CANLI

Theodore Dreiser'in Cenni Herhardt Kitabında Klasik Edebiyat Konusunda Derin Sözler

Cenni Herhardt - Theodore Dreiser kitap alıntıları ve sözleri

2006 tarihli Cenni Herhardt, Theodore Dreiser'in en bilinen eserlerinden biridir. Cenni Herhardt sevenlerin en çok alıntıladığı sözler bu sayfada toplandı.

Yazar:Theodore Dreiser
İlk Yayın:2006
Dil:Türkçe
Türler:Edebiyat, Roman

Cenni Herhardt'tan En Beğenilen Alıntılar

Bilirsiniz, heç kəs əbədi deyildir. Mən, məsələn, qətiyyən təşvişə düşmürəm ki, mənim ömrümdən az qalmışdır.

Cenni Herhardt, Theodore Dreiser

Artıq onun özünəməxsus həyat fəlsəfəsi yaranmışdı: müvəffəqiyyət qazanmaq İstəyirsənsə,fürsəti əldən vermə.

Cenni Herhardt, Theodore Dreiser

"Həyat nə deməkdir? Bu qədər çalışmaq, bu qədər qayğı və dərd, bəs sonda nə qalır? İtib gedənlər indi hardadırlar? Adamlar ölürlər və artıq heç vaxt bizlərlə görüşmürlər".

Cenni Herhardt, Theodore Dreiser

"Heç bir vaxt yalan demə. Heç bir vaxt faktları öz gördüyün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq - həyatın nəfəsidir, hər cür ləyaqətin əsasıdır. Kim buna möhkəm riayət edirsə, bu, işgüzarlıq aləmində ona yaxşı ad qazandırar".

Cenni Herhardt, Theodore Dreiser

Bəzən ona elə gəlirdi ki, bütün keçmişi röya olmuşdur, bəzən də düşünürdü ki, bu yuxu indiyədək davam edir.

📖 Sayfa 266 · Cenni Herhardt, Theodore Dreiser

Bizim hamımızın dərdi var, kiminin az, kiminin çox, həm də bunları birtəhər həll etmək, dözmək lazımdır. Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd-qüssə hamıya çatır.

📖 Sayfa 290 · Cenni Herhardt, Theodore Dreiser

Dünya pis və səbatsız qurulmuşdur. Yəqin heç kəs axıradək heç bir şey başa düşmür. İnsanlar doğulur və ölürlər. Bəziləri belə hesab edirlər ki, dünya altı min il bundan əvvəl yaranmışdır. Başqaları isə hesab edirlər ki, dünya bir çox milyon il mövcuddur. Bütün bunların arxasında gizlənən nədir - kor təsadüfmü, yaxud müəyyən bir istiqamət verən şüurmu, müəyyən bir Allahmı?

📖 Sayfa 335 · Cenni Herhardt, Theodore Dreiser

"İş yaşda deyil. Hamı qocalır. İş kimin həyata nə cür baxmasındadır."

📖 Sayfa 383 · Cenni Herhardt, Theodore Dreiser

Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar.

Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər.

Cenni Herhardt, Theodore Dreiser

⛓"...Nəticə etibarilə həyat yüngül bir komediyaya çox oxşayır..."

Cenni Herhardt, Theodore Dreiser

Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan dünyadan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı.

Cenni Herhardt, Theodore Dreiser

O, hiss etdiklərini şair kimi sözlərlə ifadə etməyi bacarmasa da, qəlbi bütün bu gözəlliklərə qızğınlıqla cavab verir və hər bir səsdən, hər bir titrəyişdən sevinirdi.

Cenni Herhardt, Theodore Dreiser

- Drayzer yaradıcılığını sevirəm.. Çünki yazdığı zamanın ən realist yazarlarındandır.
Əsərdə Cenninin həyatından bəhs edilir. Cenni obrazının timsalında bütün kasıb amerika qadınlarının vəziyyəti təsvir esilir. Cenninin oteldə anasına kömək etməsi və orada özündən yaşca çox böyük keçmiş senata aşiq olması ilə hər şey başlayır.. Cenni dəfələrlə həyatını qurmağa çalışır və hər dəfədə çətinliklər.

Cenni Herhardt, Theodore Dreiser

Amma sözlər ancaq söz olaraq qalacaqdır. Keçmişi qaytarmaq olmaz.Sınmış qabı bütün etmək olmaz, onu ancaq yapışdırıb bütöv adlandırmaq olar, bundan isə o bütöv olmayacaqdır...

