CANLI

Bahtiyar Vahapzade Okurken Karşılaşılan Akılda Kalan Sözler

Bahtiyar Vahapzade sözleri ve alıntıları

Okurlar Bahtiyar Vahapzade'nin eserlerini yıllardır büyük bir ilgiyle okuyor. Bu sayfada Bahtiyar Vahapzade kitaplarından en beğenilen 100 söz, kaynak eserleriyle bir arada.

En Beğenilen Bahtiyar Vahapzade Sözleri

Könüllü gəlmədik bu dünyaya biz,
Nə olar, dünyadan könüllü getsək?..

📖 Sayfa 152 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Bu nədən belədir düşünməyənlər
Bir düşmən kəsildi düşünənlərə?..
Sual yerindədir.
Cavabı: Qorxu!
Boş başlar şübhəylə, qorxuyla dolu!

📖 Sayfa 114 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Aşktır işiten,
Aşktır gören
Aşktan gayrı söz tanımazım ben.
Biz aşkın çezbiyle çıkarız yalnız
Yerin de ebedi cazibesinden.

📖 Sayfa 47 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Nədir bu əyləncələr? –
Dərk edə bilmirəm mən.
Adamlar usanıbmı
Dərin düşüncələrdən?..
Deyirlər, Amerikada
Alimlər baş sındırıb
İnsan üçün cürbəcür
Kokainlər,
Tiryəklər,
Əyləncələr düşünür.
Neçin?
İnsan fikirdən.
Qayğıdan,
Düşüncədən
Bir az ayrılsın deyə.
Bu dünyadan üzülüb
Özünə dalsın deyə...

📖 Sayfa 148 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Her kederi saadet, her sevinci gam izler,
Asıl gönül hem gamı, hem sevinci azizler.
Fırtınasız yürekler kavuk gibi boş olur,
Daim sevinç arayan daim gama tuş olur.

📖 Sayfa 9 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Yoxsan...
Qəribə işdir.
Danışıram yenə mən
Əlim qələm də tutur,
Durub şeir yazıram
Səhər-səhər sənə mən.

📖 Sayfa 317 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Bildin mi, niçin öyle gülür bahçede güller?
Gül, güldü ki, gülsün onu gördükçe gönüller.

📖 Sayfa 34 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Min kitab söz yazırıq qəlbi usandırmaq üçün,
Bəs edər, bir acı söz, min ürəyi qırmaq üçün.

Sən olmasaydın, Bahtiyar Vahapzade

Qara gözlər,
Ala gözlər,
Qonur gözlər...
Nə qədər sözlər
Deyilmiş mədhinə gözəl gözlərin,
Şairlər, indi də mənə söz verin.
Qorxuram gözlərin mən gözəlindən
Aman göz əlindən, dad göz əlindən!
Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün.
Sözünü ürəklər anlayar gözün.
Mələr, çıxmasa da ürəyin səsi,
Elə ki, havada gözlər öpüşür.
Eşqin də ilk odu, ilk şərarəsi
Əvvəlcə ürəyə gözlərdən düşür.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsm gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.

📖 Sayfa 245 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Qara torpaq olsa da əvvəl axır yerimiz,
Eşqdir tinətimiz, eşqdir cövhərimiz.

📖 Sayfa 10 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Ağıl başqa, ürək başqa...

📖 Sayfa 158 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır.
Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Ayrıldıq...
bilmədik,
neçin,
nədən biz?
Ayrıldıq...
Ayrılmaq istəmədən biz.

📖 Sayfa 360 · Sən olmasaydın, Bahtiyar Vahapzade

İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.

Haqq evində haqq divanı qurulmuş,
Hər qazancın öz bahası sorulmuş.
Təmənnasız boynumuza yük olmuş
Bağışlanan şərəf-şandan qorxuram.

Bu dünyadan umacağım mizandır,
Qorxduğum kəs bu mizam pozandır.
Tox gədanın qudurması yamandır
Acandan yox, mən doyandan qorxuram.

Uyuruqsa nəfs adlanan elçiyə,
Tüpürürük vicdan kəsən ölçüyə.
Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram.

📖 Sayfa 288 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?!

Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Gittin, ardından baktım, can ayrıldı canımdan

📖 Sayfa 150 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Mənim bu dərdimi axı kim anlar,
Ah! Qədim əyyamlar, köhnə zamanlar,
Hanı qiymət qoyan şeirə, sənətə?
Zaman dara düşüb, insan möhnətə.
Bir qarın çörəyə qul olan insan,
Keçir öz eşqindən, arzularından.
Tökürəm kağıza ələmlərimi,
Büzülür yer-yerdən yüz dodaq mənə.
Gündüz şölə çəkən bir çıraq kimi
Qalır öz içimdən alışmaq mənə.
Açılmış cığırla mən yol getmədim,
Özgə qismətinə göz də dikmədim,
Ürək sındırmadım, qəlb incitmədim,
Paxıllar yüz yerdən çəkdi dağ mənə.

Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Bir renkli saatler, bir renkli günler
İhtiyar gösterir bize dünyayı.
Ey doğan al güneş, açılan seher,
Tâze bir haberle beze dünyayı.

📖 Sayfa 25 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Akıl kuzu gibi yatan bir deniz.
Gönül bir fırtına,
Gönül bir tufan.
Nasıl usanırım, nasıl,...bilseniz,
Denizin sakince uyumasından...

📖 Sayfa 57 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Kalbim kulağımda top gibi gürler.
O vakt bilirim ki, yaşıyorum ben,
O vakt bilirim ki, yüreğim de var.

📖 Sayfa 59 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır "ya rəbbim! - deyə: -
Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrüne cala, ay Allah!
Bu nədir?
Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bir rengi yok, göklerin bin rengini severim,
Bir gülü yok, güllerin çelengini severim.
Çıkmağa tepe değil, yüce dağ istiyorum,
Hayatı hayat gibi yaşamak istiyorum.

📖 Sayfa 9 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Xəyalım yenə də öz səfərində,
Onun söykək yeri dərdim, məlalım.
Anın yüzdə biri, mində birində
Ərzin o başına uçur xəyalım.

Məsafə yox olur göz qırpımında,
Uçan xəyalımın kəramətindən...
Bir də baxıram ki, onun yanında
Diz-dizə, üz-üzə oturmuşam mən.

Xəyal məsafəni yox edib keçir,
Bəs Ona hardandır işıq sürəti?
Bir anın içində əridib keçir
O, həm məsafəni, həm də həsrəti...

İşıqla doludur sevən könüllər,
Tutuşar, alışar o, axşam-səhər.
Sevgiyə mərhaba, sevgiyə alqış!
Çıraq da nurunu gur seldən alır.
Xəyal bu sürəti sevib alışmış
İşıqla süslənmiş könüldən alır.

📖 Sayfa 276 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Divdən deyil, milçək qədər gücüylə,
Mən özünü div sayandan qorxuram.

📖 Sayfa 92 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Korkar cesaretten korku da şeksiz,
Onun evlâdıdır, yiğitlik, hüner.
Hani cesaretsiz, hani yüreksiz,
Kapıyı çalmamış hâlâ bir zafer.

📖 Sayfa 19 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Dərədəki çən, çən deyil,
O dağdakı duman deyil,
O inləyən kaman deyil.
O çən mənim içimdədir,
Duman mənim içimdədir,
O inləyib nalə çəkən,
Kaman mənim içimdədir.

📖 Sayfa 148 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə".
...
İyirminci yüzilin əvvəllərindən,
"Türkəm" - deyənlərin başı nə çəkmiş?!

📖 Sayfa 295 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Geceden gönlüme yıldızlar yağar,
Geceler bilinir hayırım, şerim.
Benim okulumdur, kitaplarımdır,
Geceler kendimden öğrendiklerim.

📖 Sayfa 81 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Nə dünya qocalır, nə də zəmanə,
Zamanın əlində qocalan bizik.
Odunu, közünü verib illərə,
Oddan külə dönüb puç olan bizik.

Doğulan hər körpə, gələn hər bahar,
Qoca dünyamızı cavanlaşdırar,
Zaman təzəsini yaradar, qurar,
Tökülən, sökülən, saçılan bizik.

Dünyanın gəncliyi - öz dövrəsində,
Torpağın gəncliyi - göy pöhrəsində.
Körpə nəvələrin gül çöhrəsində
Gül kimi yenidən açılan bizik.

📖 Sayfa 32 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Sualımız yoksa eğer dünyaya,
Ne kendimiz varız,
Ne de dünya var.

📖 Sayfa 29 · Şiirler - Sonbahar Düşünceleri, Bahtiyar Vahapzade

Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq...

