaq...
Eşqin Adı Sənsən, Dilşad Talıbova
Gözləməkdən pis nəsə varmı dünyada? Gözləntilər məhv etdi məni. Çox gözlədim səni, çoxxx... Gəlişinin önəmi qalmayana qədər gözlədim.
📖 Sayfa 98 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova

Dənizi təriflə, ama sahildə qal.
📖 Sayfa 173 · Dinar, Dilşad Talıbova
O mənim söylədiklərimi eşidənim, düşündüklərimi kitab kimi oxuyanım idi.
Səndən Qalan Noyabr, Dilşad Talıbova
-Qoy sənə bir sirr verim: eşq insanın iradəsinə tabe deyil, qəfil yaxalayır adamı... Tale özü məşğul olur bu məsələ ilə... Ola bilərsən hələ ki bu çatışmazlığı hiss etmirsən, amma bir gün aşiq olub ruhunuz qovuşanda iliyinəcən duyacaqsan ki, aşiq olduğun qadına toxunmaq başqa aləmdir.
📖 Sayfa 86 · Sanitar, Dilşad Talıbova
Heç vaxt duygularımın başqaları tərəfindən asanlıqla oxunmasını sevməmişdim,ancaq indi,onun məni belə dərindən tanımağı qəlbimi titrədirdi.
📖 Sayfa 44 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
Varlılar kasıba ǝl tuta bilərlər, kömək edib mehribançılıq da göstərərlər, bir sözlə, hər cür yaxşılıq edərlər, ancaq elə bir məqamda öz üstünlüklərini xatırladarlar ki, özünə də, kasıbçılığına da, həyatına da nifrət edərsən.
📖 Sayfa 35 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
On beş yaşına çatmamış içimdə hər şeyi tərsinə çevirdilər, məndə yaxşı nə vardısa, öldürdülər.
Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Sarılmaq sığınmaqdır, yalnız onun ürək döyüntülərini duymaq üçün bütün bəşəriyyətin səsini susdurmaqdır.
Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Mənə görə, kimsə qəlbinə yol tapıb yerləşirsə, həmişəlik orada qalır.
Eşqin Adı Sənsən, Dilşad Talıbova
Sevgi verə bilmədiyin qadına xoş münasibət göstərirsən, onu başa düşməyə, arzularını həyata keçirməyə can atırsan və bu yolla vicdanın rahatlıq tapır.
📖 Sayfa 78 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
“Alışa bilmədiyim kədər həyatımın vərdişinə çevrildi”.
📖 Sayfa 4 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Azadlığını qurban verən biri xoşbəxt ola bilərmi?
📖 Sayfa 35 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
“Biz bu dünyadan getsək də ruhumuz əbədi olaraq birlikdə olacaq!..”
📖 Sayfa 191 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Yanlış insanı sevende bütün heyatın yanlış olur.
📖 Sayfa 74 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
- Bir az danış.
Eşqin Adı Sənsən, Dilşad Talıbova
- Demədiklərimi anla...
- Ahh, demədiklərimi anla, Milena... Kafkasayağı...
Kitablar bizim mənəvi aləmimizi zənginləşdirən, bizi həmişə ali dəyərlərə, əxlaqa və hikmətə aparan bir işıqdır.
📖 Sayfa 185 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
-Heç olmasa de görüm, məni sevirsən?
Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
-Nə mənası var axı?
-Yenə də...
-Bu, sevgi deyil, həyatla inadlaşmaqdır.
-Adam kimi sual verdim:hə, ya da yox!
-Hə!
“Qorxaqların da axırı beləcə olur, nə onu bağışlayırlar, nə də o özünü bağışalayır. Həyatımın hər səhifəsi keşkələrlə başlayıb keşkələrlə bitir”.
📖 Sayfa 152 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
“… müxtəlif insanlar sevgiyə müxtəlif cür tərif deyər, müxtəlif adlar qoyar. Bu adlar, bu təriflər sevginin onlara yaşatdıqlarından qaynaqlanar”.
📖 Sayfa 79 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Sözü sükutla da anlamaq olar. Yetərki söz söz olsun, sükut da sükut.
📖 Sayfa 191 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova

İnsanın xoşbəxtiyi aid olduğu ailədən gəlir.
📖 Sayfa 223 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
“Bəlkə də əslində xoşbəxtiydi, sadəcə, çatışmayan onun bu xoşbəxtliyi anlayıb dərk etməsiydi…”
📖 Sayfa 188 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Dərin adamların sevgisi də dərin olur.