Cenni Herhardt, Theodore Dreiser

Həyatımızda baş verən xarici və daxili dəyişikliyin əhəmiyyəti bəzən bizə dərhal aydın olmur. Biz sarsılırıq, qorxuruq, sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq, dəyişiklik isə artıq baş verir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq...

📖 Sayfa 81 · Cenni Herhardt, Theodore Dreiser

- Nəticə etibarilə həyat yüngül bir komediyaya çox oxşayır, - deyə Lester acı-acı davam etdi. - Axmaq komediyadan başqa bir şey deyildir. Yeganə bir şey etmək mümkündürsə, o da öz "mən"ini mühafizə etməkdir.

📖 Sayfa 332 · Cenni Herhardt, Theodore Dreiser

Xeyirxahlıq, insanlara yaxşılıq arzulamaq və onlara yaxşılıq etmək qabiliyyətidir. Xeyirxahlıq hamıya və hər kəsə məmnuniyyətlə, sevinclə xidmət etməyə hazır olan alicənblıqdır. Lakin cəmiyyət bu keyfiyyəti o qədər də qiymətləndirmir.

📖 Sayfa 93 · Cenni Herhardt, Theodore Dreiser

Məncə arzuna çatmağa kömək edən hər bir vasitədən istifadə etməmək böyük axmaqlıqdır.

Cenni Herhardt, Theodore Dreiser

Biz sarsılırıq,qorxuruq,sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq,dəyişiklik artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq

Cenni Herhardt, Theodore Dreiser

Keçmişi qaytarmaq mümkün deyil. Sınmış qabı bütün etmək olmaz, onu ancaq yapışdırıb bütöv adlandırmaq olar, bunda isə o bütöv olmayacaqdır.

Cenni Herhardt, Theodore Dreiser

"Həyatda hər şey aşılmaz, əsrarəngiz, etibarsızdır".

📖 Sayfa 212 · Cenni Herhardt, Theodore Dreiser

Xeyirxahlıqdan səmimi, insan xeyirxahlığından real və əbədi bir şey yoxdur. Qalanları hamısı yuxu kimi keçib gedəndir.

Cenni Herhardt, Theodore Dreiser

⛓"...Heç bir vaxt yalan demə. Heç bir zaman faktları öz gördüyün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq həyatın nəfədidir, hər cür ləyaqətin əsasıdır..."

Cenni Herhardt, Theodore Dreiser

"Dərdlərə göz yaşı ilə kömək etmək olmaz."

Cenni Herhardt, Theodore Dreiser

Məgər adamlar onu uçuruma doğru itələmək Əvəzinə ona yardım edə bilməzdilərmi?!

Cenni Herhardt, Theodore Dreiser

“ Mənim əzizim, həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənsə, onun yolunda döyüşməlisən.”

📖 Sayfa 110 · Cenni Herhardt, Theodore Dreiser

Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyirlər" dir. Onun yeganə ölçüsü- özünü mühafizə hissidir. Filankəs öz malını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyni saxlamışdırmı? Göründüyü kimi, ancaq tək-tük nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.

Cenni Herhardt, Theodore Dreiser

"Məncə, biz hamımız az, ya çox dərəcədə xırda adamlarıq. Bizi elə qüvvələr idarə edir ki, biz o qüvvələrlə hökm verə bilmirik".

📖 Sayfa 331 · Cenni Herhardt, Theodore Dreiser

Yaxşı adamı həmişə ləkələməyə çalışırlar.

Cenni Herhardt, Theodore Dreiser

Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd- qüssə hamıya catir.

Cenni Herhardt, Theodore Dreiser

Həyatda hər şey anlaşılmaz, əsrarəngiz, etibarsızdır....

📖 Sayfa 212 · Cenni Herhardt, Theodore Dreiser

Sən zinət və dəbdəbə içərisində tərbiyə olunumusansa, belə inandırıcı-aldadıcı olan cəmiyyətin ancaq özünə xoş gələn cəhətini görürsənsə, iri müəssisələrlə - bunları sən yaratdığın üçün deyil, sənin özünün bunların bir hissəsi olduğun üçün, nəfəs aldığın hava kimi sən doğulandan bunların səni müşayiət etdiyi üçün, - iri müəssisələrlə iş görürsənsə, təbii olaraq, varlığın sarsılmazlığı xülyası yaranır, bu xülya isə ən parlaq zəkaları dumanlandırmağa qadirdir. Görmədiyimiz haqqında təsəvvür əldə etməyimiz, duyub keçirmədiyimizi hiss etməyimiz çətindir.