📖 Sayfa 6 · Sən olmasaydın, Bahtiyar Vahapzade

.
Eğer gücün varsa korkma hiç neden,
Gökte güneşi de danabilirsin.
Eğer gücün yoksa, kork her fitneden,
Buzun içinde de yanabilirsin.
Eğer gücün varsa, işgâl ettiğin,
Özge toprağında sen yine haksın.
Eğer gücün yoksa, ne konuş, ne din,
Sen öz toprağında, vallah, konuksun.
.

📖 Sayfa 149 · Gurub Düşünceleri, Bahtiyar Vahapzade

Gecə keçir... Nədən bəs?
Yuxu gəlmir gözümə?
Niyə yata bilmirəm,
Mat qalmışam özümə...

Ürəyimin atəşi
Məni cana gətirmiş.
Səni tapan gözlərim
Yuxusunu itirmiş.

Yuxum qaçıb gözümdən,
Ürəyimlə bərabər.
Pəncərənin önündə,
O dolaşır gecələr.

Yuxu qaçıb gözümdən,
Sevgi bumu, sevgilim?
Pəncərənin önündən,
Qov yuxumu, sevgilim!

📖 Sayfa 187 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Ekranda görürük: dəstəbədəstə
Adamlar qırılır...
Yenə ölüm, qan
Bombalar tökülür şəhərlər üstə,
Ölən də insandır, baxan da insan.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Öz hökmü var hər anın,
Gücünə bax şeytanın.
Günahkarı tapanın,
Özü günahkar olur.

📖 Sayfa 161 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Nifrətsiz ayrılıq, ayrılıq deyil,
Nifrətsiz ayrılıq vüsaldan şirin...
Gülüm, sevə-sevə ayrılırıq biz,
Ürək kökdən düşən tək simə bənzər,
Bizim gözü yaşlı, bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.
Deyirəm, unudam səni mən, gərək.
Mümkünmü?
Arzuya əməl tən gərək!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulan, təzədən gərək!

📖 Sayfa 361 · Sən olmasaydın, Bahtiyar Vahapzade

O düşməndən qorxuram ki,
İçindəki zülmətini,
Qəzəbini, nifrətini
Üzündəki gülüş ilə
örtə bilə!

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bütün ömrüm boyu tələbə oldum,
Gözəllik adlanan bir ustada mən.

📖 Sayfa 68 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan,
Musiqim Qarabağdır,
Sözlərimsə - Naxçıvan.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!

📖 Sayfa 34 · Seçmə Şeirlər, Bahtiyar Vahapzade

Məhəbbət! Həmişə möhtacıq ona,
Onsuz nə dərk edər, nə duyar insan.
Məhəbbət bəslərmi başqalarına
Məhəbbət görməyən başqalarından?

📖 Sayfa 249 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Onu bilirəm ki, öz ürəyimdə
Vaxtın azlığından gileylənirdim.
Alışıb yanırdı söz ürəyimdə
Susurdum, dilimi mən kimə verdim?

📖 Sayfa 292 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Xəyal dönər həqiqətə,
Əgər ona təməl olsa,
Dünya gülər, büdrəyəni,
Qaldırmağa bir əl olsa.

Haqq gələndə zülmət qaçar,
Gicitkan da ətir saçar,
Dağ dil açar, daş gül açar,
Əməl vaxta bədəl olsa.

Əl açıb ulu qüdrətə,
Ucalırıq ülviyyətə.
Dünya dönər bir cənnətə,
Sözdən əvvəl əməl olsa.

Bu çarx sağdan sola dönər,
Əyri də düz yola dönər,
Kifir də gözəl görünər,
Düşüncəmiz gözəl olsa.

📖 Sayfa 176 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Görə bilmirsənsə gözəllikləri,
Bu aləm səninçün günahkar olur?
Gözü buz bağlayan bulaqlar kimi,
Soyuq adamın da qəlbi kor olur.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Özünü düşünür, özünü hər kəs,
Bu qoca dünyamız hara gedir bəs?

📖 Sayfa 152 · Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.

📖 Sayfa 262 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Öz içimdə, öz dünyamda
Hakim də mən,
Məhkum da mən.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Dünyada her gölgenin
Sahibi var, özü yok.

Gurub Düşünceleri, Bahtiyar Vahapzade

Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Arzularim qeder omrum olaydi..

📖 Sayfa 157 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

.
Yolu gide gide adım sayanlar,
Yolunuz yarıda neden sahv olur?
Ama cesaretle adımlayanlar,
Ya her şeyi alır, ya da mahvolur.