📖 Sayfa 5 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Sənətin məqsədi insanın ruhuna güzgü tutmaqdır, insanın iç üzünü açmaqdır ki, o özü ilə qarşılaşa bilsin, unutduğumuz özümüzü, itirdiyimiz duyğuları, içimizdə saxladığımız suallara cavab tapsın.
📖 Sayfa 103 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Ayrılan zaman bilirsənmi son sözü nə oldu? “Ayrıldıq deyə öləsi deyilik, unutmamalıyıq ki, ilk ayrılan da biz deyilik”. Vəssalam. Bir zamanlar əlini tutmağa cəsarət edə bilməyən, sənin barmağına toxunanda xoşbəxtlikdən gözləri parlayan insan səni bir soyuq baxışla süzər gedər.
📖 Sayfa 77 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
“Deyirlər qəhrəmanlar döyüşlərdə doğulur”.
📖 Sayfa 177 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Ümumiyyətlə, bu dünyada başqasını qınayıb, günahlandırmaqdan asan nəsə vardımı?
📖 Sayfa 131 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
Düşüncə yalnız hisslərlə bəslənəndə anlam qazanır. Hisslərin toxunmadığı fikir yalnız səssiz bir rəsmdir - baxarsan, amma içində yaşamaz.
📖 Sayfa 56 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Bu həyatda hərə bir şeyini satır, kimisi qürurunu, kimisi gözəlliyini...
📖 Sayfa 86 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Sevilmək bilirsən nə deməkdir kişi üçün? Sevgi elə hissdir ki... Sevgi o deməkdir ki, deməli, sənin haqqında düşünməyə bir an belə ara verməyən, səni bircə an da yaddan çıxarmayan bir adam var həyatda. Hər kəs öz fikrini güclə çəkir, amma bir insan olur və o sənin fikrini çəkir.
📖 Sayfa 101 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Kişilərin ehtiyacı olan şeylər daha üzdən, daha dayaz, daha günlük şeylərdir, toru xatırladan həqiqi məhəbbət, onlar üçün vacib deyil.
Dinar, Dilşad Talıbova
Bǝs eşq?
Eşqin Adı Sənsən, Dilşad Talıbova
- Eşq əzabdır - ölçüsü,sərhədi bilinməyən əzab.
Zaman hər şeyi həll etməsə də çox şeyi həll edir, dəhşətli ağrıların yerini kövrək xatirələr alır və bir gün həqiqətən
Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
elə bir an gəlir ki, bitdi deyə ağlamaq əvəzinə yaşandı deyə sevinməli olduğunu anlayırsan..
"Saçlarım ağarmışdı, amma qocalıqdan deyildi"
Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Adamı diri-diri öldürən sükut vardı içimdə...
📖 Sayfa 127 · Eşqin Adı Sənsən, Dilşad Talıbova
Axı Yaradan bizim qəlbimizin gücündən xəbərsiz olmaya bilməzdi.
Eşqin Adı Sənsən, Dilşad Talıbova
Qaşların çatılırmı adım çəkiləndə?
Sanitar, Dilşad Talıbova
Hər şeyə məna verən Sən idin!
📖 Sayfa 180 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
Maraqlı adamlarla münasibət bütün duyğuları oyaq saxlayır. Elə bil həyat bir az da canlı olur, bir az da kəskinləşir.
📖 Sayfa 85 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova

İnsana həqiqət çox vaxt məğlubiyyətlə birlikdə gəlir.
📖 Sayfa 148 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Duyğular aşıb-daşanda sözler yoxa çekiler, insan susqunlaşar.
📖 Sayfa 185 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
“Həyat əzbərlənmiş düstur deyil ki, hesablayıb hər dəfə eyni nəticəni alasan. Həyat- deyildiyi kimi sürprizlərlə doludu… Həyat- deyildiyi kimi, qapıları bağlasa da pəncərələri açıq qoyur…”
📖 Sayfa 165 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Bu illər ərzində sizin ayrılmağınızı arzulamaqla mən də məsum deyildim axi....
Sanitar, Dilşad Talıbova
Anası otaqdan çıxdıqdan sonra Səmra özündə deyildi. Düzdü, beş il keçmişdi, amma elə bil hər şey dünən olub, bəlkə də sevgidə zaman-məkan anlayışı yoxdu? İllər keçir, amma hisslər dəyişmir ki, dəyişmir, kimsə təsadüfən belə onun adını çəkəndə ürəyi az qala yerindən çıxır. Bəs nə dəyişir, o öz-özünə düşündü, dəyişən, sadəcə, bizim formamız olur, yəqin ki, insan bu şəkildən digər şəklə düşür, saçlar ağarır, üz qırışır, kilolar artır, və bir də hadisələrə baxışımız dəyişir yəqin, ürək isə daima eyni qalır.