📖 Sayfa 309 · Cenni Herhardt, Theodore Dreiser

"Həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənsə, onun yolunda döyüşməlisən; "məncə, arzuna çatmağa" kömək edən hər bir vasitədən istifadə etməmək axmaqlıqdır; insanların demək olar ki, hamısı anadan gəlmə axmaqdır. Onlar layiq olduqları kimi yaşayırlar və bundan yaxşı bir şeyə dəyməzlər. Zövqün çatmamasına nifrət edirəm, bu - ən böyük cinayətdir."

📖 Sayfa 109 · Cenni Herhardt, Theodore Dreiser

Kamala yetmiş bir adamın öz ilk gənclik təsəvvürlərini mühafizə etməsi nadir hadisədir. Həm də birisinin bunları mühafizə etməsi deyil, hamının bunu itirməsi qəribədir. Bütün dünyanı gəz, dolaş, hər şeyə geniş açılmış, heyrətli gözləri ilə baxan gəncliyin incəliyi və sadəlövhlüyü keçmişə dair bir xatirəyə çevrilsə, onda dünyada nə qalar?

📖 Sayfa 84 · Cenni Herhardt, Theodore Dreiser

Müvəffəqiyyət qazanmaq istəyirsənsə, fürsəti əldən vermə !

📖 Sayfa 25 · Cenni Herhardt, Theodore Dreiser

İnsan öz borcuna və ədalətə ciddi riayət etməklə şirnikdirici səadət arasında tərəddüd etdiyi zaman onun həyatında böhranlı dəqiqəqlər başlanır və ona elə gəlir ki, çox da böyük səy göstərmədən, yalnız lazım olduğu kimi hərəkət etməməklə səadətə nail ola bilər. Olmalı və olmamalı şey arasında hüdud bəzən aydın olmur.

📖 Sayfa 79 · Cenni Herhardt, Theodore Dreiser

Həyatımızda baş verən xarici və daxili dəyişikliyin əhəmiyyəti bəzən bizə dərhal aydın olmur. Biz sarsılırıq, qorxuruq, sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq, dəyişiklik isə artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq.

📖 Sayfa 81 · Cenni Herhardt, Theodore Dreiser

Şikayət etməyin, təşvişə düşməyin, fərziyyələr düzəltməyin nə mənası var? O nə edir etsin, həyat öz qanunlarına tabe olaraq dönmədən irəli gedəcəkdir. O buna əmindir. Bəs həyəcanlanmağın nə mənası var? Heç bir mənası yoxdur. Hərdən Lesterə elə gəlirdi ki, heç doğulub bu dünyaya gəlməsəydi də heç nə itirməzdi.

📖 Sayfa 334 · Cenni Herhardt, Theodore Dreiser

Təsəvvür edin, siz sakit yay günündə meşə qumrusunun səsini eşidirsiniz, sisin uzaq bir yerdə şırıltısını və zümzüməsini heç kəsin eşidə bilmədiyi kiçik əsrarəngiz bir çaya təsadüf etdiyiniz hallar olmuşdur. Keçən ilin ölü yarpaqları altında, qar örtüyü altında sanki mavi yaz səmasına səs verərək xədicə gülü açılır. Yeni həyat da belə yaranır.

📖 Sayfa 98 · Cenni Herhardt, Theodore Dreiser

O inanırdı ki, cəhənnəm var və günahkarlar öləndən sonra oraya düşürlər.

Cenni Herhardt, Theodore Dreiser

Siz poeziya ilə yaşayırsınız. Siz poeziyanın özüsünüz, mənim əzizim.

📖 Sayfa 59 · Cenni Herhardt, Theodore Dreiser

"Bütün varlığı fasiləsiz surətdə yeni həyat yaratmaqdan ibarət olan dünyada havanın, suyun, torpağın, günəş işığının - hər şeyin insanın doğulmasına xidmət etdiyi bir dünyada belə bir hissin əmələ gəlməsi maraqlıdır. Tək insan deyil, bütün aləm, nəsli davam etdirmək hissi ilə yaşayıb-yaratdığı halda, hər şeyin dünyaya eyni yolla gəldiyinə baxmayaraq, nədənsə buna mənasız surətdə boş yerə göz yummağa, bundan ikrahla üz döndərməyə çalışırlar."