İhtiyat, bir türlü baş dolandırmak,
Cesaret, ya hayat, ya ölüm ancak
.

📖 Sayfa 31 · Gurub Düşünceleri, Bahtiyar Vahapzade

...Həyatın sevinci də, kədəri də gözəldir.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Qışın dəhşətləri yaz içindədir...

📖 Sayfa 18 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.

📖 Sayfa 35 · Seçmə Şeirlər, Bahtiyar Vahapzade

Son həddin axır nöqtəsi yoxmu?
Uçduqca uçar zirvələrin zirvəsi yoxmu?

Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Ən qorxulu düşmənin
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.

📖 Sayfa 290 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir,özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır,bu necə dünya,
Ölümü həqiqət,həyatı röya.

📖 Sayfa 21 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bir evdə ki, könül ağlar,
Toy-düyündən söz açılmaz.
Nəhslik elə nəhs gətirər,
Ah-amandan göz açılmaz.

📖 Sayfa 108 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Unutmuşam özümü,
Dönüb sən olmuşam mən.

📖 Sayfa 255 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Güllə yarasına nə var?
tez gedər,
Getməz söz yarası, eyham yarası.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bu həyat da iki rəngdir,
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm
Gözəldir qəmdə sevinc.

📖 Sayfa 312 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Sən dedin, başlanan qurtarsın gərək!
Mən dedim, arzudan doymayır ürək!
Birgə əkdiyimiz gülü dərməsək,
Tikanlar əl çalar, gül qınar bizi.

📖 Sayfa 13 · Sən olmasaydın, Bahtiyar Vahapzade

.
Her halkın, her milletin,
Veteninden uzakda tapılan "saadetin"
Adı saadet olur,
Özü felaket olur...
.

📖 Sayfa 46 · Gurub Düşünceleri, Bahtiyar Vahapzade

Özünü sevməyən özgəni sevməz.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

O qədər yaxın ikən, bu qədər uzaq oldun

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?..

Yaranmışam məhəbbətdən.
Pay almadım sədaqətdən.
Bu həsrətdən, bu möhnətdən,
Gözüm yaşı dən-dən oldu.

Öz eşqimdən, diləyimdən,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu...

📖 Sayfa 194 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...

📖 Sayfa 263 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Yaşamaq - yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demek
Onun da həyatı yanmağındadır.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Soruşursan ki, söylə nədir məni sənə sevdirən?
Necə verim cavabını, heç bilmirəm, necə, mən.
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən.

Heç bilmirəm sualını hara, hara mən yozum?
Əgər mən bir səmayamsa - sənsən ayım, ulduzum.
Bülbüləmsə, mən ötərəm bu çəməndə səninçün.
Sən mənimçün yaranmısan, mən də, mən də səninçün.

Uca-uca bir dağamsa, zirvəmdəki qarımsan.
Mən bağlı bir qıfılamsa, sən mənim açrımsan.
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən.

📖 Sayfa 288 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu -
Başlandı ehtiyat -
Başlandı həyat...

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Daim sevinc axtaran daim qəmə tuş olur.

📖 Sayfa 11 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

"Ey könül, dünyadan nə küs, nə inci,
Sevincdə qəmi gör, qəmdə sevinci..."

📖 Sayfa 222 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Düzü budur: Bu dünyada
Gücün varsa, sözün haqdır.
Gücün yoxsa, son əlacın
Xəcalətdir, utanmaqdır.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Ümiddir dərdimizin
Sinəsini dağlayan.
Ümiddir bu günümü
Sabahıma bağlayan.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Mərd olun!
Meydanda durun mərd kimi,
Uymayın ötəri şöhrətə, ada.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Yüz yere parçalandım
Görmediler tam beni
Ben dünyadan incindim
Kınadı alem beni.

Asılmışım dözümden*
Derttir akan gözümden.
Ben kaçmışım özümden
Nerden buldu gam beni.

📖 Sayfa 188 · Gurub Düşünceleri, Bahtiyar Vahapzade

Bir şehirde birleşir 
İki kıta
Birinin başlangıcıdır,
Birinin sonu…
Sol tarafında debdebeli geçmişinden yadigar kalen,
Başı göklere yücelen
Camileri, burçları, kaleleri; 
Durur bin yıldan beri.
Sağ tarafında
Modern evler, bankalar, oteller…
Türkoğlu
Gözlerinden sualler yağa yağa,
Kâh sağa bakar, kah sola.
İstanbul geçmişin vakurlu, şanlı,
Bu günü özüne yad,
Geleceği dumanlı…
Bugün
Bir ayağı Avrupadadır,
Bir ayağı Asya’da
Turkün.