📖 Sayfa 144 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Gözəl qadınların həyatında alçaq adamlar daha çox olur...
📖 Sayfa 82 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Bilirsən, səmanı seyr edəndə bəzən kimliyimi, ümidlərimi, hər şeyi yerli-dibli unuduram. Baxdıqca başqa bir aləmə düşür, qeyri-adi həyata qovuşuram... Sanki ulduzlardan aldığım nur məni reallıqdan uzaqlaşdırır, aid olduğum yerlə aramda uca divar çəkib məni özgə bir "mən" edir.
Eşqin Adı Sənsən, Dilşad Talıbova
Sevincli günlərim olsa da , xoşbəxtliyin ətrafında, yaxınlığında hərlənmişəm, onun mərkəzinə, tən ortasına gəlib çıxmamışam.
Sanitar, Dilşad Talıbova
Güvənmək inanmaqdır. Sevmək isə özünün zəif cəhətlərini görərkən onunkunu görməməkdir.
Sanitar, Dilşad Talıbova
“Məgər kimsə həyatının ən xoş gününü yaşayanda, məhz o günün həyatının qızıl anı olduğunu bilirmi?”
📖 Sayfa 51 · Sənə Yazmadım, Səni Yazdım, Dilşad Talıbova
Əlbəttə ,bizimki sevgi deyildi. Bu bir gündə yüz dəfə ölüb - yüz dəfə dirilmək idi; yuxusuz gecələrdə it kimi ulamaqlar idi, bircə baxışına bütün vədləri , bütün əzabları ,iztirabları unutmaq idi; ruhun yarası idi, ruhun ağrısı idi.....ayrılıq idi......Bircə sevgi deyildi.
Sanitar, Dilşad Talıbova
Həyatımdan gedən qadın, xeyirxah ol, yuxularımdan getmə.
📖 Sayfa 179 · Dinar, Dilşad Talıbova
...nə qədər sıradan olsa da ,sən yenə də məni (bizi) həyatının ən gözəl hekayəsi kimi oxu!
Sanitar, Dilşad Talıbova
Sənət insanın daxili aləmini kəşf etməyə kömək edir, həyatın mənasını daha dərindən anlamağa imkan verir.
📖 Sayfa 30 · Tənha Adamlar Küçəsi, Dilşad Talıbova
Sabaha,həyata,gələcəyə ümidlə baxırdım, bəzən elə ümid özü insanı xoşbəxt edə bilir.
📖 Sayfa 71 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
Bu nə qəddar kəlmə idi - gecikmək! İnsan öz xoşbəxtliyinə gecikə bilərmi?
📖 Sayfa 170 · Səndən Qalan Noyabr, Dilşad Talıbova
"Sənin gülmədiyin dünyada yaşamaq istəmirəm!"
Dostluq Yoxsa Məhəbbət?, Dilşad Talıbova
Mərmi gəncliyə,arzu dolu ürəyə,nakam sevgiyə baxmır- dağıdır,parçalayır... Döyünən ürəklər,nəfəs alan gənc,yaraşıqlı bədənlər bir andaca məhv olur...
📖 Sayfa 141 · Sanitar, Dilşad Talıbova
-Eşq əzabdır-ölçüsü, sərhəddi bilinməyən əzab.
📖 Sayfa 23 · Eşqin Adı Sənsən, Dilşad Talıbova

İnsan bədbəxt olanda bütün xoşbəxtlər səbəbsiz yerə düşməninə çevrilir.
📖 Sayfa 86 · Eşqin Adı Sənsən, Dilşad Talıbova
Hər birimizin etiraf edə bilməyəcəyi sirləri var.
Dinar, Dilşad Talıbova
Özü olmaqdan çıxıb,onu başqasına çevirən adamı heç kim bağışlamaz: bu haqda danışmasa belə,bağlı dodaqlarının arxasında nifrət gəzdirər.
Eşqin Adı Sənsən, Dilşad Talıbova
Üzündə təbəssüm doğururmu mənli xatirələr?
Sanitar, Dilşad Talıbova
Şairlərin, yazıçıların, rəssamların həyatını oxuyanda görürsən ki, bütün gözəl əsərlər dəhşətli əzabların hesabına yaranıb. "Romeo və Cülyetta", "Anna Karenina"nın bütün zamanların ən çox oxunan kitab olması, səncə, təsadüfdür? Səncə, xoşbəxt sonluq olsaydı, o qədər oxunardı? Yox, əzizim, yox! - deyə başını yellədi. - Faciə həmişə dirilmədən daha dərin iz buraxır...
📖 Sayfa 108 · Eşqin Adı Sənsən, Dilşad Talıbova