📖 Sayfa 97 · Cenni Herhardt, Theodore Dreiser

"Xeyirxahlıq hamıya və hər kəsə məmnuniyyətlə,sevinclə xidmət etməyə hazır olan alicənablıqdır.Lakin cəmiyyət bu keyfiyyəti o qədər də qiymətləndirmir. Özünüzü ucuz qiymətləndirin- o zaman sizə etinasız yanaşacaq,sizi saymayacaq, ayaq altında tapdalayacaq. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin,-o zaman sizə hörmət edəcəklər"

Cenni Herhardt, Theodore Dreiser

Onlar, bəlkə də, köhnəni unutmağı bir-birinə vəd edəcəklər. Amma sözlər söz olaraq qalacaqdır. Keçmişi qaytarmaq olmaz. Sınmış qabı bütün etmək olmaz, onu ancaq yapışdırıb bütöv adlandırmaq olar.

Cenni Herhardt, Theodore Dreiser

Özündən çıxmamalı, boş şeylər üçün səs-küy qaldırmamalı, sentimentlər düzəltməməlisən, qüvvəli olmalı, özünü heç nədə unutmamalısan – Lester Keynin həyat fəlsəfəsi belə idi.

Cenni Herhardt, Theodore Dreiser

İlk vaxtlar o çox əzab çəkəcəkdir– biz hamımız sevdiyimizi itirəndə məşəqqət çəkirik. Lakin hamısı keçib gedir, adamlar da özləri üçün yaşamaqda davam edirlər.

Cenni Herhardt, Theodore Dreiser

Həyatda onun üçün mübahisəsiz bir şey yox idi. O heç bir müddəanı qəti və dəyişməz olaraq qəbul etməmişdi, yanlız bir şeyə inanırdı ki, ləyaqətli insan olmaq lazımdır. Qalan məsələlərin hamısında o şübhələnir, soruşur, təxirə salır, onu düşündürən problemləri həll etməyi zamanın və kainatı hərəkət etdirən gizli qüvvələrin öhdəsinə buraxırdı.

Cenni Herhardt, Theodore Dreiser

O, taleyin zərbələrinə guya asanlıqla dözdüyünü göstərsə də, bu zərbələr onun qəlbinə ağır yara vururdu...

📖 Sayfa 47 · Cenni Herhardt, Theodore Dreiser

Həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənsə, onun yolunda döyüşməlisən.

Cenni Herhardt, Theodore Dreiser

Öz acı taleyi haqqında çox düşündüyünə baxmayaraq, heç kəs və heç bir zaman onun bircə kəlmə ilə belə şikayətləndiyini eşitməmişdi.

📖 Sayfa 21 · Cenni Herhardt, Theodore Dreiser

Həyat bəzən amansız görünür, lakin təbiətin gözəlliyi keçici deyildir.

Cenni Herhardt, Theodore Dreiser

Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyərlər"dir.

Cenni Herhardt, Theodore Dreiser

İnsanlar tərəfındən müəyyən edilmiş qaydaları təsadüfən pozan heç bir bədbəxt məxluqu, cəmiyyət rəyinin amansızcasına onun adına yazdığı hədsiz alçaqlıqda ittiham etmək olmaz.

📖 Sayfa 99 · Cenni Herhardt, Theodore Dreiser

Cənnətin olduğunu bilmək adama xoş gəlir, cəhənnəmin olması isə adamı qorxudur.

📖 Sayfa 57 · Cenni Herhardt, Theodore Dreiser

Nə üçün insanlar öz işlərilə məşğul olmur, məni rahat buraxmırlar?!

Cenni Herhardt, Theodore Dreiser

Sıkça Sorulan Sorular

Cenni Herhardt kimin eseridir?

Cenni Herhardt, Theodore Dreiser tarafından yazılmıştır ve ilk kez 2006'da yayımlanmıştır.

Cenni Herhardt'ın en ünlü sözü nedir?

“Bilirsiniz, heç kəs əbədi deyildir. Mən, məsələn, qətiyyən təşvişə düşmürəm ki, mənim ömrümdən az qalmışdır.”

Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Kaynak eser: Cenni Herhardt — Theodore Dreiser. Eserin tamamı için kitabı edinmenizi öneririz.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4