Şiirler, Bahtiyar Vahapzade

Quş qanadla uçar, insan diləklə,
Yatır hər ürəkdə min-min arzular.
Tutub əlimizdən ucaldır bizi,
Arzular, arzular, şirin arzular.

Qəlbə naxış salar hər eşqin izi,
Diləkdir güldürən əməlimizi.
Təzə arzulara aparır bizi,
Arzunun özündən doğan arzular.

Vətən günü-gündən dönür gülzara,
Gör dünənim hara, bu günüm hara,
Aparır daha xoş gözəl çağlara,
Bitib tükənməyir bir an, arzular.

📖 Sayfa 209 · Sən olmasaydın, Bahtiyar Vahapzade

-Fikirlisən?
-Yox!-dedim,
Kədərimi gizlədir, mən qəmimi danıram,
Nədənsə öz dərdimi hamıya qısqanıram.
Kədərli anlarımda məni heç kəs görməsin,
Söndür,
çırağı söndür!
Sevincim hamınınsa,
kədərim özümündür.

📖 Sayfa 330 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Sevə bilirəmsə əgər ürəkdən
Dünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə sevirəm demək
Həyatı, dünyanı, yoxdur düşmənim...
Əgər sevirəmsə - qəlbim aynatək
Şəffafdır, həssasdır, kövrəkdir mənim...

📖 Sayfa 323 · Sən olmasaydın, Bahtiyar Vahapzade

...Aldadan anlamır ki,aldadanda aldanır.

📖 Sayfa 227 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

El təkləri cür istədi,
"Tək əldən səs çıxmaz"-dedi,
"Bulud təksə, çaxmaz"-dedi.
Amma cüt də təkdən keçir.

📖 Sayfa 178 · Sən olmasaydın, Bahtiyar Vahapzade

İstəmirəm,a qardaş,
Yüz-yüz yalan vədi mən...

📖 Sayfa 66 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bir nəfər varmı ki, söyləsin mənə,
Necə gəlib keçdi ömründən illər?

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Ömrün üç pilləsi var:
Dünən—günah,
Bu gün—dərd,
Gələcəksə—ölümdür.
Üçü birgə—insanın öz-özünə verdiyi
İztirabdır,zülümdür.

📖 Sayfa 145 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

"Bu dünya beş gündür", - deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

"Ay həzarat, bir zəmanə gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz..."

📖 Sayfa 36 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Səninlə olduğum bir dəqiqəmi,
Sənsiz keçirdiyim ilə verərdim!

📖 Sayfa 8 · Sən olmasaydın, Bahtiyar Vahapzade

Yer bana dar gelir, gök verin bana.

📖 Sayfa 115 · Gurub Düşünceleri, Bahtiyar Vahapzade

Məhəbbətə hörmət olar,
Qorxuyasa nifrət olar.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Ürək sındırmayın siz, ey adamlar,
Bülbül yuvasına daş atılarmı?!

📖 Sayfa 83 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Daim sevinc axtaran, daim qəmə tuş olur
Düşmənəm, yaltaqlanıb təpəyə dağ deyənə!
"Bu dünyada birtəhər qoy yaşayaq!"- deyənə
Ah! Birtəhər!.. lüğətə bu söz hardan gəlmədir?!
Yaşamaq yaşamaqdı! Bəs bu birtəhər nədi?!

Seçilmiş Əsərləri 2.Cild, Bahtiyar Vahapzade

Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Dillər yaranıb ki, mahnı deyək biz,
Dillər yaranmayıb yalan deməkçün.
Mahnıda birləşir hisslərimiz,
Yalanda ayrılır yollar büsbütün.

Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

Bəs niyə sorulmur haqqı, hesabı
Ürəkdə açılan bu şırımların?..

📖 Sayfa 159 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade

İstəmirəm həyatım sakitcə bir otaqda
gəlib keçsin lal kimi...

Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.

📖 Sayfa 12 · Seçilmiş Əsərləri 1.Cild, Bahtiyar Vahapzade
Bu sayfadaki alıntılar okur paylaşımlarından derlenmiştir. Her sözün altında alındığı eser belirtilmiştir.
Bu yazıyı paylaş Link kopyalandı ✓

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şüphesiz sen pek büyük bir ahlâk üzeresin.”

Kalem Sûresi, 68/4